Babək rayonunda Babəkin heykəli, arxiv şəkli

Babəkin heykəlinin hazırlanması dayandırılıb

35
(Yenilənib 21:40 28.04.2021)
Prezident İlham Əliyev 2011-ci ildə Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Heykəlin müəllifi Xalq rəssamı Arif Qazıyevdir. Abidə Babəkin adını daşıyan prospektdə ucaldılacaq.

BAKI, 28 aprel — Sputnik. Babəkin heykəlinin hazırlanması dayandırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Rəssamlar İttifaqının İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov bildirib.

O, heykəlin hazırlanma prosesinin bir hissəsinin həyata keçirildiyini deyib:

"Heykəlin təxminən 40 faizi demək olar ki, tökülüb, hazırdır. Lakin pandemiya və maliyyə ayrılmaması səbəbindən işlər dayanıb. Yəqin ki, yaxın vaxtlarda yenidən maliyyə vəsaiti ayrılar, heykəlin hazırlanması yekunlaşar".

Qeyd edək ki, Prezident İlham Əliyev 2011-ci ildə Bakıda görkəmli Azərbaycan sərkərdəsi Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Heykəlin müəllifi Xalq rəssamı Arif Qazıyevdir. Abidə Babəkin adını daşıyan prospektdə ucaldılacaq.

35
Selfi çəkən cütlük, arxiv şəkli

20yearschallenge trendinə qoşulan məşhurlar - gəncliyin FOTO-ları

10
(Yenilənib 15:03 06.05.2021)
Ötən gündən başlayan #20yearschallenge trendinə həm yerli məşhurlar, həm də dünyanın məşhur sənət adamları qoşulub.

BAKI, 6 may — Sputnik. Ötən gündən başlayan #20yearschallenge trendinə məşhurlar da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, bu axına qoşulanlar arasında Türkiyənin məşhur aktyoru Mehmet Günsür də var. 45 yaşlı aktyor 1997-ci ildə, 22 yaşında çəkdirdiyi fotosunu "Instagram" hesabında paylaşıb. 85 mindən çox şərh yazanların içində komediya ustası Cem Yılmazın "Memo! Bu altı ay önce be kardeşim. Atma" rəyi insanların gülüşünə səbəb olub.

Cem Yılmaz da bu axına qoşunub.

Посмотреть эту публикацию в Instagram

Публикация от Cem Yılmaz (@cmylmz)

Bu trendə Türkiyənin məşhur aktrisası və müğənnisi Şevval Sam da qoşulub. Müğənni 1993-cü ildə çəkdirdiyi fotosunu "Instagram" hesabında paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sevval Sam (@sevvalsam)

Sözügedən trendə qoşulanlar arasında Sərdar Ortac da var. O, "Instagram" hesabında gəncliyini xatırladıb. 

Axına müğənni Alişan da qoşulub. Tanınmış müğənni özünün 20 yaşındakı fotosunu paylaşıb. Müğənni 1996-cı ildə çəkdirdiyi "Aşık oldun" albomu üçün çəkdirdiyi fotosunu özünün media hesabında paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Alişan (@alisanofficial)

 

Trendə qoşulanlar arasında Madonnanın olması da diqqət çəkib. Məşhur müğənni özünün "Instagram" səhifəsinin hekayə bölümündə 20 yaşındaykən çəkilən fotolarını paylaşıb.

 

10
Fulya Öztürk

Fulya Öztürk haqqında film çəkiləcək - "Artıq Şuşadayam. Qarabağ Azərbaycandır!" deyəcək

14
(Yenilənib 10:28 06.05.2021)
Tahir Tahiroviç: "Mən Qarabağ müaribəsində fəaliyyət göstərən digər jurnalistlərin işinə kölgə salmaq istəmirəm".

 

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Vətən müharibəsi dövründə Azərbaycan müharibə ilə bağlı informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayan "CNN-Türk" kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli film çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-a filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç məlumat verib. Film haqqında danışan rejissorun verdiyi məlumata görə, filmin çəkilişlərinə iyun ayında start veriləcək: "44 günlük müharibəsinə həsr olunmuş, Mədəniyyət Nazirliyinin elan etdiyi "Böyük Qayıdış" qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə biz də qatıldıq. Fulya Öztürkün Vətən müharibəsi dövründə həqiqətləri çatdırması, müharibə dövründə onun gördüyü işlər bizim də diqqətimizdən yayınmayıb. Onun göstərdiyi şücaətlər haqqında ssenari yazdıq və piçinq mərhələssində qalib gəldik".

"Mən Qarabağ müaribəsində fəaliyyət göstərən digər jurnalistlərin işinə kölgə salmaq istəmirəm. Amma beynəlxaq arenada bu müharibənin işıqlandırılmasında CNN kanalının, xüsusən də Fulya xanımın rolu böyükdür. Fulyanın qadın da olmağı hadisəyə poetiklik qatdı" -deyə T.Tahiroviç əlavə etdi.

Rejissor əlavə etdi ki, CNN-in kameramanının çəkdiyi elə kadrlar var ki, hansı ki, o kadrlar efirə getməyib. "Azərbaycanfilm" və "DADA Film Prodakşn"ın birgə istehsalı olan layihə üçün həmin kadrlar əldə edilib, filmdə yer alacaq: "Bir də bir yol hekayəsi olacaq. Fulya yenidən işğaldan azad olmuş torpaqlarımıza səfər edəcək. Biz çəkilişləri iyun ayında nəzərdə tutmuşuq. Fulya qələbə günü Şuşada olmaq istəyirdi. Amma koronavirusa yoluxduğuna görə, iştirak edə bilmədi. Sonda Fulya Şuşadan reportaj hazırlayacaq - "Artıq Şuşadayam. Qarabağ Azərbaycandır!" deyəcək. Çəkilişlər Fizulidə (Horadizdə), Tərtər, Bərdə, Gəncə və final olaraq Şuşada lentə alınacaq. Hansı bölgələr ki, Fulya orada canlı bağlantılar edirdi. Fulya Öztürk bu çəkiliş üçün Azərbaycana gələcək. O rayonlarda yenidən öz xatirələrini danışacaq. Bu yaxınlarda İstanbulda Fulya ilə görüşdüm. Bununla bağlı müzakirələr apardıq".

14
Erməni əsgərlərin dəbilqələri, arxiv şəkli

Ermənistanda 44 günlük müharibə ilə bağlı çoxlu cinayət işi açılıb

0
(Yenilənib 16:23 06.05.2021)
Ermənistan Baş Prokurorluğunun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlı istintaqa cəlb olunanlar var.

BAKI, 6 may — Sputnik. Ermənistanda 44 günlük Qarabağ müharibəsi ilə əlaqədar 1580 cinayət işi qaldırılıb. Sputnik Ermənistan bu ölkənin Baş Prokurorluğuna istinadla xəbər verir ki, artıq 628 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onların arasında adları hələ açıqlanmayan yüksək rütbəli zabitlər də var.

İri miqyaslı cinayət işlərinin istintaqı bir neçə əsas istiqamətdə aparılır: hərbi xidmətə çağırış və səfərbərlik zamanı yol verilən pozuntular, müharibədən əvvəl və müharibə zamanı silah alınmasında mümkün korrupsiya sxemləri, silahlı qüvvələrin və ayrı-ayrı bölmələrin rəhbərliyindəki cinayət pozuntuları, taktiki və strateji əməliyyatların həyata keçirilməsi, komandanlığın əmrlərinə tabe olmamaq və s.

Bundan əlavə, Milli Təhlükəsizlik Xidməti Azərbaycanın Şuşa və Hadrutu işğaldan azad etməsi ilə bağlı mediada və sosial şəbəkələrdə yer alan məlumatları da araşdırıb.

Prokurorluğun məhkəmə qərarlarının icrasına nəzarət üzrə nümayəndəsi Edqar Arsenyanın sözlərinə görə, məsələ Şuşa və Hadrut yaxınlığındakı döyüşlərlə bağlıdır.

O bildirib ki, qaldırılan cinayət işlərindən biri də dövlətə xəyanətlə əlaqədardır. Bundan başqa, hərbi qulluqçuların valideynlərindən pul tələb etmə faktı üzrə 5 cinayət işi də qaldırılıb.

 

0