Mikrofon

"Simurq" uşaq musiqi festivalı keçirilir

32
(Yenilənib 00:00 03.06.2021)
Tədbirdə uşaqların rəsmlərindən ibarət sərgi də təqdim olunacaq. Təşkilatçılar incəsənətin bütün sahələrində uşaqların istedadını nümayiş etdirməyə qərar veriblər.

BAKI, 2 iyun — Sputnik. "Arts Council Azerbaijan" təşkilatının layihəsi, Mədəniyyət Nazirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə "Simurq" uşaq musiqi festivalı keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, əvvəlki illərdə festivala təkcə pianoçular cəlb edilirdisə, bu dəfə musiqinin bütün sahələri ilə məşğul olan uşaqlar özlərini sınaya biləcəklər. Tədbirdə uşaqların rəsmlərindən ibarət sərgi də təqdim olunacaq. Təşkilatçılar incəsənətin bütün sahələrində uşaqların istedadını nümayiş etdirməyə qərar veriblər. Festivalın ilk konserti bu gün İçərişəhərdə "Art Tower" qalereyasının qarşısında başlayıb.

Müəllifi tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə olan layihənin başlıca məqsədi Azərbaycanın gənc, istedadlı musiqiçilərini önə çıxarmaq və dəstək olmaq, eləcə də onlara ifaçılıq sənətində peşəkar bilik və bacarıqlar öyrətməkdir.

32
Anar Kərimov, arxiv şəkli

Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb

13
(Yenilənib 19:20 22.06.2021)
Bu kampaniya çərçivəsində təşkilatın işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və oradakı gerçəklərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görəcəyinə əminliyini ifadə edib.

BAKI, 22 iyun — Sputnik. Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos ilə görüş keçirib. Sputnik Azərbaycan xəbər verir ki, nazir 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana ilk BMT nümayəndəsinin səfərindən məmnunluğunu ifadə edib.

A.Kərimov 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regionda yeni imkanlara yol açdığını vurğulayıb, bu kontekstdə həm regionda, həm də ölkələr arasında sülhün bərqərar olmasına töhfə vermək üçün BMT-nin Sivilizasiyalar Alyansının əlverişli imkanlarının olduğunu diqqətə çatdırıb: "Biz inanırıq ki, təşkilat postkonflikt dövrünü yaşayan Azərbaycanla Ermənistan arasında da davamlı sülhün və güvənliyin təmin edilməsi üçün əlindən gələni əsirgəməyəcək."

Təşkilatla Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırış haqqında məlumat verib. Qeyd etdi ki, mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olması vacibdir və bu məqsədlə Azərbaycan "Mədəniyyət naminə sülh" kampaniyası ilə dünyaya çağırış edir. Bu kampaniya çərçivəsində təşkilatın işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və oradakı gerçəklərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görəcəyinə əminliyini ifadə edib.

Səfərinin məqsədinin Azərbaycana dəstəklərini nümayiş etdirmək olduğunu deyən M.Moratinos dini abidələrin qorunmasının təşkilatın prioritet fəaliyyət istiqamətlərindən olduğunu, bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək konkret layihələrin reallaşdırılmasının vacibliyini, bu sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş əməkdaşlığın gələcək perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.

13
Musiqi alətləri, arxiv şəkli

Azərbaycanlı musiqiçidən beynəlxalq səviyyəli layihə: "Kamança Şuşanın səsidir"

43
(Yenilənib 23:33 21.06.2021)
Solo ifa zamanı Toğrul Əsədullayevi "Buta" instrumental ansamblı – bədii rəhbər, tarzən Rövşən Qurbanov, pianoda Əməkdar artist Nərgiz Əliyeva müşayiət ediblər.

BAKI, 21 iyun — Sputnik. Beynəlxalq Muğam Mərkəzinin solisti, Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev "Kamança Şuşanın səsidir" musiqi layihəsini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, musiqiçi şuşalı bəstəkarların əsərlərindən ibarət silsilə ifalar lentə aldırıb.

Qeyd edək ki, alboma səkkiz əsər daxil edilib. Əfrasiyab Bədəlbəyli, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov və Vasif Adıgözəlovun yaradıcılığından nümunələr ilk dəfə olaraq solo kamançada dinləyicilərin ixtiyarına verilib. Solo ifa zamanı Toğrul Əsədullayevi "Buta" instrumental ansamblı – bədii rəhbər, tarzən Rövşən Qurbanov, pianoda Əməkdar artist Nərgiz Əliyeva müşayiət ediblər. Yaxın gələcəkdə ifaçı layihəni daha geniş formatda beynəlxalq səviyyədə təqdim etməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, musiqiçi Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında keçirilən "Muğam 2007", "Muğam 2011", "Muğam 2013", "Muğam 2015" Televiziya müsabiqəsində kamança ifaçısı kimi iştirak edib. 2009, 2011, 2013 və 2015 -ci illərdə Qəbələ Musiqi Festivalının iştirakçısı olub. Toğrul Əsədullayevin ifa etdiyi "Nəva", "Bayatı-Şiraz", "Çahargah", "Şur", "Hümayun", "Rahab" kimi muğamlar Azərbaycan Dövlət Telaradio Şirkətinin Qızıl Fondunda saxlanılır.

2012-ci ildə Azərbaycanda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin finalında çıxış edən məşhur müğənni Emin Ağalarovu müşayiət edən Əməkdar artist, 1997-ci ildən etibarən ABŞ, Meksika, Kanada, Çin, BƏƏ, İngiltərə, Almaniya, Norveç, İtaliya, Avstriya, İspaniya, Fransa, İsveç, İsveçrə, Yunanistan, Litva, Latviya, Rumıniya, Slovakiya, Polşa, Türkiyə, İran, Ukrayna, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan həmçinin Rusiyanın bir sıra şəhərlərində dəfələrlə Azərbaycanın milli musiqisini təmsil edib.

43

Azərbaycanda toylara icazə verildi: nələri bilməliyik

0
Azərbaycan Nazirlər Kabineti uzunmüddətli qadağalardan sonra, nəhayət, toy mərasimlərinin keçirilməsinə icazə verdi. Ancaq pandemiya şəraitində keçiriləcək toylar əvvəlkilərdən xeyli fərqlənəcək.
İnfoqrafika: Azərbaycanda toyların keçirilməsinə icazə verildi
© Sputnik / Elnur Salayev

Toy – çoxlarının həyatında baş verən ən sevincli və romantik hadisələrdən biridir. Azərbaycanda gənclər artıq bir ildən çoxdur ki, hakimiyyət qurumlarının onlara toy çaldırıb vüsala çatmalarına icazə verəcəkləri günü gözləyirdilər.

Azərbaycan Nazirlər Kabineti uzunmüddətli qadağalardan sonra, nəhayət, toy mərasimlərinin keçirilməsinə icazə verdi. Ancaq pandemiya şəraitində keçiriləcək toylar əvvəlkilərdən xeyli fərqlənəcək. Belə ki, hökumət toyların keçirilməsinə dair tələb və qaydalarla bağlı bütöv bir siyahı açıqlayıb.

Sputnik Azərbaycan özünə toy çaldırmaq və ya bu mərasimdə iştirak etmək istəyənlər üçün ən vacib məqamları xüsusi infoqrafikada toplayıb. Toyun bütün təşkilatçıları, istər ailələr, istər ivent-şirkətlər, istərsə də şadlıq evləri olsun, əsas məsələni yaddan çıxartmamalıdırlar: personal, qonaqlar və bəylə gəlinin sağlamlığının mühafizəsi hər şeydən vacibdir. Əks halda, qayda pozuntuları hüquqi şəxslərə 5 min manatadək cərimə ilə nəticələnəcək. Əgər restoran və şadlıq evlərinin sahiblərinin bütün xərcləri müştərilərin boynuna qoyduqlarını nəzərə alsaq, cərimə bu və ya digər şəkildə toy sahiblərinə də öz təsirini göstərəcək.

0