Teymur Kazımov. arxiv şəkli

Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə Qran-Pri mükafatına layiq görülüb

14
(Yenilənib 13:18 27.08.2021)
T.Kazımov laureatların qala-konsertində də onlayn rejimdə çıxış edib. Teymur Kazımovun müsabiqəyə hazırlanmasında BMA-nın məktəb-studiyasında solo vokal sinfi üzrə müəllim Ofeliya Axundova və konsertmeyster Dilarə Kərimova iştirak ediblər.

 

BAKI, 27 avqust — Sputnik. Azərbaycanlı vokalçı Teymur Kazımov Klivlenddə keçirilən beynəlxalq müsabiqədə Qran-Pri mükafatına layiq görülüb. Sputnik Azərbaycan xəbər verir ki, Teymur Kazımov "Klivlend mədəniyyət bağları"nda keçirilmiş "The Stars od Summer" Vokalçıların və Pianoçuların II Beynəlxalq Müsabiqə-Festivalında onlayn formatda iştirak edib və "Akademik vokal" nominasiyasında Qran-Pri mükafatını qazanıb.

Müsabiqədə Azərbaycandan olan iştirakçılardan başqa, ABŞ, Kanada, Avstriya, Rusiya, Almaniya, Yunanıstan, Ukrayna və Çinin pianoçu və vokalçıları iştirak ediblər.

Müsabiqənin sponsoru "Geauga West Rotary Club" Teymur Kazımova pul mükafatı təqdim edib. O, həmçinin münsiflər heyətinin üç üzvü tərəfindən onların ölkələrində keçiriləcək festival və tədbirlərə dəvət alıb.

T.Kazımov laureatların qala-konsertində də onlayn rejimdə çıxış edib. Teymur Kazımovun müsabiqəyə hazırlanmasında BMA-nın məktəb-studiyasında solo vokal sinfi üzrə müəllim Ofeliya Axundova və konsertmeyster Dilarə Kərimova iştirak ediblər.

Qeyd edək ki, Teymur Kazımov Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Xüsusi musiqi məktəb-studiyasının şagirdi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsinin iştirakçısı, beynəlxalq müsabiqələr laureatıdır.

Müsabiqədə Azərbaycanı həmçinin beynəlxalq müsabiqələr laureatı Kamilla İmanova təmsil edib, o, "Akademik vokal" nominasiyasında birinci yerə layiq görülüb və iki münsifdən dəvət alıb.

14
Teqlər:
laureat
Пианист, фото из архива

Kosmosda da səslənir: Azərbaycanın ən gözəl musiqi parçalarından seçmələr

9
Sputnik Azərbaycan nəinki Yerdə, eləcə də Kainatda səslənməyə layiq Azərbaycan xalq və bəstəkar musiqi əsərlərinin bəzilərini təqdim edir.

BAKI, 18 sentyabr — Sputnik. Azərbaycanda Musiqi Günü sentyabrın 18-də, dahi bəstəkar, musiqişünas, pedaqoq, Azərbaycan peşəkar musiqisinin banisi, SSRİ Xalq artisti Üzeyir Hacıbəylinin doğum günündə qeyd edilir.

Hər il Azərbaycanda bu gün bir sıra tədbirlər keçirilir, konsertlər təşkil olunur. Üzeyir Hacıbəyli adına festival isə bu il sentyabrın 18-dən 24-dək davam edəcək. Onun ilk konsertlərinin bu gün Şuşada təşkil olunması gözlənilir.

Milli Musiqi Günü münasibətilə Sputnik Azərbaycan ölkənin tanınmış mədəniyyət xadimlərinə müraciət edərək özləri ilə kosmik uçuşa yollansalar, hansı Azərbaycan musiqi incilərini götürmək istədiklərini soruşub. Onların seçimini təqdim edirik.  

Xalq artisti, dirijor Rauf Abdullayev - Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra.

İstedadlı tenor Azər Zadə - Tofiq Quliyevin "Azərbaycan"ı.

Əməkdar artist Fuad İbrahimov - Fikrət Əmirovun "Azərbaycan kapriççiosu".

Xalq artisti Mənsum İbrahimov və əməkdar artist Təyyar Bayramov - Azərbaycan muğamı, xüsusən "Bayatı-Şiraz".

Xalq artisti, balaban ifaçısı Əlixan Səmədov - "Sən gəlməz oldun" (musiqisi Ələkbər Tağıyev, sözləri Mədinə Gülgün)

 

Xalq artisti, pianoçu Murad Adıgözəlzadə - Fərhad Bədəlbəylinin "Dəniz"i.

Xalq artisti, Bolşoy Teatrın solisti Elçin Əzizov - Üzeyir Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" romansları. 

Bu siyahıya Qara Qarayev, Soltan Hacıbəyov, Vasif Adıgözəlov, Cahangir Cahangirov, Niyazi, Rauf Hacıyev, Şəfiqə Axundova, Müslüm Maqomayev, Firəngiz Əlizadə və başqalarının əsərlərini də əlavə etmək olar.

Azərbaycan muğamı kosmosda

1977-ci il fevralın 27-də "Voyacer"in Qızıl diski" işıq üzü görüb. Kainatın sakinlərini planetimizin səsləri ilə tanış etmək məqsədilə NASA-nın sifarişi ilə tərtib olunmuş, "Yerin səsləri" adlı, səslərin, nitqin, musiqinin kompilyasiyası "Voyacer" kosmik gəmisinin göyərtəsində kosmosa göndərilib.

Bethovenin Beşinci simfoniyası və 13-cü simli kvarteti, Baxın "Brandenburq konserti" və "Yaxşı temperlənmiş klavir"i, Motsartın "Sehrli fleyta"sı və Stravinskinin "Müqəddəsin baharı", Lui Armstronqun ifasında "Melancholy Blues", kor blüzmen Blaynd Uilli Consonun ifasında "Dark Was the Night, Cold Was the Ground" diskdə yer alır.

Diskə eləcə də Azərbaycan muğamı, gürcü xoru, vulkanların püskürməsi, ildırım səsi, işıldaböcəklərin və yağışın səsi, ürək döyüntüsü, gülüş, it hürüşü, quşların nəğmələri də yazılıb.

 

9
Teqlər:
musiqi, Musiqi günü, video
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə

Xalq artisti: “Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı” adlandırmışam”

475
(Yenilənib 09:56 18.09.2021)
Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirib ki, onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı
Firəngiz Əlizadə: “Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır”

Azərbaycanın dahi bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun anadan olmasının 136 ili tamam olur.

Sputnik Azərbaycan dahi bəstəkarın həyat və yaradıcılığı barədə Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə ilə həmsöhbət olub.

Üzeyir Hacıbəyovu hər zaman “Şərqin Motsartı”, “Şərqin Günəşi adlandırmışam” -  deyə söhbətə başlayan xalq artisti dahi bəstəkarın yaradıcılığının əsrarəngizliyindən söz açıb: “Bu xüsusiyyətlər onun musiqisini ölməz edir. Nə qədər ki, azərbaycanlılar var bu musiqi qəlblərimizi fəth edəcək. Üzeyir Hacıbəyov dahi insan olub və bu hər sahədə özünü göstərib. Onun  haqqında danışarkən ən çox istifadə olunan sözlər ilk dəfə, birinci dəfədir. Onun yaradıcılığı sayəsində muğam sənəti qərbin ən mürəkkəb janrı olan opera ilə sintez tapdı. Ölməz bəstəkarın dahiliyi təkcə musiqi yaradıcılığı ilə məhdudlaşmır. Sovet İttifaqında elə bir ölkə yox idi ki, onun musiqisi orada populyar olmasın”.

Firəngiz Əlizadənin fikirlərinə ətraflı şəkildə audiofaylda qulaq asa bilərsiniz

475
ÜST

ÜST-dən sevindirici xəbər

0
Təşkilatın açıqladığı statistikaya görə, yaşı 24-dək olanlar arasında ölümlər bu virusdan dünyasını dəyişənlərin ümumilikdə 0.5 faizindən də azdır.

BAKI, 18 sentyabr — Sputnik. Bu həftə ərzində dünyada COVID-19-a yoluxmada azalma qeydə alınıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

ÜST-ün məlumatına görə, ilk dəfə olaraq bu həftə rəqəmlərdə böyük azalmalar qeydə alınıb. ÜST-dən bildirilib ki, daha öncəki iki həftə ərzində həftəlik yoluxma 4.4 milyon idisə, başa vurduğumuz bu həftədə dünya üzrə yoluxma sayı 4 milyon olub.

Bundan başqa, bu həftə ərzində COVID-19-dan ölüm sayında da azalma qeydə alınıb. ÜST bildirib ki, dünya üzrə bu həftəlik ölüm 62 min olub. Ölüm sayında ən çox azalma isə Cənubi Asiyada qeydə alınıb. Virusun yeni ştammlarından biri olan "Delta"nın artıq 180 ölkədə yayıldığı da qeyd olunub.

ÜST-ün məlumatında uşaqlar, yeniyetmələr və gənclərin bu virusa daha az yoluxduğu vurğulanıb. Təşkilatın açıqladığı statistikaya görə, yaşı 24-dək olanlar arasında ölümlər bu virusdan dünyasını dəyişənlərin ümumilikdə 0.5 faizindən də azdır.

Eləcə də oxuyun:

0
Teqlər:
ÜST, COVID-19, epidemiya, Koronavirus, yoluxma, ölüm, statistika
Mövzu:
Yeni tip koronavirus pandemiyası