Müğənni Elnarə Xəlilova

Müğənni idmançılarımıza klip həsr edib - O, buna görə üç aydır kikboks öyrənir

13
(Yenilənib 18:08 03.09.2021)
Klipin çəkilişləri Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində aparılıb. Mahnıya rejissor Bəhruz Qurbanlı quruluş verib. Klipin stilisti Könül Aslanova, qrim ustası Fatimə Vazehidir.

BAKI, 3 sentyabr — Sputnik. Müğənni Elnarə Xəlilova "Əvəzimi tap" adlı yeni mahnısına çəkilən klipini təqdim edib. Mahnının söz və musiqisi Şəhriyar Ramazanzadə, aranjiman Hasan Haidara məxsusdur.

Sputnik Azərbycan xəbər verir ki, klipin əsas süjet xətti kikboksinq idman növü ilə məşğul olan insanlar üzərində qurulub. Ekran işində Elnarə kikboks idman növü ilə məşğul olan xanımı canlandırır. Bu barədə özünün "Instagram" səhifəsində paylaşım edən müğənni ilk dəfədir bu tərzdə və belə bir obrazda kameralar qarşısına çıxdığını deyib: "İdmanı çox sevirəm və həyatımın ayrılmaz hissəsidir. Uzun zamandır ki, idman mövzusunda bir iş ərsəyə gətirməyi düşünürdüm. Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları mənə bir stimul verdi. Klipimi Olimpiya və Paralimpiya Oyunlarının qalibi olan və medallar qazanan idmançılarımıza həsr edirəm".

Üç aydır bu obraza hazırlaşan müğənniyə tanınmış idmançılar, "Cobra" idman klubunun müəllimləri Faiq Abdullayev və Mehman Umudov kikboks dərsləri keçiblər. Klipin çəkilişləri Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq mərkəzində aparılıb. Mahnıya rejissor Bəhruz Qurbanlı quruluş verib. Klipin stilisti Könül Aslanova, qrim ustası Fatimə Vazehidir.

13

Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına aparıldı

6
Zığdakı modul tipli hospitaldan bildirimişdi ki, müğənni 80% oksigen dəstəyi alır. Vəziyyəti ağır olaraq qalır.

BAKI, 16 sentyabr - Sputnik. Müğənni Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə APA-ya sənətçinin qohumu Razim Qasımov məlumat verib.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır.

Zığdakı modul tipli hospitaldan bildirimişdi ki, müğənni 80% oksigen dəstəyi alır. Vəziyyəti ağır olaraq qalır: "O, dünən səhərdən xəstəxanamızın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir. Saturasiyası normadan aşağı - 80%-dir. Huşu qapalıdır. Müğənninin arterial təzyiqi 129/81, nəbzi 72, şəkəri 173-dür".

Bu gün səhər isə müğənninin komaya düşdüyü barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Məlumat üçün bildirək ki, Səyyad Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Gənc yaşlarında xalq mahnıları, təsniflər ifa edən Səyyad 1993-cü ildən Niyaməddin Musayev məktəbinin davamçısı olub. Sənətkar Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva, Türkanə Həsənova ilə duetlər ifa edib. Hazırda "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edir.

 

6
Teqlər:
müğənni, COVID-19, Koronavirus, Mərkəzi Gömrük Hospitalı
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Qarabağda dağılmış evlər, arxiv şəkli

Qarabağda erməni vandallığının daha bir görüntüsü yayılıb

600
(Yenilənib 23:10 16.09.2021)
Məşhur fotoqraf böyük şairin bu il anadan olmasının 880 ilinin tamamlandığını xatırladaraq, bunun bütün Azərbaycanda qeyd olunduğunu vurğulayıb.

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan əsilli tanınmış fotoqraf Reza Deqati Qarabağda mədəniyyət abidələrimizə qarşı erməni işğalçıları tərəfindən törədilmiş vandalizm ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, o, bütün zamanların ən böyük şair və filosoflarından olan Nizami Gəncəvinin Qarabağın işğalı zamanı ermənilər tərəfindən dağıdılan büstünün görüntülərini özünün "Twitter" hesabından dərc edib. 

Məşhur fotoqraf böyük şairin bu il anadan olmasının 880 ilinin tamamlandığını xatırladaraq, bunun bütün Azərbaycanda qeyd olunduğunu vurğulayıb.

Məlumat üçün bildirək ki, Deqati illərdir ki, Qarabağ gerçəkliklərini dünyaya çatdırır. Məşhur fotoqraf Azərbaycanın işğaldan azad olunmuş bir çox bölgələrində - Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər rayonlarında fotolar çəkib. O, bundan başqa, Bərdədə və Gəncədə baş verən erməni terrorunu fotoları vasitəsilə dünyaya yayıb. O, bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

Eləcə də oxuyun:

600
Teqlər:
Qarabağ, Azərbaycan, erməni vandalizmi, Nizami Gəncəvi, Reza Deqati
Dünya Bankının binası, arxiv şəkli

Daha Doing Business reytinqi dərc olunmayacaq

0
(Yenilənib 01:25 17.09.2021)
Bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib.

BAKI, 17 sentyabr - Sputnik. Dünya Bankı bundan belə müxtəlif ölkələrdə biznesin aparılması şərtləri barədə illik Doing Business reytinqini dərc etməyəcək. Sputnik Azərbaycan təşkilatın rəsmi saytına istinadən bildirir ki, buna səbəb 2018 və 2020-ci illər üzrə hesabatlarda aşkarlanmış səhvlərdir.

"Bu gün Dünya Bankının öz Direktorlar Şurasının adından təqdim etdiyi Doing Business barədə bütün məlumat və məruzə, o cümlədən əvvəlki icmal və auditlər öyrənildikdən sonra Dünya Bankının rəhbərliyi Doing Business hesabatının (dərcinin - red.) dayandırılması qərarını verib. Nəticədə biz işgüzar və investisiya iqliminin qiymətləndirilməsinə dair yeni yanaşma üzərində işləyəcəyik", - məlumatda deyilir.

Qeyd edək ki, bir il əvvəl Dünya Bankı Doing Business hesabatının nəşrini dayandırmışdı. Bildirilirdi ki, məlumatlar toplanarkəın səhvlərə yol verilib. Reytinqin tərtibçiləri bildirmişdilər ki, əvvəlki illərin nəticələrini gözdən keçirə bilərlər. Məsələn, Amerikanın WilmerHale hüquq firmasının məlumatına görə, maliyyə təşkilatının rəhbərliyi həmkarlarını reytinqdə Çinin mövqeyini 13 bənd qaldırmağa məcbur etmişdi.

Avqustun sonunda Dünya Bankı özünün Əfqanıstandakı layihələrini maliyyələşdirməyi dayandırıb. Təşkilatın rəhbərliyi bunu ölkədə gərgin vəziyyətlə əlaqələndirib. DB-nin əsas narahatlığına səbəb isə ölkədə qadınların durumudur.

DB-nin saytında bildirilir ki, Əfqanıstanın inkişafı və bərpası üçün 2002-ci ildən 5.3 mlrd dollar ayrılıb. 

Eləcə də oxuyun: