ABBA qrupunun üzvləri, arxiv şəkli

Əfsanəvi qrup illərdən sonra geri qayıdır

23
(Yenilənib 22:45 30.08.2021)
İnternet şəbəkəsində yeni "ABBA Voyage" saytı və onun "Twitter" hesabı peyda olub. Bildirilir ki, 40 illik fasilədən sonra əfsanəvi "ABBA" qrupu 5 yeni mahnısını təqdim edəcək.

BAKI, 30 avqust — Sputnik. ABBA 40 illik fasilədən sonra yeni mahnılarını təqdim edəcək. Sputnik Azərbayan xəbər verir ki, internet şəbəkəsində yeni "ABBA Voyage" saytı və onun "Twitter" hesabı peyda olub. Bildirilir ki, 40 illik fasilədən sonra əfsanəvi ABBA qrupu 5 yeni mahnısını təqdim edəcək.

Məlumata görə, təqdimat mərasimi sentyabrın 2-də baş tutacaq.

İsveç pop-qrupu "ABBA" 1972-ci ildə yaranıb. Qrupun adı üzvlərinin adlarının baş hərflərindən yaranıb: ABBA qrupunun üzvləri Benny Andersson, Bjorn Ulvaeus, Agnetha Faltskog and Anni-Frid Reuss. Çox maraqlıdır ki, "ABBA" adı İsveçin dəniz məhsularını istehsal edən bir firmasının adıdır (Abba Seafood). Qrup üzvləri onlardan "ABBA" adını istifadə etmək üçün icazə istəyəndə onlar bildirmişdi ki, icazə veririk, amma elə edin ki, biz sizin adınıza görə xəcalət çəkməyək.

1974-cü ildə "Waterloo" mahnıları "Eurovision" müsabiqəsində birinci yeri tutduqdan sonra, qrup daha da məşhurlaşmağa başlayıb. Karyera müddətində "ABBA" qrupu səkkiz studiya albomu buraxıb. Sonuncu "The Visitors" adlı albomu isə 1981-ci ildə çıxıb. Onlar qrupun dağıldığı barədə rəsmi açıqlama verməsələr də, amma "ABBA" qrupunun 1983-cü ildən dağıldığı hesab edilir. Dünya üzrə qrupun 350 milyon albomu satılıb.

 

23
 Şuşada Bülbülün ev-muzeyi, arxiv şəkli

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub

6
(Yenilənib 22:41 23.09.2021)
Avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

BAKI, 23 sentyabr — Sputnik. Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

F.Hacıbəyli artıq ev-muzeyinin direktoru kimi fəaliyyətə başlayıb. O, 02.09.2021-ci tarixli əmrlə ev-muzeyinin direktoru təyin edilib.

Qeyd edək ki, avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Ev muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Bülbül bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında 1982-ci ildə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edilib. Bina 1982-1983-cü illərdə təmir olunub. Ev-muzeyi Şuşanın işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

Bu il yanvarın 14-də Şuşaya səfəri zamanı ev-muzeyində olan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Ev muzeyi Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar Polad Bülbüloğlunun vəsaiti hesabına təmir-bərpa edilib.

Bərpa zamanı evin divarlarında daş üzərində yonulmuş yazılarda evin tikilmə tarixinin qeyd edildiyi aşkarlanıb. Divarın üzərində yeni aşkar olunmuş yazıda binanın 1788-ci ildə inşa olunduğu qeyd edilib. Ev-muzeyinin həyəti əvvəlki görkəmini saxlamaqla bərpa olunub. Muzeyin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Eyni zamanda burada vaxtilə olan və erməni vandalizminə məruz qalan büstü də saxlanılır.

Muzeydə Bülbülə aid olan eksponatlar, əşyalar, sənədlər toplanıb. Bundan başqa, ev-muzeyində quraşdırılan böyük monitorda görkəmli musiqiçinin ifa etdiyi əsərlər, onunla bağlı audio və videoyazılar, məlumatlar 7 dildə nümayiş olunur.

Həmçinin oxuyun:

Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi

6
Teqlər:
Bülbül
 Azərbaycan Dövlət Musiqili Teatrı

Azərbaycan Gürcüstan teatrları arasında memorandum imzalanıb

3
Memorandumu Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və Giorgi Eristavi adına Gürcüstan Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri David Çxartişvili imzalayıblar

BAKI, 23 sentyabr — Sputnik.Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Gürcüstanın Giorgi Eristavi adına Dövlət Peşəkar Dram Teatrı arasında memorandum imzalanıb. Teatrdan Sputnik Azərbaycan-a verilən məlumata görə, sənədi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev və Giorgi Eristavi adına Gürcüstan Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri David Çxartişvili imzalayıblar.

Əliqismət Lalayev memorandumun qarşılıqlı əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıdığını, son iki ildə hökm sürən mövcud pandemiya şəraitinə və onun gətirdiyi problemlərə baxmayaraq, Akademik Musiqili Teatrın kollektivinin gələcək planlar üzərində düşündüyünü, yeni yaradıcılıq formalarının tətbiqi üçün çalışdığını diqqətə çatdırıb.

"Azərbaycan və Gürcüstan teatrları arasında memorandumun imzalanması ölkələrimiz arasında mədəni əlaqələrin ildən-ilə möhkəmlənməsinə sübutdur. Əminəm ki, bu sənəd yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yaradıcılıq əlaqələrinin daha da genişlənməsini, qarşılıqlı qastrol səfərlərinin təşkilini, rejissor, rəssam mübadiləsini və s. nəzərdə tutan sənəd iki dost ölkənin teatr sənətçilərini bir-birinə və beynəlxalq teatr aləminə daha da yaxınlaşdıracaq", - deyə Əliqismət Lalayev bildirib.

Həmçinin oxuyun:

UNESCO Azərbaycan Dövlət Akademik Musiqili Teatrının layihəsinə "hə" dedi

3
Teqlər:
teatr, Gürcüstan, akademik, Musiqili Teatr