İmza, arxiv şəkli

Azərbaycan folkloru nümunələrinin dövlət qeydiyyatına alınması qaydası təsdiq olunub

10
Folklor nümunələrinin dövlət qeydiyyatı barədə müraciət Agentliyə daxil olduğu tarixdən qeydiyyata alınır və qeydiyyata alındığı vaxtdan ən gec 30 gün müddətində baxılır.

BAKI, 23 avqust — Sputnik. Baş nazir Əli Əsədov "Azərbaycan folkloru nümunələrinin və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydası" və "Azərbaycan folkloru nümunələrininvə Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə Şəhadətnamənin nümunəsi"ni təsdiqləyib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması Qaydasına əsasən, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və Azərbaycanın ənənəvi biliklərinə əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) Azərbaycan Respublikasıdır.

Sənədin əsas anlayışlar hissəsində qeyd edilib:

Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələri) - "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində qeyd olunan Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündə əks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələri, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığı və tətbiqi sənət nümunələri (maddi formada olan və olmayanlar), eləcə də digər xalq yaradıcılığı nümunələri;

Azərbaycanın ənənəvi bilikləri (bundan sonra – ənənəvi biliklər) - "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq, ənənəyə əsaslanan əqli fəaliyyətin nəticəsi olan və nəsildən-nəsilə ötürülərək qorunub saxlanılan elmi, ədəbi, bədii və sənaye sahələrində yeniliklər və yaradıcılıq nəticələri;

Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin hüquqi qorunması - Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin hər hansı qeyri qanuni istifadədən və onlara zərər vuran digər hərəkətlərdən qorunması.

Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin qeydiyyata alınması onların hüquqi qorunması məqsədini daşıyır və bu Qaydaya uyğun olaraq əqli mülkiyyət obyektləri kimi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində (bundan sonra – Agentlik) dövlət qeydiyyatına alınır.

Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatı barədə müraciət Agentliyə daxil olduğu tarixdən qeydiyyata alınır və qeydiyyata alındığı vaxtdan ən gec 30 (otuz) gün müddətində baxılır.

Dövlət qeydiyyatına alınmış Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və Azərbaycanın ənənəvi biliklərinə dair məlumatlar hər bir səhifəsi ardıcıllıqla nömrələnmiş və Agentliyin möhürü vurulmuş "Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin Dövlət Qeydiyyatı Kitabı"na daxil edilir, Agentlik tərəfindən onların elektron məlumat bazası yaradılır, həmin baza müntəzəm olaraq təkmilləşdirilir və dövlət reyestrinin elektron surətinin yenilənməsi təmin edilir.

Həmçinin oxuyun:

Nizami, türk və fars dünyasının ortaq oğludur – Qazax akademik

10
Teqlər:
folklor, qayda, qeydiyyat
UNESCO

Azərbaycanlılar Venesiyada: UNESCO-nun tədbirində "Sarı gəlin" səsləndi

30
(Yenilənib 20:59 24.09.2021)
Qala gecəsinin ən mühüm məqamı isə azərbaycanlı tanınmış caz ifaçısı Etibar Əsədlinin Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa etməsi olub.

BAKI, 24 sentyabr — Sputnik. İtaliyanın Venesiya şəhərinin San Klemente adasında UNESCO-nun iştirakı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə "Rise from the ashes" (“Küllərdən qalx”) adlı humanitar xarakterli multikultural forum keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, 17-ci Venesiya Memarlıq Biennalesi çərçivəsində “Vasconi Architectes by Thomas Schinko” memarlıq şirkətinin təşəbbüsü ilə təşkil olunan beynəlxalq forumda dünyanın tanınmış şəxsləri ilə yanaşı, azərbaycanlı memarlar, sənətçilər, incəsənət nümayəndələri və tələbələr iştirak ediblər.

Tədbirin əsas məqsədi Beyrut şəhərinin rekonstruksiyası, həmçinin şəhərin Baş memarlıq planı üçün həll yollarının tapılması olub. Forumda, eyni zamanda, təcrübəli beynəlxalq təlimçilər müxtəlif mövzularda çıxışlar ediblər.

UNESCO-nun Baş Konfransının prezidenti Altay Cengizer çıxış edərək UNESCO-nun Baş direktoru xanım Odre Azulenin bu foruma dəstək olduğunu iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə tanınmış memar Renzo Piano, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, UNESCO-nun Venesiya bölgəsi üzrə rəsmi nümayəndəsi Ana Luiza Thompson-Flores, Livan Mühəndislər və Memarlar Federasiyasının prezidenti Cad Tabet, ALBA Universitetinin prezidenti Andre Bexazi, Beynəlxalq təhlükəsizlik, enerji və ətraf mühit üzrə direktorlar şurası və Pentaqonun baş məsləhətçisi Çarlz Sills və digər nüfuzlu şəxslər iştirak etdilər.

Forumda, həmçinin peşəkar təlimçilər tərəfindən müxtəlif aktual mövzularda çıxışlar olub. “Millionaire Concept Network”un dəstəyi ilə konfransda iştirak edən Afrika Sağlamlıq Federasiyasının idarə heyətinin sədri Mohamed El Sahilinin məruzəsi dinlənilib.

Tədbirdə “Eurasia Analytics”in direktoru Gülmira Rzayeva, “Millionaire Concept Network”un İtaliya üzrə direktoru Turan Sadigi, elm, cəmiyyət və rəssamlıq sahəsində 20 illik təcrübəyə malik rəssam Koen Vanmexelen, “SnarkArt” şirkətinin icraçı direktoru Nadia Taiga və digər şəxslər iştirak ediblər. Forumda NFT rəssamı kimi məşhurluq qazanan Krista Kim şəhərlərin yenidən qurulması üçün UNESCO-ya sənət, memarlıq sahəsində, cəmiyyətdə inqilab edəcək fikirlər təqdim edərək bu işdə qlobal miqyasda fəaliyyət göstərən təşkilatların, institutların və yaradıcı şəxslərin önəmli rol oynadığını qeyd edib. "TheSuperWorld" virtual daşınmaz əmlak platformasının baş icraçı direktoru və həmtəsisçisi Hrish Lotlikar isə daha yaxşı bir dünya yaratmaq üçün AR/VR/Blockchain və AL texnologiyalarından istifadə etməyin vacibliyini bildirib.

Livanın məşhur sənətçisi Rudy Rahme qala gecədə canlı performans nümayiş etdirib. Türk sənətçisi Özge Günaydın isə “Küllərdən qalx” simvolunu yaradıb. Qala gecəsinin ən mühüm məqamı isə azərbaycanlı tanınmış caz ifaçısı Etibar Əsədlinin Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa etməsi olub.

Tədbirin təşkilatçısı, “Vasconi Architectes by Thomas Schinko” memarlıq şirkətinin vitse-prezidenti, həmyerlimiz Aytən Mirzoyeva gələcəkdə belə bir formatda forumun Gəncə şəhərinin və Qarabağın yenidən qurulması üçün Mədəniyyətlərarası Dialoqa dair Sülh Yaradıcılıq Mərkəzinin iştirakı ilə Azərbaycanda keçirilməsinin nəzərdə tutulduğunu deyib.

 

30
 Şuşada Bülbülün ev-muzeyi, arxiv şəkli

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub

24
(Yenilənib 22:41 23.09.2021)
Avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

BAKI, 23 sentyabr — Sputnik. Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

F.Hacıbəyli artıq ev-muzeyinin direktoru kimi fəaliyyətə başlayıb. O, 02.09.2021-ci tarixli əmrlə ev-muzeyinin direktoru təyin edilib.

Qeyd edək ki, avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Ev muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Bülbül bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında 1982-ci ildə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edilib. Bina 1982-1983-cü illərdə təmir olunub. Ev-muzeyi Şuşanın işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

Bu il yanvarın 14-də Şuşaya səfəri zamanı ev-muzeyində olan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Ev muzeyi Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar Polad Bülbüloğlunun vəsaiti hesabına təmir-bərpa edilib.

Bərpa zamanı evin divarlarında daş üzərində yonulmuş yazılarda evin tikilmə tarixinin qeyd edildiyi aşkarlanıb. Divarın üzərində yeni aşkar olunmuş yazıda binanın 1788-ci ildə inşa olunduğu qeyd edilib. Ev-muzeyinin həyəti əvvəlki görkəmini saxlamaqla bərpa olunub. Muzeyin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Eyni zamanda burada vaxtilə olan və erməni vandalizminə məruz qalan büstü də saxlanılır.

Muzeydə Bülbülə aid olan eksponatlar, əşyalar, sənədlər toplanıb. Bundan başqa, ev-muzeyində quraşdırılan böyük monitorda görkəmli musiqiçinin ifa etdiyi əsərlər, onunla bağlı audio və videoyazılar, məlumatlar 7 dildə nümayiş olunur.

Həmçinin oxuyun:

Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi

24
Teqlər:
Bülbül
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan regional kommunikasiyaların açılmasını son dərəcə vacib saydığını bəyan edib