Hacı Zeynalabdin Tağıyevin heykəli, arxiv şəkli

Tağıyevin heykəlinin quraşdırılması təxirə salınıb

24
(Yenilənib 13:12 25.08.2021)
Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z.Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.

BAKI, 25 avqust — Sputnik. Hacı Zeynalabdin Tağıyevin heykəlinin quraşdırlması təxirə salınıb. Bu barədə Sputnik Azərbaycan-a heykəlin müəllifi, Xalq rəssamı, heykəltaraş Xanlar Əhmədov məlumat verib.

Onun sözlərinə görə, heykəlin yerləşdirilməsinin tarixi hələlik məlum deyil:

"Mənə məlumat vermişdilər ki, heykəl bu gün quraşdırılmalı idi. Amma hansı səbəbə görə təxirə düşməsi bəlli deyil. Çox güman ki, heykəlin yerinin betonlaşma işi hələ bitməyib".

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z.Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.

Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin heykəli "İçərişəhər" metrostansiyasının qarşısında ucaldılacaq.

Məlumat üçün bildirək ki, əsasən dəzgah və monumental heykəltəraşlıq sahəsində işləyən Xanlar Əhmədov bir sıra məşhur monumental layihələrin müəllifidir. Xanlar Əhmədov Xocalı faciəsini əks etdirən silsilə əsərlərini yaradıb. Bu cür heykəltəraşlıq və qrafika əsərləri sırasında "Nalə", "Ana körpəsi ilə", "Yanmış qadın", "Ata fəryadı", "Fikir", "Ana", "Tomris ana", "Soyunan", "Leyli və Məcnun", "Əzmkarlıq" əsərlərini misal çəkmək olar. Azadlıq prospekti metrostansiyasında böyük həcmli relyef əsərlərinin müəllifidir. Həmçinin, metronun foyesində Azərbaycan tarixi abidələrini əks etdirən əsərləri yaradıb.

Xanlar Əhmədov 1975-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. O, 1982-ci ildə VDNX-nın bürünc medalı, 1995 və 1998-ci ildə Heykəltəraşlıq nominasiyasında Milli "Humay" mükafatı alıb. Onun əsərləri Fransa, Almaniya, İran, Polşa, Rusiya, Ukrayna, Özbəkistan və digər ölkələrdə nümayiş etdirilib. Bir sıra əsərləri müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Hacı Zeynalabdin Tağıyev

Hacı Zeynalabdin Tağıyev (25 yanvar 1823, Bakı – 1 sentyabr 1924, Bakı) — Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı, II və III dərəcəli Müqəddəs Stanislav ordenləri ilə təltif olunub.

Həmçinin oxuyun:

Azərbaycan qadınlarının mərdlik simvolu: heykəl tamamlanır, məkanı bəlli deyil - FOTO

24
Teqlər:
Hacı Zeynalabdin Tağıyev, heykəl
Emmi mükafatı, arxiv şəkli

Daha üç serial "Emmy" mükafatlarının qalibi seçilib

6
(Yenilənib 22:47 20.09.2021)
Ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri də mübarizə aparıb.

BAKI, 20 sentyabr — Sputnik. "Tac", "Ted Lasso" və "Kraliçanın addımı" serialları "Emmy" mükafatlarının qalibi seçilib. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, 73-cü mükafatlandırma mərasimi ötən gün Los-Ancelesdə keçirilib.

"Tac" 24 kateqoriya üzrə namizədliyini irəli sürərək ümumi nominasiyalar arasında liderliyini saxlayıb. Bu filmlə bərabər ən yaxşı faciəvi serial adı uğrunda "Mandalorian", "Qaqalar", "Bridcerton", "Qulluqçunun nağılı", "Lavkraft ölkəsi", "Duruş", "Bu bizik" ekran əsərləri mübarizə aparıb.

Məlumat üçün bildirək ki, mükafatların təqdimetmə mərasimləri 1949-cu ildən başlayaraq hər il keçirilir. Lakin 1974-cü ilə qədər yalnız sadəcə "Emmy" mükafatı mövcud idi. Sonralar bu mükafatı gündüz verilişlərinə görə təqdim edilən "Emmy" mükafatından fərqləndirmək məqsədilə adı dəyişdirilərək praym-taym "Emmy" mükafatı adlandırılıb.

Mükafatı üç təşkilat təqdim edir: Amerika televiziya akademiyası (ingiliscə Academy of Television Arts & Sciences) idman verilişləri istisna edilməklə, mükafatı bütün axşam verilişləri üzrə təqdim edir; Amerika Milli Televiziya Akademiyası (ingiliscə National Academy of Television Arts & Sciences) gündüz, idman, xəbərlər və sənədli proqramlar üzrə mükafatı təqdim edir; və Beynəlxalq Televiziya Akademiyası (ingiliscə International Academy of Television Arts & Sciences) ABŞ sərhədlərindən kənarda hazırlanan və yayımlanan televiziya proqramları üzrə təqdim edir.

Həmçinin oxuyun:

Gələcəyimizin varisi olan uşaqlar nəyə baxırlar?

6
Государственный Эрмитаж — один из крупнейших и самых значительных художественных и культурно-исторических музеев России и мира

Azərbaycanın mədəniyyət inciləri Sankt-Peterburqda təqdim olunacaq

130
Əlamətdar tədbirlər arasında Ermitajın zalında Azərbaycanın daimi ekspozisiyasının açılışı, Üzeyir Hacıbəylinin adını daşıyan parkda bəstəkarın gələcək heykəlinin yerində təməl atılması da yer alır.

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycanın mədəniyyət naziri Anar Kərimov noyabrın 11-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində 9-cu Beynəlxalq Mədəniyyət Forumunda iştirak edəcək. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Azərbaycan qonaq ölkə qismində forumda möhtəşəm proqram təqdim edəcək.

Tədbirdə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak edəcək, ölkəmizin müasir mədəniyyəti və ənənələri nümayiş etdiriləcək.

Əlamətdar tədbirlər arasında Ermitajın zallarından birində Azərbaycanın daimi ekspozisiyasının açılışı, Üzeyir Hacıbəylinin adını daşıyan parkda bəstəkarın gələcək heykəlinin yerində təməl atılması yer alır.

Bununla yanaşı, Mariinski teatrında Fikrət Əmirovun "Min bir gecə" baleti təqdim olunacaq, eləcə də Azərbaycandan caz ifaçılarının konserti keçiriləcək. Vizual incəsənət isə gənc azərbaycanlı kinematoqrafçıların filmləri ilə təqdim olunacaq.

Sank-Peterburq Beynəlxalq Mədəniyyət Forumu Rusiya hökuməti, Mədəniyyət Nazirliyi və Sankt-Peterburq rəhbərliyi tərəfindən təşkil olunur. 2021-ci ildə "Qonaq ölkə" statusu Azərbaycan, Fransa və Cənubi Koreyaya verilib.

Həmçinin oxuyun:

Azərbaycan Tallində keçirilən "milli azlıqlar yarmarkası"nda təmsil olunub

130
Teqlər:
mədəniyyət, Azərbaycan, Sankt-Peterburq, nazir
Stefan Kuntz, arxiv şəkli

Türkiyə milli futbol komandasının yeni baş məşqçisi məlum oldu

0
(Yenilənib 22:54 20.09.2021)
Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi olub və 1995-1996-cı illərdə Beşiktaş komandasının tərkibində çıxış edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə milli komandasına yeni baş məşqçi təyin olunub. Sputnik Azərbaycan-ın NTV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyə Futbol Fedarasiyası bu məqsədlə alman mənşəli keçmiş futbolçu Stefan Kuntzla razılıq əldə edib.

Federasiyadan verilən açıqlamada "Türkiyə Futbol Fedarasiyası İdarəetmə Heyəti milli komandanın baş məşqçisi vəzifəsi üçün Stefan Kuntzla razılıq əldə edib", – deyə bildirilir.

Yeni baş məqşçi ilə imza mərasimi sabah baş tutacaq.

Qeyd edək ki, Stefan Kuntz Almaniyanın 21 yaşdan aşağı futbolçulardan ibarət milli komandasının baş məşqçisi idi. 1995-1996-cı illərdə isə Beşiktaş komandasının tərkibində çıxış etmişdi.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası bu günlərdə milli komandanın baş məşqçisi Şenol Günəşlə yollarını ayırıb. Buna səbəb Türkiyə millisinin 2022-ci il Dünya Çempionatının Avropa seçmə oyunları çərçivəsində  G qrupunda Hollandiyaya 6:1 hesabı ilə uduzması olub.

Həmçinin oxuyun:

Şenol Günəş istefaya göndərildi

0
Teqlər:
futbol, Türkiyə, milli