Xalq artisti Məleykə Əsədova, arxiv şəkli

Xalq artisti dincəlmək üçün evini satıb

31
(Yenilənib 16:25 24.08.2021)
Uzun müddətdir ABŞ-da olan Xalq artisti Məleykə Əsədovanın Azərbaycandan köçdüyü xəbəri yayılıb. Aktrisanın evini satışa qoymasının səbəbinin də bu olduğu vurğulanıb.

BAKI, 24 avqust — Sputnik. Uzun müddətdir ABŞ-da olan Xalq artisti Məleykə Əsədovanın Azərbaycandan köçdüyü xəbəri yayılıb. Sputnik Azərbaycan Axşam.az-a istinadən xəbər verir ki, aktrisa səfərinin məqsədinin dincəlmək olduğunu deyib.

Aktrisanın evini satışa qoymasının səbəbinin də bu olduğu vurğulanıb: "Torpağımın bir qramını belə heç bir yerə dəyişmərəm. Ölkəmə bağlıyam. Qızımla istirahətə gəlmişik. Nəinki Amerikaya, heç bir yerə köçmərəm. Ölənə qədər Azərbaycanda yaşayacağam. Yaxın günlərdə Bakıya qayıdacağam, çox darıxıram. Burada da ancaq ölkəmdən danışıram".

Qeyd edək ki, M.Əsədova bir müddət əvvəl evini satışa çıxardığını açıqlamışdı.

Məlumat üçün bildirək ki, Məleykə Əsədova müxtəlif teatrlarda 20-dən artıq obrazda çıxış edib. O, bundan başqa, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış "Yad qızı", "İtkin gəlin", "Güllələnmiş heykəllər", "Apardı sellər Saranı" və s. kimi teletamaşalarda müxtəlif obrazlar yaradıb.

31
İbrahim Tatlısəs, arxiv şəkli

İbrahim Tatlısəsə həbs cəzası kəsildi, amma o, konsert verəcək

743
(Yenilənib 12:49 23.09.2021)
Məhkəmə hökmün elan edilməsini təxirə salıb. Müğənni İbrahim Tatlısəsin "Tatlıses TV"nin baş meneceri Fulya Akbay Toprakı hədələdiyi və təhqir etdiyi iddia olunur.

BAKI, 23 sentyabr — Sputnik. Müğənni İbrahim Tatlısəsin "Tatlıses TV"nin baş meneceri Fulya Akbay Toprakı hədələdiyi və təhqir etdiyi iddia olunub. Tatlısəsin 4 ilə qədər həbs cəzasına məhkum edilməsi gözlənilən şikayətlə bağlı yekun qərar verilib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmədə Fulyanın vəkili Şeyda Yıldırım ifaçının müvəkkilinə təhqiramiz mesajlar göndərdiyini də bildirib.

Tatlısəs isə öz növbəsində ona ünvanlanan ittihamları inkar edərək deyib: "Şirkət işlərini Fulya və digər işçilərə həvalə etmişdim. Daha sonra şirkətdə qanun pozuntuları olduğunu öyrəndim və işlərinə son verdim. Sözügedən mesajlar mənə aid deyil".

Üç həftə əvvəl yekunlaşan istintaqın nəticəsi açıqlanıb. Məhkəmə İbrahim Tatlısəsə işçisini təhqir etdiyi üçün 740 lirə cərimə və təhdid ittihamı ilə əlaqədar 2 ay 15 gün həbs cəzası verib.

Onu da qeyd edək ki, bu gün uzun illərdir səhnələrdən uzaq düşən müğənni İbrahim Tatlısəs 12 il fasilədən sonra ilk dəfə səhnədə sevənlərinin qarşısına çıxacaq. Baş tutacaq konsertinin səhnə dizaynına 1,5 milyon lirə (təxminən 294 min manat) xərclənib. Konsertə biletlər isə 2 saat müddətində satılıb.

Qeyd edək ki, İbrahim Tatlısəs İstanbul Kuruçeşmədə səhnəyə çıxacaq.

743
Azərbaycanlı müğənni Zamiq Hüseynov

Zamiq türkcə oxuduğu mahnıya klip çəkdi

13
(Yenilənib 21:31 22.09.2021)
Zamiqin türk dilində ifalarından ibarət olan albomu və yeni klipi "Youtube"da "Net Müzik" adlı populyar musiqi platformasına yerləşdirilib.

BAKI, 22 sentyabr — Sputnik. Müğənni Zamiq Hüseynov yeni albomunu təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə özünün "Instagram" hesabında məlumat verib. Sənətçi uzun müddətdir Türkiyədə hazırladığı "5 günlük dünya" adlı albomunu sevənlərinin ixtiyarına verib. İfaçı bununla yanaşı, alboma daxil olan "Hep biri var" mahnısına da ekran həyatı verib.

Zamiqin türk dilində ifalarından ibarət olan albomu və yeni klipi "Youtube"da "Net Müzik" adlı populyar musiqi platformasına yerləşdirilib.

Yeni layihəsi ilə bağlı danışan sənətçi "bu 5 günlük dünyada hər kəsə sağlam və xoşbəxt olmağı diləyirəm" deyərək tamaşaçılarına xoş dinləmələr arzulayıb.

Eləcə də oxuyun:

13
Teqlər:
müğənni, Zamiq Hüseynov, klip, albom, video, mahnı
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Əcnəbi jurnalist blogerlər Ağdama səfər ediblər