"Avroviziya-2021"in qalibi bəlli oldu - VİDEO

5631
(Yenilənib 03:00 23.05.2021)
Müsabiqədə ölkəmizi təmsil edən Samirə Efendi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü, finalda isə 21-ci çıxaraq "Mata Hari" mahnısını ifa edib.

BAKI, 23 may - Sputnik. Bu dəqiqələrdə "Avroviziya -2021" mahnı müsabiqəsinin finalı başa çatdı. Sputnik Azərbaycan xəbər verir ki, müsabiqənin finalı Niderlandın Rotterdam şəhərində "Ahoy Arena"da keçirilirdi.

Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Fransa, Niderland, Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqariya, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya - iyirmi altı finalçının iştirak etdiyi son konsertdə səs çoxluğu ilə - 524 xalla İtaliya - (Måneskin — Zitti E Buoni) təmsilçisi qalib gəlib. 499 xalla Fransa (Barbara Pravi - Voila) ikinci, 432 xalla İsveçrə (Gjon"s Tears — Tout l"Univers) üçüncü olub. Böyük Britaniya isə heç bir xal qazana bilməyib. Almaniya cəmi 3 xal alıb.

 

Müsabiqədə ölkəmizi təmsil edən Samirə Efendi birinci yarımfinal mərhələsində səhnəyə 14-cü, finalda isə 21-ci çıxaraq "Mata Hari" mahnısını ifa edib. Bukmekerlər onun 17-ci olacağını proqnozlaşdırmışdılar. Samirə cəmi 65 xal toplayaraq 20-ci olub.

Eləcə də oxuyun:

* "Avroviziya 2021" uşaq mahnı müsabiqəsi nə vaxt olacaq?

* "Avroviziya-2021"in finalçıları bəlli oldu

* "Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

* Samirə Efendi Norveç təmsilçisinə "hə" deyib - sosial şəbəkə bundan danışır - VİDEO

* "Eurovision 2021" bukmekerləri, ingilis mətbuatı və bizimkilər: Samirənin şansı varmı?

5631
Teqlər:
video, Azərbaycan, Samirə Efendi, qalib, final, "Avroviziya" mahnı müsabiqəsi
Anar Kərimov, arxiv şəkli

Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb

20
(Yenilənib 19:20 22.06.2021)
Bu kampaniya çərçivəsində təşkilatın işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və oradakı gerçəklərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görəcəyinə əminliyini ifadə edib.

BAKI, 22 iyun — Sputnik. Mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos ilə görüş keçirib. Sputnik Azərbaycan xəbər verir ki, nazir 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana ilk BMT nümayəndəsinin səfərindən məmnunluğunu ifadə edib.

A.Kərimov 30 illik işğaldan sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regionda yeni imkanlara yol açdığını vurğulayıb, bu kontekstdə həm regionda, həm də ölkələr arasında sülhün bərqərar olmasına töhfə vermək üçün BMT-nin Sivilizasiyalar Alyansının əlverişli imkanlarının olduğunu diqqətə çatdırıb: "Biz inanırıq ki, təşkilat postkonflikt dövrünü yaşayan Azərbaycanla Ermənistan arasında da davamlı sülhün və güvənliyin təmin edilməsi üçün əlindən gələni əsirgəməyəcək."

Təşkilatla Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırış haqqında məlumat verib. Qeyd etdi ki, mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olması vacibdir və bu məqsədlə Azərbaycan "Mədəniyyət naminə sülh" kampaniyası ilə dünyaya çağırış edir. Bu kampaniya çərçivəsində təşkilatın işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və oradakı gerçəklərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görəcəyinə əminliyini ifadə edib.

Səfərinin məqsədinin Azərbaycana dəstəklərini nümayiş etdirmək olduğunu deyən M.Moratinos dini abidələrin qorunmasının təşkilatın prioritet fəaliyyət istiqamətlərindən olduğunu, bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək konkret layihələrin reallaşdırılmasının vacibliyini, bu sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş əməkdaşlığın gələcək perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam edib.

20
Musiqi alətləri, arxiv şəkli

Azərbaycanlı musiqiçidən beynəlxalq səviyyəli layihə: "Kamança Şuşanın səsidir"

43
(Yenilənib 23:33 21.06.2021)
Solo ifa zamanı Toğrul Əsədullayevi "Buta" instrumental ansamblı – bədii rəhbər, tarzən Rövşən Qurbanov, pianoda Əməkdar artist Nərgiz Əliyeva müşayiət ediblər.

BAKI, 21 iyun — Sputnik. Beynəlxalq Muğam Mərkəzinin solisti, Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev "Kamança Şuşanın səsidir" musiqi layihəsini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, musiqiçi şuşalı bəstəkarların əsərlərindən ibarət silsilə ifalar lentə aldırıb.

Qeyd edək ki, alboma səkkiz əsər daxil edilib. Əfrasiyab Bədəlbəyli, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov və Vasif Adıgözəlovun yaradıcılığından nümunələr ilk dəfə olaraq solo kamançada dinləyicilərin ixtiyarına verilib. Solo ifa zamanı Toğrul Əsədullayevi "Buta" instrumental ansamblı – bədii rəhbər, tarzən Rövşən Qurbanov, pianoda Əməkdar artist Nərgiz Əliyeva müşayiət ediblər. Yaxın gələcəkdə ifaçı layihəni daha geniş formatda beynəlxalq səviyyədə təqdim etməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, musiqiçi Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında keçirilən "Muğam 2007", "Muğam 2011", "Muğam 2013", "Muğam 2015" Televiziya müsabiqəsində kamança ifaçısı kimi iştirak edib. 2009, 2011, 2013 və 2015 -ci illərdə Qəbələ Musiqi Festivalının iştirakçısı olub. Toğrul Əsədullayevin ifa etdiyi "Nəva", "Bayatı-Şiraz", "Çahargah", "Şur", "Hümayun", "Rahab" kimi muğamlar Azərbaycan Dövlət Telaradio Şirkətinin Qızıl Fondunda saxlanılır.

2012-ci ildə Azərbaycanda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin finalında çıxış edən məşhur müğənni Emin Ağalarovu müşayiət edən Əməkdar artist, 1997-ci ildən etibarən ABŞ, Meksika, Kanada, Çin, BƏƏ, İngiltərə, Almaniya, Norveç, İtaliya, Avstriya, İspaniya, Fransa, İsveç, İsveçrə, Yunanistan, Litva, Latviya, Rumıniya, Slovakiya, Polşa, Türkiyə, İran, Ukrayna, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan həmçinin Rusiyanın bir sıra şəhərlərində dəfələrlə Azərbaycanın milli musiqisini təmsil edib.

43

İspanlar slovakları darmadağın edərək AVRO-2020 pley-off mərhələsinə adladılar

0
(Yenilənib 22:32 23.06.2021)
Futbol üzrə İspaniya millisi Slovakiya yığmasına qalib gələrək qrupda ikinci yerdən çempionatın 1/8 finalına yüksəliblər

Sevilyada "E" qrupunun üçüncü turunda keçirilən qarşılaşma 5:0 hesabı ilə Pireney təmsilçilərinin xeyrinə başa çatıb. Qolları Emirik Lyaport (45+3), Pablo Sarabiya (56) və Ferran Torres (67) vurublar. İspanlara daha iki topu isə avtoqola imza atmış martin Dubravka (30) və Yuray Kutska (71) hədiyyə ediblər.

Oyunu stadionda 11204 tamaşaçı izləyib.

Beləliklə, İspaniya komandası qrupda 5 xal toplayıb. 1/8 finalda ispanlar xorvatlarla üz-üzə gələcək. Hesabında 3 xal olan Slovaklar qrupda üçüncü yer tutaraq pley-off mərhələsinə çıxa bilməyiblər. "E" qrupunun qalibi isə 7 xalla İsveç millisi olub. Polşa millisi 1 xalla qrupun autsayderidir.

0