* AZƏRBAYCAN *
Musiqi alətləri, arxiv şəkli

Nadir tapıntı: Şuşanın məşhur xanəndəsinin səs yazısı şəxsi kolleksiyadan çıxdı

2056
(Yenilənib 00:51 05.06.2021)
Türkiyədəki şəxsi kolleksiyaların birindən tapılan lent yazılarındakı səsin sahibini müəyyənləşdirmək üçün xeyli müzakirə aparılıb. Ətraflı - Sputnik Azərbaycan-ın mədəniyyət yazarı Şahpəri Abbasovanın xəbərində.

BAKI, 5 iyun — Sputnik. Beynəlxalq Muğam Mərkəzi tədqiqat fəaliyyətində böyük uğura nail olub. Muğam Mərkəzinin mətbuat xidmətinin rəhbəri Lalə Azərinin Sputnik Azərbaycan-a verdiyi xəbərə görə, XIX əsrin II yarısı muğam ifaçılığının ən görkəmli nümayəndələrindən biri Məşədi Məmməd Fərzəliyevin ifasında 4 lent yazısı aşkarlanıb: "Bu işdə ilk müraciət etdiklərimizdən vaxtilə Türkiyənin Azərbaycandakı keçmiş mədəniyyət müşaviri, rəhmətlik İrfan Çiftçi oldu. Onun axtarışları nəticəsində Azərbaycan Milli Arxiv İdarəsindən Tarix Arxivinin direktoru Aslan Kənanın köməyilə vaxtilə Gəncə Filarmoniyasının direktoru olmuş Şirin Rzayevin musiqişünas Firudin Şuşinskiyə yazdığı məktub tapılıb. Məktubda xanəndənin İstanbulda yaşadığı ünvan göstərilib və onun Mehmet Çaylı (Ferzalı) adı ilə fəaliyyət göstərdiyi qeyd edilib. Ünvan İstanbulda Beyoğlu məhəlləsindədir".

© Photo : Public domain
Məşədi Məmməd Fərzəliyev

Lalə xanım bildirir ki, BMM tərəfindən xanəndənin irsinin araşdırılmasına jurnalist və araşdırmaçı Dilqəm Əhməd və Azərbaycanın tanınmış şəxsiyyətlərinin nəsil şəcərəsinin araşdırması ilə məşğul olan araşdırmaçı jurnalist Hafiz Əhmədov da cəlb ediliblər: "Milli Arxiv İdarəsində də onun lent yazıları var. Amma bizim əldə etdiyimiz tam yenidir. Onun Fərzəliyevin səsi olduğu məlum deyildi. Bu səs yazıları Türkiyədə şəxsi kolleksiyadan götürülüb. Dinləmələr və müzakirələr, xanəndənin bu günə kimi bəlli olan lent yazıları ilə uyğun gəldiyi qənaətinə gəlindi.

İfa tərzi, etdiyi zəngulələr sübut edir ki, həmin səs yazıları Məşədi Məmməd Fərzəliyevə məxsusdur. Mütəxəssislər xanəndənin "Şüştər" muğamının mahir ifaçısı kimi muğam tarixində iz qoyduğunu nəzərə alaraq ifalarda M.M.Fərzəliyevə məxsus boğazlardan istifadənin, eləcə də Üzeyir bəy yaradıcılığına müraciəti də burada əsas amil kimi dəyərləndirdilər. Nəzərə alsaq ki, xanəndə Azərbaycanda yaşadığı dövrdə opera səhnəsində çıxışlar edib".

Mətbuat xidmətinin rəhbəri bildirir ki, bu axtarış bir il əvvəl başlayıb.

Qeyd edək ki, BMM-nin tədqiqat işləri "Unudulmayanlar" və "Dəyirmi masa" layihələri çərçivəsində həyata keçirilir. BMM-nin elmi və tədqiqat xarakterli növbəti layihələri ilə bağlı əlavə məlumatlar, eləcə də M.M. Fərzəliyevin Türkiyədəki məzarının axtarışının nəticəsi ictimaiyyətə təqdim olunacaq.

Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub, görkəmli ifaçı və müəllim Xarrat Qulunun məktəbində yetişib. Bir müddət Gəncədə yaşayıb. 1929-cu ildə qastrol adı ilə Azərbaycandan çıxır. Qastrol səfərində Vladiqafqazdan başlayaraq, Tbilisi, Batumi və başqa şəhərlərə, Avropanın bir çox ölkələrinə qədər gedib çıxıb. Ömrünün sonuna qədər Türkiyədə məskunlaşıb. Ondan sonra bir daha Azərbaycana qayıtmayıb. Görkəmli ifaçı 1929-cu ildən 1962-ci ilə qədər aktiv musiqiçi həyatı keçirib. O, tarzən Hüseyn bəy Qasımla birgə "Azərimüzik heyəti" adlı kollektiv yaradıb. Bu heyətdə 20-30 nəfər xanəndə, aktyor, qiraətçi və sair kimi sənət nümayəndələri toplanıblar. Onlar böyük proqramla İstanbuldan başlayaraq Misirə qədər geniş coğrafiyada ancaq Azərbaycan musiqisini təbliğ edib, konsertlər keçiriblər.

Eləcə də oxuyun:

  • Mərkəzi Asiyanın məşhur portalı Şuşa toyları haqqında yazıb
  • Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

  •  Azərbaycan musiqisinin Bülbülü: Cəbiş müəllim məşhur sənətkarı yad etdi

  •  

    Bizim Cəbiş müəllim Qarabağın inciləri haqda: Xan Şuşinski fenomeni - VİDEO

2056
Teqlər:
kolleksiya, Türkiyə, Azərbaycan, Şuşa, xanəndə
Yusif Eyvazov və Anna Netrebko, arxiv şəkli

Yusif Eyvazov Anna Netrebkodan niyə övladının olmadığını açıqladı

2182
Rusiyada yaşayan məşhur azərbaycanlı opera müğənnisi karyeraya necə başlamasından, həyat yoldaşı ilə tanışlığından və niyə ondan uşaq sahibi ola bilməməsindən danışıb.

BAKI, 23 iyun — Sputnik. Xalq artisti Yusif Eyvazov müğənni Valeriyanın "Aramızda qalsın" adlı layihəsinə qonaq olub. Azərbaycanlı solist proqramda həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebkodan niyə övlad sahibi ola bilmədiyinə aydınlıq gətirib.

Peşə seçimi

Uşaq vaxtı mahnı oxumurdum. Oxumaq istədiyimi anlayanda isə təxminən 17-18 yaşım vardı. Bizim ailədə texnoloq və həkimlər üstünlük təşkil edir. Amma mənim bu peşələrə marağım yox idi. Atam onun yolu ilə getməyimi istəyirdi. Hazırlaşıb universitetə daxil oldum. Ali məktəbdə oxuduğum vaxt Şən və Hazırcavablar Komandası ("KVN") yaratmışdılar, mən də üzv oldum. Amma yaxşı "KVN"-çi ola bilmədim.

Çıxışlarımızdan birində mahnı oxumaq lazım idi. Həmin vaxt məni müşayiət edən pianoçu xanım səsimin olduğunu görüb məsləhət verdi ki, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasına daxil olum. Ancaq valideynlər bu fikirdə idilər ki, mahnı oxumaqla ailə dolandırmaq olmaz, ona görə də məni bu fikirdən daşındırmağa çalışdılar. Buna baxmayaraq, konservatoriyaya daxil oldum və qərara gəldim ki, estrada müğənnisi olum. Heç indi də notları yaxşı bilmirəm.

Anatoli Qusev adlı bir pedaqoq var, İtaliyada təhsil almış ilk bakılıdır. İndiyə kimi onunla dostluq edirik. İldə bir dəfə Bakıya gəlirdi. Növbəti səfərlərin birində onun yanına getdim. O, mənə dedi: "Əgər oxumaq istəyirsənsə, İtaliyaya getməlisən".

Valideynlərimin məni xaricə göndərmək imkanı yox idi. Onlar mənim İtaliyaya getmək istəyimi sakit qarşıladılar, fikirləşdilər ki, bir müddət sonra bu həvəsim keçəcək. Amma keçmədi. Axırda atam məcbur olub məni İtaliyaya göndərmək üçün tələb olunan dörd min dolları düzəltdi. İki ay İtaliyada yaşayandan sonra bir qəpiyim də qalmamışdı. Evə qayıda bilməzdim. Onda 20 yaşım var idi. İndiki kimi yadımdadır, 1997-ci il idi, qərara gəldim ki, baristalıq edim. Sutkada cəmi dörd saat yatsam da, o dövr həyatımın ən gözəl vaxtları idi. Yaxşı qazanırdım. Bütün Avropanı gəzdim.

İlk çıxış

Bu, İtaliyada baş verdi. Əməlli-başlı biabırçılıq oldu. Üç saat oxudum, hər şey normal idi, ancaq yuxarı not götürmək istəyəndə alınmadı. Xəcalət içində səhnəni tərk etdim. Bu, mənim üçün böyük biabırçılıq idi. Ancaq xaraktercə tez ruhdan düşən insan deyiləm. Bütün dünya mənə deyirdi ki, səndən ifaçı olmaz.

Anna Netrebko ilə tanışlıq

Milanda tanış olduğumuz vaxt o mənə dedi ki, burada heç nə öyrənə bilməyib. Fikirləşdim ki, ya dəlidir, ya da dahi. Bir həftədən sonra onun çıxışını izləyəndə başa düşdüm ki, dahi vokalistdir. Bilirdim ki, premyeradan sonra ayrılacağıq. Agent də ona yaxınlaşmağı qadağan eləmişdi. O vaxt "WhatsApp" yox idi, biz əsasən, elektron poçt vasitəsilə ünsiyyət saxlayırdıq. Premyeradan sonra məni otağından qovdu, səhəri gün isə yazdı ki, artıq mənə olan həvəsi keçib. O, Vyanaya uçdu, amma biz yazışmağa davam elədik.

Sonra o yenidən çıxış etmək üçün Milana gəldi. Xahiş elədim ki, əlavə bir neçə gün də qalsın, razılaşdı. Ayrılıq anı çətin keçdi: başa düşürdüm ki, bəlkə də biz bir daha görüşməyəcəyik. O gedəndən sonra darıxmağa başladım. Onda mənim 35 yaşım var idi, həyatım barədə demək olar ki, fikirləşmirdim. Anna həyatıma yeni nəfəs gətirmişdi. 2014-cü ildə Vyanaya getdim və orada qaldım.

Netrebkonun həyat yoldaşı olmaq...

Anna güclü qadındır, amma mənə onunla yaşamaq asandır. O, kişinin yanında heç vaxt güclü tərəflərini göstərməz. Bu mənada eynilə azərbaycanlı xanımlara bənzəyir. O, heç vaxt kişini alçatmaz. Alçaldılmağa qətiyyən göz yummazdım. Mənim üçün qəbuledilməz iki şey var: xəyanət və hörmətsizlik. Biz ailə qurduğumuz vaxt hamı deyirdi: "Bu, Netrebkonun əridir". Bunu normal qarşılayırdım, bilirdim ki, bundan qaçmaq mümkün deyil, çünki o, ulduzdur. Başladım öz üzərimdə işləməyə. Anna mənim həyatımda ilhamverici qüvvədir. Biz bir-birimizdən çox şey öyrənmişik. İndi mənim yanımdakı qadın yeddi il bundan əvvəlki Anna deyil. Əgər mən ona 25-30 yaşında rast gəlsəydim, yəqin heç bir il də birlikdə yaşaya bilməzdik. Biz onunla övladı dünyaya gələndən sonra tanış olmuşduq. O, axtardığını məndə tapmışdı.

Niyə Netrebkodan övladı yoxdur

Şükür Allaha ki, Tyaqo eynən Annaya bənzəyir. O, xeyirxah və mehriban uşaqdır. İlk dəfə məktəbdə olanda mənə ata dedi. Çox təsirlənmişdim. Həmin an başa düşdüm ki, o mənim ögey deyil, elə doğma oğlumdur. Onun mənim qanımdan, canımdan olmadığını ağlıma belə gətirmirəm. O, həm də mənim ən yaxın dostumdur.

Tyaqo – bizim yeganə övladımızdır, başqa uşağımız olmadı. Anna ilə genetik cəhətdən uyuşmazlığımız var, yəni ayrı-ayrılıqda uşaq sahibi ola bilərik, amma birlikdə bu mümkün deyil. Hər şeyi sınaqdan keçirtsək də, alınmadı. Hətta mənə surroqat anadan övlad sahibi olmaq da təklif edildi. Amma başqa qadından olan övlad istəmirəm. Ona görə də qərar verdik ki, hər şey necə varsa, o cür də qalsın...

2182
Anar Kərimov, arxiv şəkli

Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb

20
(Yenilənib 19:20 22.06.2021)
Bu kampaniya çərçivəsində təşkilatın işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və oradakı gerçəklərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görəcəyinə əminliyini ifadə edib.

BAKI, 22 iyun — Sputnik. Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos ilə görüş keçirib. Sputnik Azərbaycan xəbər verir ki, nazir 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana ilk BMT nümayəndəsinin səfərindən məmnunluğunu ifadə edib.

A.Kərimov 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regionda yeni imkanlara yol açdığını vurğulayıb, bu kontekstdə həm regionda, həm də ölkələr arasında sülhün bərqərar olmasına töhfə vermək üçün BMT-nin Sivilizasiyalar Alyansının əlverişli imkanlarının olduğunu diqqətə çatdırıb: "Biz inanırıq ki, təşkilat postkonflikt dövrünü yaşayan Azərbaycanla Ermənistan arasında da davamlı sülhün və güvənliyin təmin edilməsi üçün əlindən gələni əsirgəməyəcək."

Təşkilatla Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırış haqqında məlumat verib. Qeyd etdi ki, mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olması vacibdir və bu məqsədlə Azərbaycan "Mədəniyyət naminə sülh" kampaniyası ilə dünyaya çağırış edir. Bu kampaniya çərçivəsində təşkilatın işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və oradakı gerçəklərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görəcəyinə əminliyini ifadə edib.

Səfərinin məqsədinin Azərbaycana dəstəklərini nümayiş etdirmək olduğunu deyən M.Moratinos dini abidələrin qorunmasının təşkilatın prioritet fəaliyyət istiqamətlərindən olduğunu, bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək konkret layihələrin reallaşdırılmasının vacibliyini, bu sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş əməkdaşlığın gələcək perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.

20
Suqovuşan, arxiv şəkli

Bir qrup hərbçimiz "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olundu

21228
Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş hərbçilərimiz təltif edildilər

BAKI, 24 iyun - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Onların siyahısı ilə bu linkdən tanış olmaq mümkündür. 

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ savaşında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.
Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 11-dək dəfn edilən 2841 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim edib.

44 günlük müharibədə xəsarət alan bütün qazilərin müalicə və reabilitasiyası Prezidentin göstərişi ilə dövlət tərəfindən gerçəkləşdirilir.

Dirçəliş

Müharibədən sonra işğaldan azad edilmiş bölgələrdə bərpa və quruculuq işlərinə başlanıb. Bu prosesə yerli müəssisələr və qurumlarla yanaşı, müxtəlif xarici şirkətlər də dəvət alıb. Qarabağda "ağıllı" şəhər və kənd sistemləri olacaq. Bərpa zamanı ən yeni texnologiyalardan istifadə ediləcək.

Füzulidə beynəlxalq aeroportun tikilməsinə start verilib. Prezident İlham Əliyevin sözlərinə görə, ya Laçın, ya Kəlbəcərdə ikinci beynəlxalq hava limanı inşa ediləcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub və orada 30 illik fasilədən sonra "Xarı-bülbül" festivalı keçirilib. 

---------------

29.12.2021

12:19

Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Təltif olunmuş hərbçilərimizin siyahısı ilə bu linkdən tanış ola bilərsiniz. 

21228
Teqlər:
Azərbaycan Ordusu, hərbçilər, Azərbaycan, Qarabağ, medal, Suqovuşan