Xəstəxana

Baloğlan Əşrəfov xəstəxanaya getmək istəmir

498
(Yenilənib 10:50 27.04.2021)
Qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Daha sonra Türkiyədə müğənniyə qaraciyər köçürülmüşdü.

BAKI, 26 aprel — Sputnik, Şahpəri Abbasova. Bir aya yaxındır koronavirusa yoluxan Əməkdar artist Baloğlan Əşrəfovdan xəbər var.

Müğənninin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hazırda vəziyyəti ağırdır: "Nəfəs almamda ciddi problem var. Danışa bilmirəm, təngnəfəslik və öskürək var. Özüm xəstəxanaya getmirəm. Şəxsi həkimim var, onun nəzarəti altındayam. Həm də evdə mənimlə daha yaxşı maraqlanırlar. Səhhətimdə irəliləyiş hiss etmirəm. Əvvəl necə idimsə, indi də eləyəm".

Qeyd edək ki, qaraciyər serrozundan əziyyət çəkən tanınmış müğənni bu diaqnozla 2007-ci ilin martın 8-də ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Daha sonra Türkiyədə müğənniyə qaraciyər köçürülmüşdü.

498
Teqlər:
yoluxma, xəstəxana, Koronavirus, Baloğlan Əşrəfov
Taxt Oyunları serialından kadr, arxiv şəkli

"Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb - FOTO

4
(Yenilənib 16:28 07.05.2021)
"House of the Dragon"un HBO telekanalında istehsalı barədə aprelin 27-də məlum olub. Serialın hadisələri "Game of Thrones" hadisələrindən 300 il əvvəli əhatə edib.

BAKI, 7 may — Sputnik. "Taxt Oyunları" serialının prikvelindən ilk görüntülər paylaşılıb. Sosial şəbəkələrdə "Game of Thrones" ("Taxt Oyunları") serialının prikveli olan "House of the Dragon"dan ("Əjdaha Evi") ilk görüntülər paylaşılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı foto layihənin "Twitter" hesabında dərc olunub.

Ümumilikdə üç şəkil paylaşılıb. Kadrlarda Reynira və Deymon Tarqarien, Korlis Velarion ("Dəniz ilanı"), həmçinin Alisenta və Otto Haytauerlər əks olunub.

Qeyd edək ki, "House of the Dragon"un HBO telekanalında istehsalı barədə aprelin 27-də məlum olub. Serialın hadisələri "Game of Thrones" hadisələrindən 300 il əvvəli əhatə edib. Serial həmçinin Tarqarienlər Evinin Vesterosda hakimiyyət dövrünü göstərəcək. Layihənin şourannerləri Rayan Kondal və Miqel Sapoçnikdir. O da vurğulanır ki, "Game of Thrones"un bəstəkarı Ramin Cavadi yeni serial üçün də musiqi yazacaq.

Amerikalı yazıçı Corc Martinin "Alov və qan" kitabı əsasında çəkilən serialın təqimatı 2022-ci ilə planlaşdırılıb.

4
Musa Yaqub

Bir günah sənindir, bir günah mənim... Musa Yaqubu da itirdik

26
(Yenilənib 16:46 07.05.2021)
Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub "Xalq şairi" fəxri adlarına layiq görülüb.

BAKI, 7 may — Sputnik. Azərbaycanın Xalq şairi Musa Yaqub 84 yaşında vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, o, bu gün İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib.

M.Yaqub Buynuz kənd qəbristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri işləyib. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasının sədri olub. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına mükafata layiq görülüb. Musa Yaqub Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub "Xalq şairi" fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin!

26
Teqlər:
vəfat, xalq şairi
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda COVID-19: bütün pis göstəricilərdə azalma var

0
İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib.

BAKI, 7 may - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 722 yeni yoluxma faktı qeydə alınıb, 1854 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 325 407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302 860 nəfər müalicə olunaraq sağalıb, 4 650 nəfər vəfat edib. 17 897 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 686, bu günə qədər isə ümumilikdə 3 311 267 test icra olunub.

0
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər