CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nura Suri: "Toyların açılması yenə camaatı ucdantutma cərimələmək üçün tələdir?"

© © Courtesy of Nura SuriНура Сури
Нура Сури - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Nuri Suri sosial şəbəkələrdə Operativ Qərargahın qərarlarını ən çox tənqid edənlər sırasındadır. Qeyd edək ki, müğənni hər zaman cəsarətli fotoları və qeyri-adi layihələri ilə tanınıb.

BAKI, 25 iyun — Sputnik. Müğənni Nura Suri "Facebook" profilində karantin rejiminin qaydalarına irad bildirib. Sputnik Azərbaycan xəbər verir ki, o, statusda bunları yazıb: "Toylar açılır, lap yaxşı. Bunu bildik. Bəs açıq havada toyda maska taxmaq, ya taxmamaq haqda bir açıqlama verən olub? Yoxsa toyların açılması yenə camaatı ucdantutma cərimələmək üçün tələdir? O boyda Amerikada maska taxmayanları cərimələyən görmədim. Maska məcburiyyəti də iyunun 15-dən ləğv olundu. Las-Veqasda ayın 15-dən əvvəl də ümumiyyətlə maska taxan yox idi".

Məlumat üçün bildirək ki, Nura Suri sosial şəbəkələrdə Operativ Qərargahın qərarlarını ən çox tənqid edənlər sırasındadır. Qeyd edək ki, müğənni hər zaman cəsarətli fotoları və qeyri-adi layihələri ilə tanınıb. Üç uşaq anası karantin zamanı müğənnilikdən savayı, tikinti şirkətinə işə düzəlməsi ilə də gündəmə gəlib.

Azərbaycanda toylara "yaşıl işıq"

2021-ci il iyulun 1-dən Azərbaycanda toy və nişan mərasimlərinə qoyulan qadağa aradan qaldırılır. Bununla əlaqədar "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilib.

Mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir. Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq.

Şənlik mərasimlərinin keçirilməsi üçün icazə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən idarə olunan icaze.e-gov.az portalından əldə olunmalıdır. Portalın fəaliyyəti 26 iyun tarixindən etibarən Mərkəz tərəfindən aktivləşdiriləcək.

Eləcə də oxuyun:

Xəbər lenti
0