Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rusiyanın Əməkdar incəsənət xadimi Bakıda ustad dərsləri keçəcək

© Photo : Facebook / VARNA - International Ballet CompetitionЭльдар Алиев, фото из архива
Эльдар Алиев, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
Eldar Əliyev "Don Kixot", "Məhəbbət əfsanəsi", "Korsar", "Qu gölü", "Bayaderka", "Spartak" və bir çox başqa klassik balet tamaşalarında əsas partiyaları böyük uğurla ifa edib, dünyanın 40-dan çox ölkəsində qastrol səfərlərində olub.

BAKI, 1 iyun — Sputnik. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı tanınmış xoreoqraf, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyevi Bakıya dəvət edib.

Sputnik Azərbaycan xəbər verir ki, o, iyunun 8-dən 17-nə kimi ustad dərsləri keçirəcək. E.Əliyev eyni zamanda gələcəkdə teatrın populyar klassik balet tamaşalarının quruluşunu həyata keçirmək məqsədilə teatrın balet truppası və truppanın solistləri ilə tanış olacaq.

Qeyd edək ki, Eldar Əliyev Bakıda doğulub, Bakı Xoreoqrafiya Məktəbini, daha sonra Rusiya Balet Akademiyasını bitirib. 1979-1992-ci illərdə Kirov adına (indiki Mariinski) Teatrın balet truppasının solisti olub.

"Don Kixot", "Məhəbbət əfsanəsi", "Korsar", "Qu gölü", "Bayaderka", "Spartak" və bir çox başqa klassik balet tamaşalarında əsas partiyaları böyük uğurla ifa edib, dünyanın 40-dan çox ölkəsində qastrol səfərlərində olub. O, 1992-ci ildən ABŞ-da çalışır. 2015-ci ildən E.Əliyev Primorsk Opera və Balet Teatrının baş baletmeysteri, 2016-cı ildən Mariinski Teatrı Primosrk səhnəsinin baş baletmeysteridir.

Xatırladaq ki, 2021-ci ildə Rusiya Prezidenti V.Putinin sərəncamı ilə E.Əliyev "Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi" fəxri adına layiq görüb.

Eləcə də oxuyun:

  • "Min bir gecə" baleti beynəlxalq festivalda

  •  Şəhriyar və Şəhrizadın məhəbbət əfsanəsi Kazanda nümayiş olunacaq

  • Azərbaycanlı rəqqas Rusiyanın "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb

Xəbər lenti
0