Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda doğulmuş Oskar mükafatçısı rejissor vəfat etdi

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidРежиссер Владимир Меньшов
Режиссер Владимир Меньшов - Sputnik Azərbaycan, 1920, 05.07.2021
Abunə olmaq
Onun ekranlaşdırdığı məşhur "Moskva göz yaşlarına inanmır" filmi "Oscar" Akademiyasının Mükafatına ("Xarici dildə ən yaxşı film" nominasiyasında) layiq görülmüşdü.

BAKI, 5 iyul — Sputnik. Məşhur sovet və rus kinorejissoru, aktyor, prodüser, "Mosfilm"-in idarə heyətinin üzvü, əslən Bakıdan olan Vladimir Menşov koronavirusdan dünyasını dəyişib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə "Mosfilm" kinokonserni və Vladimir Menşovun ailəsindən məlumat verilib. Məlumatda bildirilir ki, kino xadimi 82 yaşında koronavirus infeksiyasına yoluxma nəticəsində dünyasını dəyişib.

"Mosfilm"-in kollektivi Vladimir Menşovun həmkarlarına, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.

"Biz bütün yaradıcılıq gücünü və parlaq istedadını doğma kinostudiyasına vermiş, həqiqətən məşhur rejissor olan, möhtəşəm filmlərini milyonlarla insanın tanıdığı və sevdiyi əziz dostumuzu, bir "Mosfilm" üzvünü itirdik", - deyə nekroloq mətnində qeyd olunur.

O da vurğulanır ki, kinorejissorla vida mərasiminin yeri və vaxtı barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Vladimir Menşov – RSFSR-in Xalq artisti (1989), SSRİ Dövlət Mükafatı laureatçısı (1981), Rusiya Federasiyası Kinematoqrafçılar Birliyinin üzvü idi.

Onun ekranlaşdırdığı məşhur "Moskva göz yaşlarına inanmır" filmi "Oscar" Akademiyasının Mükafatına ("Xarici dildə ən yaxşı film" nominasiyasında) layiq görülüb.

Xəbər lenti
0