Kinolent, arxiv şəkli

Arzu Əliyevanın baş prodüseri olduğu film İtaliyada nümayiş etdirilib

582
(Yenilənib 18:15 31.05.2021)
Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin son günlərinə işıq salan və milli hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirən "Son iclas" sənədli-bədii filmi tamaşaçılara təqdim olunub.

BAKI, 31 may — Sputnik. Roma şəhərinin "Villa Borghese" parkındakı məşhur "Casa del Cinema" kino evində mayın 27-dən başlayan İtaliyada üçüncü Azərbaycan Film Festivalı başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, Heydər Əliyev Fondu, Azərbaycanın İtaliyadakı Səfirliyi, Mədəniyyət Nazirliyi, Roma şəhər Meriyası, "Casa del Cinema" Kino Evi, "Zetema", "Villa Borghese parkı", "RAI Cinema", "01 Distribution Rai Cinema SpA" kimi qurumların təşkilatçılığı ilə keçirilən və media tərəfdaşları İtaliyanın "Askanews" xəbər agentliyi, "Agenzia Nova" xəbər agentliyi, "InsideOver" analitik portalı, "AzerbaijanNews" xəbər portalı, AZƏRTAC və AzTV olan İtaliyada Üçüncü Azərbaycan Kino Festivalı Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 103-cü ildönümü münasibətilə reallaşıb.

Festival Jara, arxiv şəkli
© Sputnik / Murad Orujov

Üç gün davam edən festivalın açılışında Arzu Əliyevanın baş prodüseri olduğu, Bakı Media Mərkəzi tərəfindən lentə alınmış, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin son günlərinə işıq salan və milli hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirən "Son iclas" sənədli-bədii filmi tamaşaçılara təqdim olunub.

Festivalın ikinci günü Arzu Əliyevanın baş prodüseri olduğu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanmış, Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin taleyindən bəhs edən "Əbədi ezamiyyət" sənədli filmi və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu "Əli və Nino" bədii filmi, üçüncü günü isə "Qırmızı bağ", "Axınla aşağı" və "Təhminə" bədii filmləri nümayiş etdirilib.

İtaliyada COVID-19 ilə bağlı qüvvədə olan sanitar-epidemioloji qaydalara uyğun şəkildə təşkil olunmuş festival 2017 və 2019-cu illərdə müvafiq olaraq birinici və ikinci buraxılışlarında olduğu kimi bu dəfə də italyan tamaşaçılarının böyük marağına səbəb olub.

İtaliya mətbuatı da istər festivaldan əvvəl, istərsə də festival günlərində tədbirə geniş diqqət ayırıb. Belə ki, festivalla bağlı "Il Messaggero", "Askanews", "Il Sole 24 Ore", "Il Tempo", "Affari Italiani", "Libero Quotidiano", "Notizie Tiscali", "Notize Yahoo", "InsideOver", "Kmetro0", "Agenzia Nova", "Nova News", "Rete Sole", "Il Giornale d'Italia", "Quotidiano", "Today", "Giornale Diplomatico", "Positano News", "Timgate", "Finance Yahoo", "The world news", "Vistosulweb", "Sports Yahoo", "MSN", "Style Yahoo", "Italy24News" və sair kimi kütləvi informasiya vasitələrində, "Casa del Cinema", "Turismo Roma", "Culture Roma" kimi Romanın mədəni həyatını əks etdirən portallarda, eləcə də kino sektorundan yazan bloqlarda festivalla bağlı 40-dan çox məqalə, yazı və videoreportaj yayılıb.

582
Kinoteatrda tamaşaçı, arxiv şəkli

Avropa filmləri festivalı fərqli formatda başlayıb

110
(Yenilənib 23:27 14.06.2021)
Festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

BAKI, 14 iyun — Sputnik. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

"Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik".

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

110
 Azərbaycan Dövlət Musiqili Teatrı

Məscidlər, idman zalları, "Mall"lar açılıb, bəs teatrlar?

1548
(Yenilənib 16:24 13.06.2021)
Əməkdar artist Elman Rəfiyev əmindir ki, mövcud qadağalar postpandemiya dövründə teatrlara marağı azaldacaq.

May ayının 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqində bir sıra qərarlar qəbul olundu. İyunun 10-dan ibadət yerlərinin, iri ticarət mərkəzlərinin, idman sağlamlıq-bərpa mərkəzlərinin fəaliyyəti fəaliyyəti bərpa olundu. Teatrda çalışan sənət adamları və teatrsevərlər ümidlə teatrların açılması xəbərini gözləyirdilər. Amma, necə deyərlər bu arzuları hələlik arzu olaraq qalıb.

Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev Sputnik Azərbaycan-ın müxbiri Şahpəri Abbasovaya verdiyi açıqlamasında iddia edir ki, postpandemiya dövründə teatrlara olan maraq azalacaq: "Mən əminəm ki, pandemiyadan sonra teatrlara kütləvi axın olmayacaq. Çünki, insanların içində qorxu hissi var. Valideynlər qorxurlar ki, övladlarını teatra yollasalar, vurusa yoluxarlar. Amma görəcəksiniz, ayın 1-i "Mall"lar açılsın, hamı, o qorxanlar da ora axışacaqlar. Çünki, insanlara "Mall" lazımdır. İnsanların bir marağı var – "Mall"lara gedək, restoranlara gedək, oyunlara gedək. Teatr bizim nəyimizə lazımdır? COVİD pasportuna gəldikdə isə, bir çox insanlar koronavirusa yoluxublar, amma qeydiyyatdan keçməyiblər. Vaksin vurdurmaq istəməyən insanlar da var".

Aktyor bildirir ki, sənətini sevən insan üçün pandemiya meneə olmamalıdır: "Təbii ki, teatrda işləyən aktyorlar bu dönəmdə çox əziyyət çəkdilər. Amma o aktyor ki, öz üzərində işləyir, onun üçün bir problem olmaz. Evdə oturduğu müddətdə də bekar qalmamalıdı. Pandemiya böyük bir məktəb oldu ki, kim öz sənətinə ruhən yaxındır. Doğurdanmı sevir bu sənəti? Sabah teatrlar açılanda biz o aktyorları görəcəyik. Bəzi aktyorlar bu dönəmdə boş qalmadılar. Prezidentimiz maliyyə ayırıb, aktyorlarımız seriallarda çəkildilər. Serial da incəsənətin bir qoludur. Mən evdə qaldığım müddətdə "Zoom" proqramı ilə insanlara teatrı sevmək haqqında təlimlər keçdim – "Evdə qal, teatrdan qalma", "Teatrı sevək", "Teatrın insan psixologiyasına təsiri", "Teatrın uşaq psixologiyasına təsiri" kimi 150 yaxın təlim keçmişəm. İnsanlar var ki, məktəbdən teatra yollamağa qorxacaqlar mən onlara başa saldım ki, teatr nəyə qulluq edir? Ümid edirəm ki, təlimlər apardığım insanlar o təlimlərdən bəhrələnib teatrlara gələcəklər".

İyun ayının 3-də Türkiyədə teatrların açıq havada fəaliyyət göstərilməsinə icazə verilib. Biz bu təcrübədən yararlana bilərikmi? Bu suala aktyorumuzun cavabı belə oldu: "Türkiyədə açıq havada teatrların açılması təqdirə layiqdir. Amma bir məsələ var, teatrın öz ab-havası var - işığları, səs effekti, pərdə arxası, kulislər və s. Amma teatr binasında tamaşa etdikləri tamaşa ilə açıq havadakı tamaşa arasında böyük fərq var. Tamaşaçılar teatra olan həvəsinin 50%-ni orada itirəcəklər. Başqa bir məsələ, Bakının küləyində, açıq havada tamaşa qurmaq olar? Təsəvvür edin, aktyor çıxır səhnəyə, papağını külək aparır. Bəzən elə küləklər əsir ki, heç küçədə yerimək qeyri-mümkün olur. O ki qaldı səhnədə hansısa tamaşanı oynamaq".

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sənubər İsgəndərli vaxtaşı Operativ Qərargahın qərarlarını və TƏBİB-i tənqid edir. Aktrisa mövzu ilə bağlı fikirlərini bizimlə bölüşdü: "Teatr mövsümü bağlamağa doğru bağlanmağa doğru gedir. Bildiyiniz kimi, sezona sentyabrda başlayırıq. Bir ildən çoxdur bağlıdır teatrlar. Bu bir ildə teatrın açılışını hər gün gözləmişəm. Mənim timsalımda bütün həmkarlarım bu günü gözləyirlər. Ümid edirdim ki, axırıncı brifinqdə teatrların açılışı ilə bağlı xəbər verəcəklər. Amma gözlədiyimiz olmadı. İndi açılsaydı, heç olmasa məşqlərə başlayardıq. Sentyabrda sezon başlayanda artıq hazırlıqlı çıxardıq. Teatrların açıq havada keçirilməsinə gəldikdə isə mənim üçün heç bir fərqi yoxdur, açıq ya da qapalı məkan. Təki mən səhnədə olum, təki mən tamaşaçılarla görüşüm. Amma açıq havada teatrın mahiyyəti tamamilə itir. Teatr olmur, başqa bir şey olur. Sadəcə biz tamaşaçılar üçün o qədər darıxmışıq ki, deyirəm təki iş başlasın, proses getsin. Əsas dərdimiz budur".

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Anar Heybətov da məsələyə münasibətini bildiridi: "Artıq yaxşılığa doğru gedir. Bəzi qadağalar və bağlı məkanlar açılır. Bu, sevindirici haldir. Həmkarlarım kimi mən də bu xəbəri gözləyirdim, amma təəssüf ki, olmadı. İnşallah yaxın zamanlarda teatrlar da açılar".

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova bildirir ki, brifinq keçirilməsi xəbirini eşidəndə çox böyük ümidlə teatrların açılacağı xəbərini gözləyirdik: "İnanırdıq ki, teatrların fəaliyyəti ilə bağlı xəbər olacaq. Təəssüf ki, gözlədiyimiz olmadı. Bunu tamaşaçılardan, mediadan çox teatrda çalışan insanlar gözləyirdi. Aktyorlarımız acılarını həfiflətmək üçün gəlib səhnədə dolaşıb gedirlər. Teatrımızın bir ənənəsi var. Teatrımız bölgə-bölgə, oba-oba gəzim tamaşalar nümayiş etdirib. Ümid edirik ki, iyun ayında, teatrımızın 90 illiyi ilə əlaqədar həmin ənənəni davam edəcək".

Həmçinin oxuyun:

İnsanlar sevinirlər: Hər kəs "Mall"lara gedə biləcək

Bakı sakinləri yumşalmanı necə qarşıladılar: Paytaxtda "Mall"ar açıldı - Fotolent

1548
Нападающий сборной Швеции Александер Исак

AVRO-2020: İspaniya İsveç arasında çempionatın ilk qolsuz heç-heçəsi qeydə alındı

0
(Yenilənib 01:10 15.06.2021)
Futbol üzrə Avropa çempionatında E qrupunda ilk turdan sonra birinci yerə gözlənilmədən Slovakiya millisi çıxıb.

BAKI, 15 iyun - Sputnik. AVRO-2020-də E qrupunda ilk görüşünə çıxan İspaniya yığması öz meydanında İsveçlə qarşılaşıb.

Sevilyadakı Olimpiya Stadionunda təşkil olunmuş görüş heç-heçə ilə yekunlaşıb - 0:0. Bu, AVRO-2020-də yeganə qolsuz matç olub.

Oyuna 10 559 azarkeş canlı baxıb.

Noyabrın 25-də 19 yaşı tamam olacaq İspaniya yığmasının yarımmüdafiəçisi Pedri milli komandasının heyətində Avropa çempionatında oynamış ən gənc futbolçu olub.

E qrupunda turun digər görüşündə Slovakiya Polşanı 2:1 hesabı ilə məğlub edib.

İspaniya yığması Avropa çempionatının növbəti oyununda iyunun 19-da Sevilyada Polşa yığması ilə qarşılaşacaq. İsveç millisi iyunun 18-də Sankt-Peterburqda slovaklarla oynayacaq.

0