Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hollivud ulduzu Con Travolta azərbaycanlı artistləri dinlədi və heyranlığını bildirdi

© AP Photo / Andrew MedichiniАмериканский актер Джон Траволта
Американский актер Джон Траволта - Sputnik Azərbaycan, 1920, 30.08.2021
Abunə olmaq
Budapeşt İncəsənət Sarayının səhnəsində opera divası, Rusiyanın Xalq artisti Anna Netrebko, Azərbaycanın xalq artistləri Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə Cakomo Puççininin "Toska" operası nümayiş olunub. Tədbiri məşhur aktyor Con Travolta da olub
BAKI, 30 avqust — Sputnik. Dünya şöhrətli amerikalı aktyor, "Qızıl Qlobus" və "Emmy" mükafatları laureatı Con Travolta Budapeştdə Azərbaycanın xalq artistləri, opera müğənniləri Yusif Eyvazov və Elçin Əzizovla görüşüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Y. Eyvazov özünün
"Instagram" səhifəsində məlumat verib. Eyvazov "Instagram" səhifəsində "İnanmayacaqsınız, uşaqlar - bu gün Con Travoltanın özü bizi alqışladı", - paylaşımını edib.
Tamaşadan sonra o səhnə arxasına keçib və opera ulduzlarının istedadlarına heyranlığını bildirib.
"Möhtəşəm performans idi", - deyə aktyor vurğulayıb.
Qeyd edəki ki, Budapeşt İncəsənət Sarayının səhnəsində opera divası, Rusiyanın Xalq artisti Anna Netrebko, Azərbaycanın xalq artistləri Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə Cakomo Puççininin "Toska" operası nümayiş olunub. Tədbirin qonaqları arasında məşhur aktyor Con Travolta da olub.
Yusif Eyvazov Milan Beynəlxalq Opera müğənniləri müsabiqəsinin Qran Pri mükafatçısıdır. 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, daha sonra təhsilini davam etdirmək məqsədi ilə 1998-ci ildə İtaliyaya, Milana gedib. Burada Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqodan ustad dərsləri alıb. Yusif Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub.
Elçin Əzizov isə ilk dəfə 4 aprel 1992-ci ildə məktəblərarası ŞHK yarışında çıxış edib. Bununla o, "Parni iz Baku" komandası ilə tanış olur və onlara qoşulur. Həmin il "Bakılı oğlanlar" KVN çempionu oldu və 1993-cü ildə finala yüksəlib. 2000-ci ildə Elçin Əzizov "Parni iz Baku" ilə Kuboku və "XX əsrin ən yaxşı komandası" ünvanını qazanıb.
2005-ci ildə ona Filarmoniyadan oxumaq təklif gəlir və onun konsert proqramı ilə çıxış edir. Həmin ilin yayında Türkiyəyə dəvət olunub. 2005-ci ildə Avstriyada Motsareum Universitetinin yay akademiyasında təhsil alıb. 2005-2007-ci ildə isə Azad Əliyevin rəhbərliyi altında Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsilini davam etdirib. 2007-ci ildən Qalina Vişnevskayanın opera studiyasında çalışıb.
İlk dəfə Jorj Bizenin Karmen operasında Eskamilyo rolunda çıxış edib. Müxtəlif opera tamaşalarında iştirak edib, filmlərə çəkilib. Rusiya istehsalı olan "Turistlər" serialında (Lean-M, Ren TV, 2005, Rusiya) Jan rolunu ifa edib. Bülbül adına 3-cü Beynəlxalq Müsabiqənin laureatı, Motsart 9-cu Beynəlxalq Müsabiqənin finalçısı, Beynəlxalq Musiqi Xadimləri İttifaqının müfatakçısıdır. 2008-ci ildə Moskvada Böyük Teatrda Modest Musorqskinin "Boris Qodunov" operası ilə debüt edib.
Elçin Əzizov Azərbaycanın böyük ədibi və ictimai xadimi Cəlil Məmmədquluzadənin nəticəsi Həmidə Məlikova ilə evlidir.
Xəbər lenti
0