Elza Seyidcahan, arxiv şəkli

Elza Seyidcahan açıqlaması ilə yenə gündəmi dəyişdi - VİDEO

31
(Yenilənib 23:32 13.04.2021)
Seyidcahan estetik əməliyyat etdirən müğənniləri lağa qoyub: "Niyə özlərinə belə əl atıblar. Üzlərinə, dodaqlarına, burnuna gel doldurub, çənəni uzadırlar. Sonra da gel əriyir bığ əyilir. İndi müğənnilərə baxıram, oxumasalar tanımıram".

BAKI, 13 aprel — Sputnik. Səhnəmizin ekstravanqant müğənnisi Elza Seyidcahan açıqlamaları ilə yenə də gündəmi alt-üst edib. Sputnik Azərbaycan xəbər verir ki, Əməkdar artist "ATV maqazin onlarla" proqramında təklif verib ki, şoubiznesdəki kişilərin hamısı bığ saxlasın: "Saqqal yox, hamısı bığ saxlasınlar. Estafeti yaraşdı, yaraşmadı bir-birinə ötürsünlər. Əsl bığa layiq kişilər azərbaycanlı kişilərdir".

Elza Eyyub Yaqubovun bığlarını da müzakirəyə çıxarıb: "Eyyub Yaqubovun bığı xoşuma gəlir. Qəşəng bığı var. Xoşlayıram ki, kişi kobud, xasiyyəti yumşaq olsun. Mənim üçün maraqlıdır Nadir Qafarzadə. Arada saxladı və dəyişdi. Şou-biznesdəkilərin bəzisi bığ saxlayır, amma mənasını bilmir".

Seyidcahan estetik əməliyyat etdirən müğənniləri də lağa qoyub: "Niyə özlərinə belə əl atıblar. Üzlərinə, dodaqlarına, burnuna gel doldurub, çənəni uzadırlar. Sonra da gel əriyir bığ əyilir. İndi müğənnilərə baxıram, oxumasalar tanımıram. Deyirəm, niyə özlərinə belə əl qatıblar, nə baş verir?"

Müğənni "Mehriban gəlin" layihəsindən də danışıb. Deyib ki, "Sarı gəlin"in estafetini "Mehriban gəlin"ə verib.

31

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

35
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

35
“Faberge” filminin çəkilişi

Azərbaycanlı aktyorun yeni filminin premyerası "KINOPOISK"də FOTO

10
Əlixanla yanaşı yeni filmdə komediya superulduzları - Elcan Rəsulov və Nicat Rəhimov, istedadlı aktyorlar Azər Aydəmir, Cavidan Novruz, Fuad İskəndər və Cavid Nəsrullah da yer alıblar.

BAKI, 17 may — Sputnik. Məşhur ssenari müəllifi, artist və rejissor Əlixan Rəcəbov "Faberge" qısametrajlı kriminal komediya üzərində fəal işləyir.

Sputnik Azərbaycan xəbər verir ki, aktyor özü ideya müəllifi, ssenari müəllifi, rejissor və əsas rollardan birinin ifaçısıdır. Əlixanla yanaşı yeni filmdə komediya superulduzları - Elcan Rəsulov və Nicat Rəhimov, istedadlı aktyorlar Azər Aydəmir, Cavidan Novruz, Fuad İskəndər və Cavid Nəsrullah da yer alıblar.

"Başlığında artıq bəzi işarələr var və xüsusən premyeraya az vaxt qaldığına görə bütün sirləri vaxtından əvvəl açmaq, orada baş verənlər barədə danışmaq istəmirəm, - may ayının sonunda, maksimum - iyun ayında tamaşaçılar özləri bunu öyrənəcəklər", - deyə Əlixan yeni işi barədə danışıb.

Əlixanın yeni filminin premyerasının "YouTube" platforması əvəzinə, eksklüziv olaraq populyar "KINOPOISK" kino saytında görünməsi diqqət çəkir.

10