Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda 81 il əvvəl çəkilmiş filmin fraqmenti aşkarlanıb

© AP Photo / Julio CortezКинопленка, фото из архива
Кинопленка, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.06.2021
Abunə olmaq
1928-ci ildə çəkilmiş filmin kinolenti bu günə gəlib çatmayıb. Buna görə də fondun əməkdaşları kino tədqiqatçısı Ədhəm Qulubəyovun 1960-cı ildə rus dilində çap olunmuş "Azərbaycanda kino sənəti" kitabını əsas götürərək araşdırmalar aparıblar.

BAKI, 29 iyun — Sputnik. Şəxsi mənbələrdən daxil olan kinoxronika materiallarının araşdırılması zamanı rejissor Abbas Mirzə Şərifzadənin "Hacı Qara" filminə aid bir fraqment aşkar edilib. Sputnik Azərbaycan xəbər verir ki, foto və videokadrların müqayisəsi zamanı, həmçinin kino lentinin texniki xüsusiyyətləri fondun mütəxəssislərində tam əminlik yaradıb ki, aşkarlanan və kino lentindən köçürülərək rəqəmsallaşdırılan 38 saniyəlik epizod bu günədək bir neçə fotodan başqa heç bir görüntüsü mövcud olmayan "Hacı Qara" filminə aiddir.

Fond filmdən həmin parçanı və kitabın həmin səhifəsini oxuculara təqdim edib.

Qeyd edək ki, filmin quruluşçu rejissoru Abbas Mirzə Şərifzadə, ssenari müəllifi Cəfər Cabbarlı, operatoru İvan Tartakovskidir. Rollarda Mirzəağa Əliyev, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli, Sidqi Ruhulla, Mərziyə Davudova, Hacıağa Abbasov, Əzizə Məmmədova və başqa aktyorlar çəkiliblər.

Xatırladaq ki, 1928-ci ildə çəkilmiş filmin kinolenti bu günə gəlib çatmayıb. Buna görə də fondun əməkdaşları kino tədqiqatçısı Ədhəm Qulubəyovun 1960-cı ildə rus dilində çap olunmuş "Azərbaycanda kino sənəti" kitabını əsas götürərək araşdırmalar aparıblar. Belə ki, kitabın 16-cı səhifəsində filmin baş rolunun ifaçısı Mirzəağa Əliyevin Hacı Qara obrazında filmdən fotosu əks olunub.

Xəbər lenti
0