Kitab

Tövrat ilk dəfə mükəmməl tərcümədə işıq üzü görüb

21
(Yenilənib 20:53 20.08.2021)
Qədim ibrani dilində "Qanun", "Təlim", "Öyüd" mənalarını daşıyan kitab Dövlət Tərcümə Mərkəzi ilə Bakı Dağ Yəhudiləri İcmasının birgə əməkdaşlığı əsasında ərsəyə gətirilib.

BAKI, 20 avqust — Sputnik. Qədim yəhudilərin müqəddəs ilk beş yazı bükümünü – "Yaradılış", "Çıxış", "Levililər", "Saylar", "Qanunun təkrarı"nı özündə cəmləyən müqəddəs Tövrat kitabı ilk dəfə mükəmməl tərcümədə işıq üzü görüb.

Sputnik Azərbaycan xəbər verir ki, qədim ibrani dilində "Qanun", "Təlim", "Öyüd" mənalarını daşıyan kitab Dövlət Tərcümə Mərkəzi ilə Bakı Dağ Yəhudiləri İcmasının birgə əməkdaşlığı əsasında ərsəyə gətirilib. Kitabın tərcümə müəllifi – tanınmış yazıçı-tərcüməçi Etimad Başkeçid, redaktoru – Bəhlul Abbasovdur.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində çap edilib.

Məlumat üçün bildirək ki, Tövrat qədim ibrani dilində "qanun", "təlim" yaxud "öyüd-nəsihət" deməkdir. Zamanla yəhudi Müqəddəs Yazılarının ilk 5 kitabına Tövrat adı verildi. Bəzən Tövrat dedikdə, bütün yəhudi qanunu və ya bütün Əhdi-Ətiq nəzərdə tutulur. Yəhudilərin Müqəddəs Yazıları 39 kitabdan ibarətdir. Xristianlar bu kitablara Əhdi-Ətiq deyirlər. İslamda isə "Tövrat və Zəbur" adı altında qəbul edilir. Lakin daha xüsusi bir mənada Tövrat dedikdə Musanın beş kitabı, Zəbur dedikdə isə Davudun Məzmurları nəzərdə tutulur.

1947-ci ildə Qumran vadisində bədəvi Məhəmməd Əddib tərəfindən aşkar edilən dəri tumarlarına və ondan sonra 30 il boyunca təqribən 200 mağaradan tapılan 600-dən artıq əlyazmalara "Qumran tumarları" adı verilib. Həmin tumarlar Tövratın və Tanaxın əlyazmalarından ibarətdir. Qumran tumarları yəhudi Müqəddəs Yazılarının ən qədim əlyazmaları olduğu üçün Bibliya mətnşünaslığı üçün böyük əhəmiyyət kəsb edir.

21
Rejissor Şamil Əliyevin Çölçü filminin çəkiliş prosesi

Azərbaycanlı rejissor Hollivudda film seçəcək

8
2020-ci ildə Şamil Əliyev həmin festivalda “Çölçü” filminə görə ən yaxşı rejissor işi üçün mükafat almışdı.

BAKI, 18 sentyabr - Sputnik. Kinorejissor Şamil Əliyev 10th Global Nonviolent (Hollywood, California, USA) Beynəlxalq Film festivalında münsiflər heyətinin üzvü seçilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, keçən il Şamil Əliyev bu festivalda “Çölçü” filminə görə ən yaxşı rejissor işi üçün mükafat almışdı.

COVID–19 pandemiyası ilə əlaqədar olaraq festival ikinci ildir ki, onlayn formatda keçirilir.

27 ölkədən müxtəlif janrlarda 44 film müsabiqəyə keçib ki, bunun da 11-i premyera nümayişi olaraq festivalda iştirak edir.

Qaliblərin siyahısı okyabrın 4-də video nümayiş vastəsi ilə elan olunacaq.

Eləcə də oxuyun:

8
Teqlər:
film, rejissor, azərbaycanlı, Hollivud, münsif, münsiflər heyəti

Üzeyir ruhu bu gün Şuşada dolaşır

2056
İşğaldan azad olunan Şuşa şəhərində bu gün sayca ikinci festival keçirilir. Musiqisevərlər Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalına toplaşıblar.

BAKI, 18 sentyabr — Sputnik. Bu gün işğaldan azad ediləndən sonra Şuşa şəhərində ilk dəfə Milli Musiqi günü keçirilir.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hər il dahi Üzeyir Hacıbəylinin ad günündə qeyd olunan tədbir bu dəfə onun Şuşadakı heykəlinin ucaldığı parkda baş tutub. Tədbirdə iştirak edən nümayəndə heyəti Xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət edərək onların heykəlləri önünə gül dəstələri qoyublar.

Tədbiri Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov açaraq bildirib ki, bu gün Şuşada uzun illər sonra ilk dəfə Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalı keçirilir: "Əminəm ki, gələcək nəsillər də bu ənənəni davam etdirəcəklər. Bu gün keçirilən tədbirin xüsusi əhəmiyyəti var. Milli Musiqi Günümüz vaxtı ilə erməni vandallarının dağıtdığı və avqustun 29-da Prezidentin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında keçirilib.

İkinci səciyyəvi məqam odur ki, bu gün çıxış edəcək Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblı düz 85 il əvvəl dahi bəstəkar tərəfindən yaradılıb”.

Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Şuşada icra etdiyi genişmiqyaslı restavrasiya işləri çərçivəsində ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri bərpa olunur.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib ki, bundan əvvəl də Şuşada beynəlxalq festivallar keçirilib: "Ancaq bu günün önəmi hər birimiz üçün tamam fərqlidir. Bu gün Üzeyir bəyin ruhu bizimlə Şuşadadır. Burada səslənən musiqilərin sədaları altında işğaldan azad olan digər torpaqların yenidən qurulması daha da sürətlənəcək".

Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu Şuşaya yeni həyatın qayıtdığını deyib. O, bu gözəl məkanda Vaqif Poeziya Günlərinin, Xarı Bülbül festivalının keçirildiyini, tarixi və mədəni abidələrin bərpa edildiyini vurğulayıb:

"Biz bu günü 30 ildir arzulayırdıq. Bu gün mənim ürəyim doludur, ona görə də danışmaqda çətinlik çəkirəm. Bu gün yaşadığımız sevinci şəhidlərə, qazilərə borcluyuq. Hər il bu bayramı Bakıda qurulan səhnələrdə keçirirdik. Bu il isə Üzeyir heykəlinin yerləşdiyi bağda, azad Şuşada bayramı qeyd edirik. Ona görə də hamınızı burada görməkdən şadam. Şuşa çox böyük sürətlə dəyişilir. Bu gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bundan da böyük tədbirləri Şuşada keçirək".

Qeyd edək ki, mədəniyyət xadimləri səfər çərçivəsində Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Qala divarlarını, eyni zamanda, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.

İştirakçılara Qala divarlarının işğal dövründə erməni vandalları tərəfindən dağıdıldığı və yenidən bərpa olunması, həmçinin Yuxarı və Aşağı Gövhər Ağa məscidləri barədə məlumat verilib. Hazırda qala divarlarında təmir işləri davam edir.

Qeyd edək ki, bu beynəlxalq tədbir işğaldan azad olunan Şuşa şəhərində keçirilən sayca ikinci festivaldır.

Tədbir konsert proqramı ilə davam edir.

Eləcə də oxuyun:

2056
Teqlər:
Şuşa, Üzeyir Hacıbəyli, Musiqi günü, festival
Doktor, arxiv şəkli

Bakının məşhur xəstəxanasına yeni direktor təyin edilib

0
TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanov yeni direktorun təyinatı ilə bağlı müvafiq əmr imzalayıb.

BAKI, 18 sentyabr - Sputnik. Səhiyyə Nazirliyinin Baş nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinin direktoru təyin edilib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə heyətinin sədri Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Əmrin icrası ilə bağlı digər məsələlərin həlli “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinə tapşırılıb.

Eləcə də oxuyun:

0
Teqlər:
xəstəxana, Uroloq, TƏBİB, direktor
Mövzu:
Bakının son xəbərləri