Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sivvadan günün mahnısı

© Pexels Katrien GrevendonckМикрофон, фото из архива
Микрофон, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.06.2021
Abunə olmaq
Rok üslubunda yazılan "Keçmiş sevgilim" mahnısı və çəkilən klip tamaşaçıların ixtiyarına 30 iyun "Milli Sevgililər Günü"ndə verilib.

BAKI, 30 iyun — Sputnik. Səhnə adı Sivva olan bəstəkar-müğənni Sevinc Ağasıyeva növbəti layihəsini təqdim edib. Mahnı "Keçmiş sevgilim" adlanır. Sputnik Azərbaycan xəbər verir ki, mahnının sözləri Cəlil Cavanşirə, musiqisi xanım ifaçının özünə, aranjimanı isə Əli İbrahimzadə və Tərlan Məmmədliyə aiddir.

Adı çəkilən ifaçılar 4MOOD qrupu kimi Sivva ilə həm də klipdə tərəf müqabili olublar. "Keçmiş sevgilim" üçün maraqlı məkanlar, o cümlədən gəmi və Dənizkənarı Milli Park seçilib.

Əsas epizodlar "Suraxanı" gəmi-muzeyində lentə alınıb. Qeyd edək ki, bu gəmi dünyanın ilk tanker-muzeyidir. Ekran işində müğənni xanım bir neçə obrazda maraqlı və fərqli performans nümayiş etdirib. Rok üslubunda yazılan "Keçmiş sevgilim" mahnısı və çəkilən klip tamaşaçıların ixtiyarına 30 iyun "Milli Sevgililər Günü"ndə verilib.

Qeyd edək ki, Sevinc Ağasıyeva bir çox müğənnilərlə duet ortağı olub. Sənətçinin müğənni Fidan Hüseynova ilə birlikdə bir müddət öncə ermənilərin ötən ilin oktyabr ayında Gəncə şəhərində törətdiyi terror hadisəsini əks etdirən "Pray For Ganja" klipi izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanmışdı.

Xəbər lenti
0