Sənədin imzalanması

Azərbaycan folkloru ilə bağlı qərar təsdiq olunub

15
(Yenilənib 15:11 26.08.2021)
Nazirlər Kabinetinin eyni qərarı ilə Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə Şəhadətnamənin nümunəsi də təsdiq edilib.

 

BAKI, 26 avqust — Sputnik. Nazirlər Kabinetinin (NK) 2021-ci il 20 avqust tarixli 233 nömrəli qərarı ilə "Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası" təsdiq olunub. Sputnik Azərbaycan xəbər verir ki, təsdiq olunan yeni Qayda Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin hüquqi qorunması və qeydiyyatı üzrə müvafiq hüquqi prosedurları müəyyən edir.

Bildirilib ki, Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin qeydiyyata alınması onların hüquqi qorunması məqsədini daşıyır və bu Qaydaya uyğun olaraq əqli mülkiyyət obyektləri kimi Azərbaycan Əqli Mülkiyyət Agentliyində dövlət qeydiyyatına alınır. Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin əqli mülkiyyətin xüsusi növləri kimi hüquqi qorunması Agentlik tərəfindən həyata keçirilir.

Azərbaycan folkloru nümunələrindən (ənənəvi mədəni nümunələrdən) və Azərbaycanın ənənəvi biliklərindən ölkəmizdə və xaricdə istifadə olunarkən bəzi hallarda həmin nümunələrin mənbəyi, mənsub olduğu xalqın və ya yarandığı coğrafi yerin adı dəqiq göstərilmir, yaxud yanlış göstərilir. Bu Qaydanın tətbiq edilməsi ilə Azərbaycan folkloru nümunələrinin hüquqi qorunmasını təmin edən təsirli qorunma və müdafiə mexanizmlərinin yaradılması mümkün olacaq.

Qeyd olunub ki, Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin əqli mülkiyyətin qorunması rejimində hüquqi qorunması, onların əqli mülkiyyət qismində hüquqlarının qorunmasını tanımağı, fiziki və hüquqi şəxslər tərəfindən həmin nümunələrin qeyri-qanuni istifadəsinə qarşı tədbirlərin təmin edilməsini, o cümlədən məhkəmə qaydasında və ya üçüncü şəxslər tərəfindən onlara olan əqli mülkiyyət hüquqlarının qeyri-qanuni əldə edilməsinə maneələrin yaradılmasını ehtiva edir. Bu Qayda Azərbaycan ("Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" və "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikası qanunları) və beynəlxalq (UNESCO-nun "Qeyri-maddi mədəni irsin qorunması haqqında" Konvensiyası) qanunvericiliyinə uyğun olaraq hazırlanıb.

Nazirlər Kabinetinin eyni qərarı ilə Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə Şəhadətnamənin nümunəsi də təsdiq edilib.

Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri dövlət qeydiyyatına alındıqda, Əqli Mülkiyyət Agentliyi tərəfindən "Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatı haqqında Şəhadətnamə" tərtib ediləcək. Şəhadətnamənin depozitarisi Əqli Mülkiyyət Agentliyidir.

15

Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına aparıldı

6
Zığdakı modul tipli hospitaldan bildirimişdi ki, müğənni 80% oksigen dəstəyi alır. Vəziyyəti ağır olaraq qalır.

BAKI, 16 sentyabr - Sputnik. Müğənni Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə APA-ya sənətçinin qohumu Razim Qasımov məlumat verib.

Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır.

Zığdakı modul tipli hospitaldan bildirimişdi ki, müğənni 80% oksigen dəstəyi alır. Vəziyyəti ağır olaraq qalır: "O, dünən səhərdən xəstəxanamızın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub. Hazırda müalicəsi davam etdirilir. Saturasiyası normadan aşağı - 80%-dir. Huşu qapalıdır. Müğənninin arterial təzyiqi 129/81, nəbzi 72, şəkəri 173-dür".

Bu gün səhər isə müğənninin komaya düşdüyü barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Məlumat üçün bildirək ki, Səyyad Əlizadə 1987-ci ildə ilk "Təbrizim" albomu buraxıb. 1990-cı il hadisələrindən təsirlənən müğənni "Azərbaycanım" adlı ikinci albomunu buraxıb. Gənc yaşlarında xalq mahnıları, təsniflər ifa edən Səyyad 1993-cü ildən Niyaməddin Musayev məktəbinin davamçısı olub. Sənətkar Könül Kərimova, Rahidə Baxışova, Mətanət İsgəndərli, Mənzurə Musayeva, Türkanə Həsənova ilə duetlər ifa edib. Hazırda "Bəyaz gecələr" Yaradıcılıq Mərkəzinə və "Bəyaz gecələr" MMC-yə rəhbərlik edir.

 

6
Teqlər:
müğənni, COVID-19, Koronavirus, Mərkəzi Gömrük Hospitalı
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Qarabağda dağılmış evlər, arxiv şəkli

Qarabağda erməni vandallığının daha bir görüntüsü yayılıb

599
(Yenilənib 23:10 16.09.2021)
Məşhur fotoqraf böyük şairin bu il anadan olmasının 880 ilinin tamamlandığını xatırladaraq, bunun bütün Azərbaycanda qeyd olunduğunu vurğulayıb.

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan əsilli tanınmış fotoqraf Reza Deqati Qarabağda mədəniyyət abidələrimizə qarşı erməni işğalçıları tərəfindən törədilmiş vandalizm ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, o, bütün zamanların ən böyük şair və filosoflarından olan Nizami Gəncəvinin Qarabağın işğalı zamanı ermənilər tərəfindən dağıdılan büstünün görüntülərini özünün "Twitter" hesabından dərc edib. 

Məşhur fotoqraf böyük şairin bu il anadan olmasının 880 ilinin tamamlandığını xatırladaraq, bunun bütün Azərbaycanda qeyd olunduğunu vurğulayıb.

Məlumat üçün bildirək ki, Deqati illərdir ki, Qarabağ gerçəkliklərini dünyaya çatdırır. Məşhur fotoqraf Azərbaycanın işğaldan azad olunmuş bir çox bölgələrində - Cəbrayıl, Füzuli, Zəngilan, Kəlbəcər rayonlarında fotolar çəkib. O, bundan başqa, Bərdədə və Gəncədə baş verən erməni terrorunu fotoları vasitəsilə dünyaya yayıb. O, bir sıra beynəlxalq mükafatlar alıb. Missuri Universitetinin "Şərəf" medalına layiq görülüb, Parisin Amerika Universitetinin fəxri doktorudur. Fransa hökuməti onu Milli Cəngavərlik Ordeni ilə təltif edib. Parisdə "Mühacirin düşüncələri", "Kəsişən talelər", Vaşinqtonda "Bir dünya, bir tayfa", Normandiyada "Müharibə+Sülh" və Dohada "Ümid" adlı sərgiləri təşkil olunub. Fotoqraf ümumilikdə 250 sərginin iştirakçısıdır.

Eləcə də oxuyun:

599
Teqlər:
Qarabağ, Azərbaycan, erməni vandalizmi, Nizami Gəncəvi, Reza Deqati
Штаб-квартира Европейского суда по правам человека в Страсбурге

Ermənistan irqi ayrı-seçkiliyə görə məhkəməyə veriləcək

45
Leyla Abdullayeva qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

BAKI, 17 sentyabr - Sputnik. “Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir.

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə L.Abdullayeva əlavə edib.

Eləcə də oxuyun:

45
Teqlər:
Ermənistan, məhkəmə, Azərbaycan, ayrı-seçkilik, Avropa İnsan Haqları Məhkəməsi