CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İslam Dünyası İrsi Siyahısına daha 97 tarixi-mədəniyyət abidəsi daxil ediləcək

© Sputnik / Emin AlisahibAğdamda imarət kompleksi və Qiyaslı məscidindən reportaj
Ağdamda imarət kompleksi və Qiyaslı məscidindən reportaj - Sputnik Azərbaycan, 1920, 01.07.2021
Abunə olmaq
Komitənin iclasında altı mədəni irs nümunəsinin siyahıya daxil edilməsi məqsədəuyğun hesab edilməyib. Beləliklə, İslam Dünyası İrsi Siyahısına daxil edilmiş tarixi-mədəniyyət abidələrinin ümumi sayı 320-yə çatıb.

 

BAKI, 1 iyul — Sputnik. İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 9-cu iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, komitənin iclasında daha 97 tarixi-mədəniyyət abidəsinin İslam Dünyası İrsi Siyahısına daxil edilməsi barədə qərar qəbul edilib. Siyahı yaxın günlərdə təşkilatın rəsmi saytında dərc ediləcək.

Komitənin iclasında altı mədəni irs nümunəsinin siyahıya daxil edilməsi məqsədəuyğun hesab edilməyib. Beləliklə, İslam Dünyası İrsi Siyahısına daxil edilmiş tarixi-mədəniyyət abidələrinin ümumi sayı 320-yə çatıb.

İclasda çıxış edən ICESCO-nun mədəniyyət və kommunikasiya bölməsinin rəhbəri Məhəmməd Zeynəlabidin qeyd edib ki, təşkilatın Baş direktoru Salim Məhəmməd əl-Malik İslam ölkələrində tarixi-mədəniyyət abidələrinin siyahıya alınması, onların mühafizəsinə və beynəlxalq aləmdə təbliğinə böyük əhəmiyyət verir. Bu məqsədlə təşkilatın müvafiq strukturu maddi və qeyri-maddi mədəni irs nümunələrinin müəyyən edilməsi istiqamətində üzv ölkələrlə sıx əməkdaşlıq edir.

Sonda COVID-19 pandemiyası şəraitində tarixi abidələrin və muzeylərin vəziyyəti ilə əlaqədar məlumatların ICESCO-ya təqdim edilməsinə, habelə İslam Dünyası İrsi Ensiklopediyasının hazırlanmasında iştiraka dair təşkilata üzv ölkələrin uyğun strukturlarına müraciət qəbul edilib. Bundan başqa, iclasda bəşər sivilizasiyasına məxsus olan və silahlı münaqişə zonalarında yerləşən tarixi-mədəniyyət abidələrinin mühafizəsi məsələsi də müzakirə edilib.

Eləcə də oxuyun:

Xəbər lenti
0