Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"La Casa De Papel"-in yeni mövsümünün yayım tarixi açıqlandı – VİDEO

© AFP 2023 / PHILIPPE LOPEZİspaniyada telekanal əməkdaşları "La Casa de Papel" serialına hazırlıq zamanı
İspaniyada telekanal əməkdaşları La Casa de Papel serialına hazırlıq zamanı - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Abunə olmaq
Beləliklə də, serialın 5-ci mövsümü hər biri 5 seriyadan ibarət olan iki hissədə izləyicilərə təqdim olunacaq. İlk hissə sentyabrın 3-dən, ikinci hissə isə dekabrın 3-dən etibarən yayımlanacaq.

BAKI, 26 may — Sputnik. "Netflix"-in ən populyar telelayihələrindən olan "La Casa De Papel" (Kağız ev) serialının növbəti mövsümünün tanıtım videoçarxı təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bundan başqa, fenomen ekran əsərinin yayım tarixləri də açıqlanıb. Bu barədə "La Casa De Papel" serialının "Twitter" hesabında məlumat verilib.

Beləliklə də, serialın 5-ci mövsümü hər biri 5 seriyadan ibarət olan iki hissədə izləyicilərə təqdim olunacaq. İlk hissə sentyabrın 3-dən, ikinci hissə isə dekabrın 3-dən etibarən yayımlanacaq.

Xəbər lenti
0