Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Kann festivalının keçiriləcəyi tarix bəlli oldu

© AFP 2023 / CHRISTOPHE SIMONСотрудники устанавливают красную ковровую дорожку в Каннах, фото из архива
Сотрудники устанавливают красную ковровую дорожку в Каннах, фото из архива - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
Festival hələ aprelin ortalarında ətraf mühitə təsirlərin azaldılmasına yönələn bir sıra tədbirlər, eləcə də akkreditə olunmuş jurnalistlərin töhfələri ilə bağlı məlumat vermişdi.

BAKI, 4 iyun — Sputnik. 74-cü Kann festivalı iyulun 6-dan 17-dək keçiriləcək. Amerikalı Spayk Linin (Spike Lee) sədrlik edəcəyi münsiflər heyəti hələ açıqlanmayıb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu haqda Kann festivalının səlahiyyətli nümayəndəsi Tyeri Fremo mətbuat konfransında bildirib. Qeyd edib ki, "Kann premyeraları" (Cannes Premiers) adlı yeni seksiyanın yaradılması festival həyatında ilkdir. Bu seksiya artıq seçilmiş və təsdiqlənmiş kinorejissorlar üçün nəzərdə tutulur.

Festivalda digər yenilik ətraf mühit məsələlərinə həsr edilmiş müvəqqəti xarakterli seksiya olacaq. Festival hələ aprelin ortalarında ətraf mühitə təsirlərin azaldılmasına yönələn bir sıra tədbirlər, eləcə də akkreditə olunmuş jurnalistlərin töhfələri ilə bağlı məlumat vermişdi.

Logistika məsələlərinə gəldikdə isə festivalın səlahiyyətli nümayəndəsi bildirib ki, COVID-19 epidemiyasının öhdəsindən hələ gəlinməyib. Ona görə virusun yayılmasının qarşısını almağa və çox ehtiyatlı olmağa çağırış edib.

O vurğulayıb ki, Kann festivalının "Qızıl Palma" ali mükafatı uğrunda mübarizəyə qatılacaq 24 filmdən 4-nün rejissoru qadındır.

Festival Leos Karaksın "Annette" filmi ilə açılacaq, bağlanış üçün sürpriz film gözlənilir. Ümumiyyətlə, münsiflər heyətinə rəsmi olaraq 61 film təqdim olunacaq.

Məlumat üçün bildirək ki, Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilib. Kann beynəlxalq kinofestivalı və ya Kann Film Festivalı (fr. le Festival international du film de Cannes və ya qısaca fr. le Festival de Cannes) dünyanın ən məşhur kinofestivallarından biridir. Bu festival ənənəvi olaraq Fransanın cənubunda olan Kann şəhərində təşkil edilir. Əsas mükafatı "Qızıl Palma Budağı"dır. Lakin sonralar may ayında keçirilməyə başladı. Bundan başqa, "Qran-pri", "Qızıl Kamera" mükafatları da həmin festivalın mükafatları sırasındadır.

Xəbər lenti
0