Şuşada “Xarıbülbül” festivalı, arxiv şəkli

Özbəklər üçün məxsusi "Xarı-bülbül"

1350
Virtual bölmədə Azərbaycanda qədimdən Xarıbülbül adlanan gülün ölkənin Şuşa və Qarabağ yaylasında geniş yayıldığı qeyd olunur, Qarabağ münaqişəsi başlanandan sonra isə Xarıbülbülün Azərbaycan xalqının mübarizəsinin rəmzinə çevrildiyi vurğulanır.

 

BAKI, 26 may — Sputnik. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında "Vikipediya" Elektron Ensiklopediyasında "Xarıbülbül" beynəlxalq musiqi festivalı haqqında özbək dilində bölmə istifadəyə verilib.

Sputnik Azərbaycan xəbər verir ki, bölmədə festivalın yaranması, onun adının mənşəyi, belə bir tədbirin məhz Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində keçirilməsi, habelə digər maraqlı tarixi məlumatlar yer alıb.

Virtual bölmədə Azərbaycanda qədimdən Xarıbülbül adlanan gülün ölkənin Şuşa və Qarabağ yaylasında geniş yayıldığı qeyd olunur, Qarabağ münaqişəsi başlanandan sonra isə Xarıbülbülün Azərbaycan xalqının mübarizəsinin rəmzinə çevrildiyi vurğulanır. Bir çoxları üçün Xarıbülbül nisgil, kədər, ağrı, həsrət simvolu kimi xatırlanıb.

Materialda qeyd olunur ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılmasında Xarıbülbül nişanəsi geniş istifadə olunur. Xarıbülbül əzəmət, məğrurluq, qələbə və azadlıq müharibəsinin, şəhidlərin əziz xatirəsinin və Azərbaycan Ordusunun zəfər simvoluna çevrilib.

Bölmədə festival haqqında geniş məlumatlar yer alıb. Qeyd olunur ki, Azərbaycanın məşhur xanəndəsi, Şuşa xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən festival keçirilməyə başlanıb, 1990-cı ildə isə beynəlxalq status aldıqdan sonra festivalda Türkiyə, Yaponiya, ABŞ, Almaniya, İsrail, Niderland, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan və sabiq SSRİ məkanından ölkələr iştirak edib. Festival çərçivəsində konsertlərin Azərbaycanın Qarabağ bölgəsinin Ağdam, Bərdə və Ağcabədi şəhərlərində də keçirildiyi bildirilir.

Virtual səhifədə 1992-ci ildə mayın 15-də başlanmalı olan dördüncü festivalın ləğvindən də bəhs olunur. Vurğulanır ki, dünyanın 30-dan çox ölkəsindən 500 nəfər musiqiçinin iştirak edəcəyi "Xarıbülbül" festivalının keçirilməsi planlaşdırılsa da, erməni təcavüzü, Qarabağda müharibənin alovlanması və tarixi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi səbəbindən ləğv olunub.

"Festivalın bərpası" adlı bölmədə 28 ildən sonra 2020-ci il noyabrın 8-də Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi haqqında danışılır.

Qeyd olunur ki, 2021-ci ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət naziri Anar Kərimovu qəbul edərkən Şuşada "Xarıbülbül" festivalının dirçəldilməsinin zəruriliyini bildirib.

Bölmədə vurğulanır ki, Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib və bu sənəddə Şuşada "Vaqif Poeziya günləri"nin, "Xarıbülbül" musiqi festivalının bərpa olunması öz əksini tapıb.

Bildirilir ki, 2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül" musiqi festivalı 30 ildən sonra yenidən keçirilib.

Bölmədə "Xarıbülbül" festivalının açılışında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı, Azərbaycanda yaşayan xalqların folklor ansambllarının, habelə müxtəlif illərdə Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Şövkət Ələkbərovanın lent yazıları yer alıb.

"Vikipediya"da Azərbaycan dilində olan "Xarıbülbül musiqi festivali" adlı virtual bölmə də əlavə və dəyişikliklər edilərək zənginləşdirilib.

Bölmədə bu il keçirilən festivalla bağlı iştirakçıların siyahısı, onların ifaları haqqında məlumat və fotoşəkillər öz əksini tapıb.

Özbək dilində istifadəyə verilən "Xarıbülbül musiqi festivali" adlı virtual bölmə ilə https://uz.wikipedia.org/wiki/Xaribulbul_musiqa_festivali linkində tanış olmaq mümkündür.

Eləcə də oxuyun:

* Azərbaycan musiqisinin Bülbülü: Cəbiş müəllim məşhur sənətkarı yad etdi

* Həsrəti sovuran unudulmaz iki gün: Şuşada "Xarı-bülbül" festivalı - VİDEO

* Şuşada bu ifa hamını təsirləndirdi - Prezident kövrəldi, Nazir ağladı - Video

 

1350
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

15
(Yenilənib 08:48 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

15
 Jan Kloud Van Dammın oğlu Kristoferlə

Jan Kloud Van Dammın oğlu Kristofer azərbaycanlı xanımla evlənib

822
(Yenilənib 17:48 17.06.2021)
Sosial şəbəkələrdə nikah mərasimindən fotolar yayılıb. Eyni zamanda Suada və Kristofer "Instagram" profilində münasibətdə olduqlarını yazıblar.

BAKI, 17 iyun — Sputnik. Dünyaca məşhur aktyor Jan Kloud Van Dammın oğlu Kristofer azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailə həyatı qurub. Sputnik Azərbaycan xəbər verir ki, nikah mərasimindən çəkilmiş foto sosial şəbəkələrdə yayılıb. Eyni zamanda Suada və Kristofer "Instagram" profilində münasibətdə olduqlarını yazıblar. Nikah mərasimi iyunun 16-da Azərbaycanın İstanbuldakı konsulluğunda baş tutub.

Qeyd edək ki, Suada pianoçudur və bir çox beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edib. Əsasən caz janrında ifa edən musiqiçi, Prezident təqaüdçüsüdür. O, eyni zamanda VII Beynəlxalq Musiqi Müsabiqəsinin laureatıdır. Suadanın 21 yaşı var.

34 yaşlı Kristofer isə aktyor kimi bir çox filmlərdə rol alıb. O, Van Dammın aktrisa Qledis Portuqezdən dünyaya gələn oğludur.

Məlumat üçün bildirək ki, Kristofer ilk dəfə 1992-ci ildə "Universal Soldier" filmində rol alıb. 2012-ci ildə "Boksçu" filmindən başqa, digər filmlərdə atası ilə birlikdə rol alıb. Aktyor "Dragon Eyes", "The Philly Kid", "The Quest", "Welcome to the Jungle", "Black Water" kimi filmlərdə rol alıb.

 

822
İranlı qadın bayraqlarla, arxiv şəkli

İranda prezident seçkisi keçirilir

0
İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir.

BAKI, 18 iyun - Sputnik. Bu gün İranda prezident seçkisi keçirilir. Artıq əsas namizədlərdən biri - İbrahim Rəisi seçkidə səs verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Rəisi Tehranın cənubundakı Rey rayonunda, Ərşad məscidindəki məntəqədə səs verib.

"Ümid edirəm ki, seçki nəticəsində xalqın problemlərini həll edə biləcək hökumət formalaşdırılacaq", - Rəisi deyib və hər kəsi seçkidə iştiraka səsləyib.

İranda prezident seçkisi

İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. Seçki məntəqələri yerli vaxtla saat 7:00-da açılıb. İctimai Rəyin Sorğusu üzrə Tələbə Mərkəzinin məlumatına görə, seçkiyə qatılmaq istəyənlərin 63%-i Rəisiyə səs verməyə hazırdır. Rəisinin digər rəqibi Qəbul edilən qərarların məqsədəuyğunluğu Şurasının katibi Möhsin Rezaiyə isə seçicilərin 9%-i etimad göstərir. Digər namizədlər parlament sədrinin müavini Əmirhüseyn Qazizadə Haşimi və keçmiş Mərkəzi Bank rəhbəri Əbdülnasir Himmətidir.

 

Seçkini işıqlandırmaq üçün İrana 38 ölkədən 226 beynəlxalq medianı təmsil edən 500 jurnalist səfər edib.

İranın 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir. Səsvermə hüququna malik olanlardan 29 milyon 980 min 38 nəfəri kişi, 29 milyon 330 min 269 nəfəri isə qadındır.

1 milyon 392 min 148 nəfər prezident seçkisində ilk dəfə səsvermədə iştirak edəcək.

0
Teqlər:
prezident seçkisi, İran