Tamaşa zalı, arxiv zalı

Sumqayıt Dövlət Dram Teatrından "Nizami Gəncəvi İli"nə töhfə

10
Teatrın bir qrup yaradıcı və texniki heyətinin səyi nəticəsində ərsəyə gələn layihədə aktyorlar Sevda Hüseynova, Kamran Muradlı və Aynur Hümmətova maraqlı oyun nümayiş etdiriblər.

BAKI, 23 may — Sputnik. Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti 2021-ci ilin dahi mütəfəkkir "Nizami Gəncəvi İli" elan olunması ilə əlaqədar "Nizami Gəncəvi-880" adı altında keçirilən tədbirlər çərçivəsində daha bir yeni layihə hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, mətn müəllifi və quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov mütəfəkkir şairin "İsgəndərnamə" poemasında önəmli yer alan, didaktik əhəmiyyət kəsb edən İsgəndərlə Nüşabənin hekayətini videoformatda təqdim edib.

Teatrın bir qrup yaradıcı və texniki heyətinin səyi nəticəsində ərsəyə gələn layihədə aktyorlar Sevda Hüseynova, Kamran Muradlı və Aynur Hümmətova maraqlı oyun nümayiş etdiriblər.

Layihə rəhbəri Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, montajçı Fuad Kazımov, rəssam Arif Müzəffərov, işıq rəssamı Sənan Qədeşov, qrim ustası Mənsurə Səfərova, səhnə təchizatı Hüseynağa Novruzov və səs rejissoru Famil Ağalıdır.

10
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

19
(Yenilənib 08:48 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

19
 Jan Kloud Van Dammın oğlu Kristoferlə

Jan Kloud Van Dammın oğlu Kristofer azərbaycanlı xanımla evlənib

822
(Yenilənib 17:48 17.06.2021)
Sosial şəbəkələrdə nikah mərasimindən fotolar yayılıb. Eyni zamanda Suada və Kristofer "Instagram" profilində münasibətdə olduqlarını yazıblar.

BAKI, 17 iyun — Sputnik. Dünyaca məşhur aktyor Jan Kloud Van Dammın oğlu Kristofer azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailə həyatı qurub. Sputnik Azərbaycan xəbər verir ki, nikah mərasimindən çəkilmiş foto sosial şəbəkələrdə yayılıb. Eyni zamanda Suada və Kristofer "Instagram" profilində münasibətdə olduqlarını yazıblar. Nikah mərasimi iyunun 16-da Azərbaycanın İstanbuldakı konsulluğunda baş tutub.

Qeyd edək ki, Suada pianoçudur və bir çox beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edib. Əsasən caz janrında ifa edən musiqiçi, Prezident təqaüdçüsüdür. O, eyni zamanda VII Beynəlxalq Musiqi Müsabiqəsinin laureatıdır. Suadanın 21 yaşı var.

34 yaşlı Kristofer isə aktyor kimi bir çox filmlərdə rol alıb. O, Van Dammın aktrisa Qledis Portuqezdən dünyaya gələn oğludur.

Məlumat üçün bildirək ki, Kristofer ilk dəfə 1992-ci ildə "Universal Soldier" filmində rol alıb. 2012-ci ildə "Boksçu" filmindən başqa, digər filmlərdə atası ilə birlikdə rol alıb. Aktyor "Dragon Eyes", "The Philly Kid", "The Quest", "Welcome to the Jungle", "Black Water" kimi filmlərdə rol alıb.

 

822

FHN göldə boğulan hərbçimizin axtarışına başlayıb

0
Kapitan İlham Fərzəliyevin axtarışına FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

 

BAKI, 18 iyun — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) Kəlbəcərdə göldə boğulan hərbçinin axtarışına başlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə Kəlbəcər rayonu ərazisində Böyük Alagöl gölündə 1981-ci il təvəllüdlü Fərzəliyev İlham Allahverdi oğlunun batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Qeyd edək ki, dünən Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, kapitan Fərzəliyev İlham Allahverdi oğlunun göldə çimərkən boğularaq həlak olması ilə bağlı məlumatı təsdiq ediblər. Bildirilib ki, kapitan İlham Fərzəliyev dünən Kəlbəcər rayonu ərazisində yerləşən Alagöldə çimərkən boğularaq ölüb. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Xatırladaq ki, martın 30-da da buna bənzər daha bir faciə baş vermişdi. Azərbaycan ordusunun hərbi qulluqçusu gizir Əliyev Heydər Rövşən oğlu Xocavənd rayonu ərazisində xidmətdən kənar vaxtda göldə çimməyə cəhd göstərən boğularaq ölmüşdü.

Eləcə də oxuyun:

  • Laçında yol qəzasında ölən hərbçilərlə bağlı yeni xəbər var - FOTOLAR

  • Sərhəddə iki hərbçimiz həlak olub

0