Azərbaycan hərbçiləri, arxiv şəkli

"Böyük qayıdış. Həsrətin sonu" adlı rəsm sərgisi təşkil olunacaq

12
(Yenilənib 23:02 13.04.2021)
Sərgidə iştirak etmək istəyənlər mövzu ilə bağlı əsərlərinin fotoşəkillərini, müəllifin adı, soyadı, əsərin adı, ölçüləri və icra texnikasını qeyd etməklə resmsergi@gmail.com elektron-poçt ünvanına göndərə bilərlər.

BAKI, 13 aprel — Sputnik. Torpaqlarımızın azad olunmasında Azərbaycan Ordusunun rəşadət və qəhrəmanlığına həsr edilmiş əsərlərdən ibarət "Böyük qayıdış. Həsrətin sonu" adlı rəsm sərgisi təşkil olunacaq.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə reallaşacaq sərgidə iştirak etmək istəyənlər mövzu ilə bağlı əsərlərinin fotoşəkillərini, müəllifin adı, soyadı, əsərin adı, ölçüləri və icra texnikasını qeyd etməklə resmsergi@gmail.com elektron-poçt ünvanına göndərə bilərlər.

Əsərlərin qəbulu aprelin 23-dək aparılacaq.

12

"Eurovision-2021": Azərbaycan təmsilçisi finala yüksəldi

35
Rotterdamda 16 ölkədən olan nümayəndələrin iştirakı ilə beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

BAKI, 19 may — Sputnik. Azərbaycanın "Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi Samirə Əfəndi (Efendi) mayın 22-də Ahoy zalının səhəsində keçiriləcək finala yüksəlib.

Mayın 18-i gecə saatlarında Rotterdamda müsabiqənin birinci yarımfinalı keçirilib. Yarımfinalda 16 ölkənin - Azərbaycan, Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Maltanın nümayəndələri iştirak ediblər.

Samirə Efendi "Mata Hari" mahnısı ilə 14-cü çıxış edib.

Builki müsabiqənin şüarı “Open up!”-dır. İkinci yarımfinal mayın 20-də keçiriləcək.

Xatırladaq ki, Azərbaycan təmsilçiləri artıq bir dəfə bu mötəbər müsabiqənin qalibi olublar. 2011-ci ildə Eldar Qasımov - Nigar Camal cütlüyü bu uğura imza atıb.

35
“Faberge” filminin çəkilişi

Azərbaycanlı aktyorun yeni filminin premyerası "KINOPOISK"də FOTO

10
Əlixanla yanaşı yeni filmdə komediya superulduzları - Elcan Rəsulov və Nicat Rəhimov, istedadlı aktyorlar Azər Aydəmir, Cavidan Novruz, Fuad İskəndər və Cavid Nəsrullah da yer alıblar.

BAKI, 17 may — Sputnik. Məşhur ssenari müəllifi, artist və rejissor Əlixan Rəcəbov "Faberge" qısametrajlı kriminal komediya üzərində fəal işləyir.

Sputnik Azərbaycan xəbər verir ki, aktyor özü ideya müəllifi, ssenari müəllifi, rejissor və əsas rollardan birinin ifaçısıdır. Əlixanla yanaşı yeni filmdə komediya superulduzları - Elcan Rəsulov və Nicat Rəhimov, istedadlı aktyorlar Azər Aydəmir, Cavidan Novruz, Fuad İskəndər və Cavid Nəsrullah da yer alıblar.

"Başlığında artıq bəzi işarələr var və xüsusən premyeraya az vaxt qaldığına görə bütün sirləri vaxtından əvvəl açmaq, orada baş verənlər barədə danışmaq istəmirəm, - may ayının sonunda, maksimum - iyun ayında tamaşaçılar özləri bunu öyrənəcəklər", - deyə Əlixan yeni işi barədə danışıb.

Əlixanın yeni filminin premyerasının "YouTube" platforması əvəzinə, eksklüziv olaraq populyar "KINOPOISK" kino saytında görünməsi diqqət çəkir.

10