CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Minəcik" karvansarasının bərpası məsələsi diqqətdə saxlanılır

© Sputnik / Ilham Mustafayev“Avey” Dövlət-Tarix Mədəniyyət Qoruğunun ərazisində aparılan arxeloji qazantılar
“Avey” Dövlət-Tarix Mədəniyyət Qoruğunun ərazisində aparılan arxeloji qazantılar - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
Karvansaraların bərpa olunması ilə bağlı məsələ diqqətdə saxlanılır. Abidə bərpa olunması üçün növbəti illərin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib

BAKI, 20 may — Sputnik. Qaradağ rayonu ərazisində yerləşən "Minəcik" adı ilə tanınan karvansara Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi kimi daxil edilib.

Sputnik Azərbaycan xəbər verir ki, həmin tarixi abidə Dövlət Xidmətinin nəzarətindədir. Karvansaraların bərpa olunması ilə bağlı məsələ diqqətdə saxlanılır.

Abidə bərpa olunması üçün növbəti illərin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.

Karvansara qədim Şamaxı-Cəngi yolunun üstündə, Qızıldaş qəsəbəsindən 30 km aralıda yerləşir. O, XV əsrdə inşa olunub. Binanın tikilmə tarixini girişin üstündə olan daş kitabədən təxmin etmək olar. Bir neçə il əvvələ qədər qırılmış, lakin tam aradan çıxmamış hissələrdə Şirvanşah Xəlilullah adını oxumaq mümkün olub. Amma təəssüf ki, bu gün həmin kitabə dağılaraq məhv olub. Kitabənin paleoqrafiyası və titullarına əsasən onun Şirvanşahlar dövlətinin 35-ci hökmdarı I Xəlilullahın (1417-1465) vaxtına aid olduğu ehtimal edilir. 

Eləcə də oxuyun:
Beşbarmaq qalasının 4 qala bürcündən ikisi aşkarlanıb

* "Onların işi qazıb təhvil verməkdir" - Tariximizə sahib çıxmaq niyə belə çətindir

* Mənşəyi bilinməyən abidə, qəribə ayinli pir - Dini məbəd indi mövhumat ocağına çevrilib

 

Xəbər lenti
0