Bəstəkar Tofiq Quliyev, arxiv şəkli

Unudulmaz mahnıların müəllifinə Bakıda abidə ucaldılacaq

12
(Yenilənib 11:21 21.05.2021)
Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Tofiq Quliyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

BAKI, 21 may — Sputnik. Bakı şəhərində bəstəkar Tofiq Quliyevin abidəsi ucaldılacaq. Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev mayın 20-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncam görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Ələkbər oğlu Quliyevin (1917-2000) xatirəsinin əbədiləşdirilməsi məqsədilə imzalanıb.

Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Tofiq Quliyevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Tofiq Quliyev Azərbaycan bəstəkarı, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan SSR xalq artisti (1964), Azərbaycan caz və estrada musiqisinin banilərindən biridir.

Tofiq Quliyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub. Anası Yaxşı xanım Mahmudova Hacı Zeynalabdin Tağıyev'in qadın gimnaziyasında oxumuş və ilk azərbaycanlı hakimlərdən biri olub. 

Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.

1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Bağırovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb.

Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.

1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.

Müharibədən sonra M. Əzizbəyov (dram), S. Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb.[3] 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.

1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956–1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960–1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.

XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

12
Kinoteatrda tamaşaçı, arxiv şəkli

Avropa filmləri festivalı fərqli formatda başlayıb

377
(Yenilənib 23:27 14.06.2021)
Festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

BAKI, 14 iyun — Sputnik. Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin Aİ üzv ölkələri səfirliklərilə birgə təşkil etdiyi Avropa filmlərinin ilk onlayn festivalı iyunun 14-dən 29-dək keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, tədbir çərçivəsində Aİ üzvü 13 ölkənin istehsalı olan 10 film nümayiş etdiriləcək. Bunlar Almaniya, Belçika, Çex Respublikası, Finlandiya, Fransa, İspaniya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Polşa, Rumıniya, Yunanıstandır. Filmlərin çoxu bir neçə ölkənin birgə istehsalıdır.

Festivalın açılış mərasimi onlayn formatda keçirilərək Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskasın nitqilə başlayıb. 2010-cu ildən bu yana hər il keçirdikləri festival çərçivəsində Azərbaycanda artıq 148 film nümayiş etdirildiyini deyən diplomat daha sonra bildirib:

"Bu il festivalımızın ilk dəfə onlayn formatda keçirilməsi Avropa filmlərini həm Bakıda, həm də bütün ölkə boyu azərbaycanlı tamaşaçılara daha da yaxınlaşdıracaq. Film hekayə nəql etmək, hissləri çatdırmaq, fikirlər doğurmaq iqtidarındadır. Biz də bu festival vasitəsilə Avropa mədəniyyətini daha yaxşı tanıtdırmaq, Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəni anlaşmaya təkan vermək ümidindəyik".

Qeyd edək ki, festivala çıxarılan filmlərin əksəriyyəti Kann (Oleg", "Fire Will Come", "The Fight"), Toronto, San Sebastian ("Listening"), "Sundance 2020", Sarayevo 2020 ("Acasa, My Home"), Edinburq ("Aurora") beynəlxalq festivallarının qalibidir.

377
 Azərbaycan Dövlət Musiqili Teatrı

Məscidlər, idman zalları, "Mall"lar açılıb, bəs teatrlar?

1549
(Yenilənib 16:24 13.06.2021)
Əməkdar artist Elman Rəfiyev əmindir ki, mövcud qadağalar postpandemiya dövründə teatrlara marağı azaldacaq.

May ayının 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqində bir sıra qərarlar qəbul olundu. İyunun 10-dan ibadət yerlərinin, iri ticarət mərkəzlərinin, idman sağlamlıq-bərpa mərkəzlərinin fəaliyyəti fəaliyyəti bərpa olundu. Teatrda çalışan sənət adamları və teatrsevərlər ümidlə teatrların açılması xəbərini gözləyirdilər. Amma, necə deyərlər bu arzuları hələlik arzu olaraq qalıb.

Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev Sputnik Azərbaycan-ın müxbiri Şahpəri Abbasovaya verdiyi açıqlamasında iddia edir ki, postpandemiya dövründə teatrlara olan maraq azalacaq: "Mən əminəm ki, pandemiyadan sonra teatrlara kütləvi axın olmayacaq. Çünki, insanların içində qorxu hissi var. Valideynlər qorxurlar ki, övladlarını teatra yollasalar, vurusa yoluxarlar. Amma görəcəksiniz, ayın 1-i "Mall"lar açılsın, hamı, o qorxanlar da ora axışacaqlar. Çünki, insanlara "Mall" lazımdır. İnsanların bir marağı var – "Mall"lara gedək, restoranlara gedək, oyunlara gedək. Teatr bizim nəyimizə lazımdır? COVİD pasportuna gəldikdə isə, bir çox insanlar koronavirusa yoluxublar, amma qeydiyyatdan keçməyiblər. Vaksin vurdurmaq istəməyən insanlar da var".

Aktyor bildirir ki, sənətini sevən insan üçün pandemiya meneə olmamalıdır: "Təbii ki, teatrda işləyən aktyorlar bu dönəmdə çox əziyyət çəkdilər. Amma o aktyor ki, öz üzərində işləyir, onun üçün bir problem olmaz. Evdə oturduğu müddətdə də bekar qalmamalıdı. Pandemiya böyük bir məktəb oldu ki, kim öz sənətinə ruhən yaxındır. Doğurdanmı sevir bu sənəti? Sabah teatrlar açılanda biz o aktyorları görəcəyik. Bəzi aktyorlar bu dönəmdə boş qalmadılar. Prezidentimiz maliyyə ayırıb, aktyorlarımız seriallarda çəkildilər. Serial da incəsənətin bir qoludur. Mən evdə qaldığım müddətdə "Zoom" proqramı ilə insanlara teatrı sevmək haqqında təlimlər keçdim – "Evdə qal, teatrdan qalma", "Teatrı sevək", "Teatrın insan psixologiyasına təsiri", "Teatrın uşaq psixologiyasına təsiri" kimi 150 yaxın təlim keçmişəm. İnsanlar var ki, məktəbdən teatra yollamağa qorxacaqlar mən onlara başa saldım ki, teatr nəyə qulluq edir? Ümid edirəm ki, təlimlər apardığım insanlar o təlimlərdən bəhrələnib teatrlara gələcəklər".

İyun ayının 3-də Türkiyədə teatrların açıq havada fəaliyyət göstərilməsinə icazə verilib. Biz bu təcrübədən yararlana bilərikmi? Bu suala aktyorumuzun cavabı belə oldu: "Türkiyədə açıq havada teatrların açılması təqdirə layiqdir. Amma bir məsələ var, teatrın öz ab-havası var - işığları, səs effekti, pərdə arxası, kulislər və s. Amma teatr binasında tamaşa etdikləri tamaşa ilə açıq havadakı tamaşa arasında böyük fərq var. Tamaşaçılar teatra olan həvəsinin 50%-ni orada itirəcəklər. Başqa bir məsələ, Bakının küləyində, açıq havada tamaşa qurmaq olar? Təsəvvür edin, aktyor çıxır səhnəyə, papağını külək aparır. Bəzən elə küləklər əsir ki, heç küçədə yerimək qeyri-mümkün olur. O ki qaldı səhnədə hansısa tamaşanı oynamaq".

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Sənubər İsgəndərli vaxtaşı Operativ Qərargahın qərarlarını və TƏBİB-i tənqid edir. Aktrisa mövzu ilə bağlı fikirlərini bizimlə bölüşdü: "Teatr mövsümü bağlamağa doğru bağlanmağa doğru gedir. Bildiyiniz kimi, sezona sentyabrda başlayırıq. Bir ildən çoxdur bağlıdır teatrlar. Bu bir ildə teatrın açılışını hər gün gözləmişəm. Mənim timsalımda bütün həmkarlarım bu günü gözləyirlər. Ümid edirdim ki, axırıncı brifinqdə teatrların açılışı ilə bağlı xəbər verəcəklər. Amma gözlədiyimiz olmadı. İndi açılsaydı, heç olmasa məşqlərə başlayardıq. Sentyabrda sezon başlayanda artıq hazırlıqlı çıxardıq. Teatrların açıq havada keçirilməsinə gəldikdə isə mənim üçün heç bir fərqi yoxdur, açıq ya da qapalı məkan. Təki mən səhnədə olum, təki mən tamaşaçılarla görüşüm. Amma açıq havada teatrın mahiyyəti tamamilə itir. Teatr olmur, başqa bir şey olur. Sadəcə biz tamaşaçılar üçün o qədər darıxmışıq ki, deyirəm təki iş başlasın, proses getsin. Əsas dərdimiz budur".

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Anar Heybətov da məsələyə münasibətini bildiridi: "Artıq yaxşılığa doğru gedir. Bəzi qadağalar və bağlı məkanlar açılır. Bu, sevindirici haldir. Həmkarlarım kimi mən də bu xəbəri gözləyirdim, amma təəssüf ki, olmadı. İnşallah yaxın zamanlarda teatrlar da açılar".

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova bildirir ki, brifinq keçirilməsi xəbirini eşidəndə çox böyük ümidlə teatrların açılacağı xəbərini gözləyirdik: "İnanırdıq ki, teatrların fəaliyyəti ilə bağlı xəbər olacaq. Təəssüf ki, gözlədiyimiz olmadı. Bunu tamaşaçılardan, mediadan çox teatrda çalışan insanlar gözləyirdi. Aktyorlarımız acılarını həfiflətmək üçün gəlib səhnədə dolaşıb gedirlər. Teatrımızın bir ənənəsi var. Teatrımız bölgə-bölgə, oba-oba gəzim tamaşalar nümayiş etdirib. Ümid edirik ki, iyun ayında, teatrımızın 90 illiyi ilə əlaqədar həmin ənənəni davam edəcək".

Həmçinin oxuyun:

İnsanlar sevinirlər: Hər kəs "Mall"lara gedə biləcək

Bakı sakinləri yumşalmanı necə qarşıladılar: Paytaxtda "Mall"ar açıldı - Fotolent

1549
Amerikalı əsgərlər Əfqanıstandan evə dönürlər

Təkcə ruslar gəlməyəcəklər. Amerikalıları yeni güclü oyunçu sıxışdırır

0
Amerikanın nüfuzunun Yaxın Şərq regionunda tamamilə azaldığını demək düz deyil. ABŞ-ın möhkəmlik ehtiyatı əvvəlki kimi çoxdur. Ekspertlər hegemon dövləti bölgədən sıxışdıracaq qüvvə barədə danışırlar.

BAKI, 15 iyun – Sputnik, Sofya Melniçuk. “Çin Yaxın Şərqə göz dikib”,  “Dörd yüz milyard dollarlıq müqavilə nüfuzu artırır”, “Ruslar və çinlilər bizim naharımızı yeyəcəklər” – Amerika qəzetlərinin manşetlərini belə başlıqlar bəzəyir. Hərbçiləri, əgər güclərini zəiflətsələr, Pekinlə Moskvanın onların yerini zəbt edəcəkləri narahat edir. Narahatlıq üçün əsaslar var: Çin – Yaxın Şərq neftinin əsas alıcısı, bir sıra ölkələrin nəhəng iqtisadi partnyorudur, Rusiya olmadan isə siyasi problemləri həll etmək mümkün deyil. ABŞ-ı gerçəkdən kim sıxışdıra bilər – RİA Novosti-nin məqaləsində.

Kömək vakuumu

Mərkəzi komandanlığın rəhbəri general Frenk Makkenzi bu yaxınlarda Yaxın Şərq turnesində demişdi: “Bizim gedişimizdən sonrakı vakuumu ruslarla çinlilər dolduracaqlar”. Vaşinqton diqqətini Şərqi Asiyaya yönəltmək fikrindədir. Bu, husilərlə mübarizədə Vaşinqtona ümid bağlayan səudilərin maraqlarına ziddir”, Makkenzi qeyd etmişdi.

Generalın fikrincə, Pekinin iqtisadi gücünün yayılması və regionda hərbi bazaların yaradılması üzrə məqsədləri uzunmüddətlidir. Rusiya isə havadan müdafiə sistemləri və digər silahlar satmağa hazırdır.

“Tamamilə razıyam ki, Çin diqqətimizi cəlb etməli olduğumuz təhlükədir, - Makkenzi deyib. – Eyni zamanda biz qlobal dövlətik və qlobal düşünməliyik”. General etiraf edib ki, səfəri zamanı yerlilər ondan tez-tez sual edirmişlər: Ştatlar partnyorluğa sadiq qalacaqlarmı və onun köməyinə ümid etmək olarmı.

Şübhəli partnyorluq

Hərbçiləri, yəqin ki, bu yaxınlarda Çin XİN rəhbəri Van İnin Yaxın Şərq bölgəsinə səfəri narahat edib. Apreldə o, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İran və Türkiyəyə getmişdi. Orada Fələstin-İsrail münaqişəsi, Suriya, Liviya, Yəmən, Körfəz ölkələri arasındakı fikir ayrılıqları barədə danışmışdı.

Nazir hətta konkret təkliflər də vermişdi - əvvəllər belə etməzdi. Məsələn, Çin neft obyektlərinin və dəniz yollarının təhlükəsizliyinin təminatı mexanizmi barədə çoxtərəfli dialoq üçün meydança olmağa hazırdır kimi. Bundan başqa, Van İ ərəb ölkələrinə ÇXR-in daxili işlərinə qarışmadığına və Sinsizyan-Uyğur muxtar vilayətində “antiterror tədbirləri” (Ağ Ev bunu müsəlman xalqlarının genosidi adlandırır) dəstəklədiklərinə görə  təşəkkür edib.

Tehranla 25 il müddətinə neft tədarükü barədə müqavilə imzaladılar. Detallarını bəlli etməsələr də, sənədin qaralamasının hələ ötən il sızdırılması sayəsində bəlli oldu ki, Çin İranın enerji və nəqliyyat infrastrukturuna 400 milyard dollar yatırım etməyə hazırdır.

Müşahidəçilər qeyd edirlər ki, Pekin Yaxın Şərq ölkələri ilə bağlı layihələri açıb-ağartmamağa çalışır. “Bir kəmər – bir yol” təşəbbüsü çərçivəsində müqavilələri digər regionlarda adətən canfəşanlıqla təqdim edirlər. Ancaq Yaxın Şərq ölkələri ilə qarşılıqlı fəaliyyət barədə sənədlərin əksəriyyəti tam olaraq nə çin, nə ingilis, nə də həmin ölkənin yerli dilində dərc olunur.

Digər kəşflər sırasında üztanıma sistemini də hazırlayan, süni intellekti tədqiq edən Çinin SenseTime şirkətinə Əbu-Dabinin Milli Rifah Fondunun investisiyaları barədə də çox az bir şey məlumdur. Çinlilərlə bu sahədə əməkdaşlıq amerikalıları heç də sevindirmir, onlar qorxurlar ki, Pekin bölgədə “avtoritar alətlər”in yayılması ilə məşğuldur.

Yeri gəlmişkən, İran ÇXR-in regionda əsas partnyoru deyil. Səudiyyə Ərəbistanı və İraq neft tədarükündə, ticari dövriyyənin həcmində, birbaşa sərmayə yatırılması və silah alınmasında Tehranı geridə qoyur. Çin silahının Yaxın Şərqdə satışı ABŞ qədər olmasa da, son illərdə nəzərəçarpacaq dərəcədə artıb.

Təhlükəsizliyə cavabdehlər

Çinlilər artıq ənənəvi amerika bazarlarına çıxıblar. Bunu RİA Novosti ilə söhbətində AİM MTU-nun Kompleks Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin bölmə müdiri Vasili Kaşin deyib. “Səudiyyə Ərəbistanı Çin silahının nəhəng alıcısına çevrildi. İlk növbədə pilotsuz uçuş aparatları aldılar, orada hətta onu yığan zavod layihəsi də işə salındı. Məhdud sayda ballistik raketlərin tədarükü edildi. Artilleriya da, zirehli texnika da satırlar”.

Pekin regionun bir çox ölkələrinin əsas iiqtisadi partnyoru olsa da və Cibutidə bazaya malik olsa da, hərbi planda ABŞ və Rusiya kimi rol oynamır.

Yaxın Şərqlə əməkdaşlıq etmək də Afrika ilə müqayisədə çinlilərə çətindir, - ekspert deyir. “Burada öz mövqelərini sərt müdafiə edə bilərlər. Hətta təcriddə olan İRan da Pekin öhdəliklərini yerinə yetirməyəndə müqavilələri ləğv edirdi”, - Kaşin söyləyir.

Çinin iqtisadi ekspansiyası amerikalıları cırnadır, ancaq onlar nəyisə dəyişmək gücündə deyillər. Bunu Rusiyanın Beynəlxalq işlər üzrə şurasının Yaxın Şərq layihələri üzrə meneceri Ruslan Məmmədov deyir.

“Bu reallıqda, transformasiyaya uğrayan regional və dünya düzənində hər kəs güzəştə getməli olur”, - o, RİA Novosti ilə söhbətində bildirir.

“Yaxın Şərq ölkələri Çini daha çox pozitiv məcrada qəbul edirlər. Orada anlayırlar ki, onillər boyu hegemon Amerika Birləşmiş Ştatları idi, bu, çoxlarının əl-ayağını bağlayırdı: xarici aktor öz siyasətini yürüdürdü, regiondakılar isə məcburən boyun əyirdilər, - Məmmədov deyir. – Qarşı gəlmək cəhdləri uğursuzluğa düçar idi. Bunun nümunəsi kimi İraqı göstərməık olar. Onun ordusu bölgədə ən böyük idi, Amma ABŞ ölkəni xaosa sürüklədi”.

Digər tərəfdən, Pentaqon nümayəndələrinin bəyanatlarını ciddi addımlara çağırışlar kimi nəzərdən keçirmək lazım deyil, üstəlik, amerikalılar Yaxın Şərqdə Rusiya ilə hələ ki əməkdaşlıq edirlər.

MQİMO-nun Perspektiv Amerika Araşdırmaları Mərkəzinin direktoru Maksim Suçkov isə hesab edir ki, Makkenzi təzə bir şey söyləməyib. “Yaxın Şərqdə əvvəlki həcmdə mövcudluq Vaşinqtonu çətinə salırdı, ancaq Barak Obama ilə Donald Trampın bunu optimallaşdırmaq cəhdləri hərbçilərin müqaviməti ilə rastlaşırdı, - o xatırladır. – Burada peşəkar-şəxsi nüans da var: mərkəzi komandanlıq ənənəvi olaraq ABŞ-ın ən iri hərbi əməliyyatlarının episentrində olurdu və onun rəhbərləri daxili liderliyi Sakit Okean komandanlığına verməyi istəməsə də, Çinin qarşısının alınması tədbirləri özü bunu məntiqi cəhətdən labüd edir. Buradan da Yaxın Şərqin əhəmiyyətinin strateji vacib Çin və Rusiya ilə qarşıdurma mövzusu prizmasından rəhbərliyə çatdırılması cəhdləri doğur”.

Reallıqda nə Moskvanın, nə Pekinin “Amerika stilində” dominantlıq eləmək üçün nə ambisiyaları, nə də resursları var, müsahib deyir. “Müasir dünyada bu heç gərək deyil: yəni amerika təcrübəsi göstərir ki, miqyaslı hərbi mövcudluq avtomatik olaraq xarici siyasi uğura çevrilmir”, - Suçkov deyib.

Ekspert dəqiqləşdirir ki, eyni zamanda Amerikanın nüfuzunun regionda tamamilə azaldığını demək düz deyil. ABŞ-ın möhkəmlik ehtiyatı əvvəlki kimi çoxdur. Ona görə də amerikalı hərbçilər özlərinin Vaşinqtondakı auditoriyalarına Rusiya və Çinin onların naharlarını əllərindən aldıqlarını deyəndə yalan danışırlar.

0