Qəbiristanlıq

Türkiyə kinosunun məşhur aktyoru vəfat edib

20
(Yenilənib 11:01 19.04.2021)
Aktyor vaxtilə "Güneşi Gördüm", "Beyaz Melek", "Avcı", "Mucize 2: Aşk", "Sadece Sen", "Babalar ve Evlatlar" və s. filmlərdə unudulmaz obrazlar yaradıb.

BAKI, 19 aprel — Sputnik. Türkiyənin tanınmış teatr və kino aktyoru Erol Demiröz 81 yaşında dünyasını dəyişib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rejissor Mahsun Kırmızıgül "twitter" hesabında məlumat verib. "Teatr və kino dünyasının ustası Erol Demiröz vəfat etdi. Mənim üçün çox dəyərli olan bir qardaşı, atanı, ustadı, həmyerlimi itirdim", - deyə sənətçi qeyd edib.

​Qeyd edək ki, ağır xəstə olan aktyor uzun müddət idi müalicə alırdı

Məlumat üçün bildirək ki, mərhum aktyor "Güneşi Gördüm", "Beyaz Melek", "Avcı", "Mucize 2: Aşk", "Sadece Sen", "Babalar ve Evlatlar" və s. filmlərdə unudulmaz obrazlar yaradıb.

20
Teqlər:
Türkiyә, vəfat, aktyor

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

35
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

35
“Faberge” filminin çəkilişi

Azərbaycanlı aktyorun yeni filminin premyerası "KINOPOISK"də FOTO

10
Əlixanla yanaşı yeni filmdə komediya superulduzları - Elcan Rəsulov və Nicat Rəhimov, istedadlı aktyorlar Azər Aydəmir, Cavidan Novruz, Fuad İskəndər və Cavid Nəsrullah da yer alıblar.

BAKI, 17 may — Sputnik. Məşhur ssenari müəllifi, artist və rejissor Əlixan Rəcəbov "Faberge" qısametrajlı kriminal komediya üzərində fəal işləyir.

Sputnik Azərbaycan xəbər verir ki, aktyor özü ideya müəllifi, ssenari müəllifi, rejissor və əsas rollardan birinin ifaçısıdır. Əlixanla yanaşı yeni filmdə komediya superulduzları - Elcan Rəsulov və Nicat Rəhimov, istedadlı aktyorlar Azər Aydəmir, Cavidan Novruz, Fuad İskəndər və Cavid Nəsrullah da yer alıblar.

"Başlığında artıq bəzi işarələr var və xüsusən premyeraya az vaxt qaldığına görə bütün sirləri vaxtından əvvəl açmaq, orada baş verənlər barədə danışmaq istəmirəm, - may ayının sonunda, maksimum - iyun ayında tamaşaçılar özləri bunu öyrənəcəklər", - deyə Əlixan yeni işi barədə danışıb.

Əlixanın yeni filminin premyerasının "YouTube" platforması əvəzinə, eksklüziv olaraq populyar "KINOPOISK" kino saytında görünməsi diqqət çəkir.

10