Leyla Əliyeva

Leyla Əliyevanın şeir kitabının təqdimatı olub

15
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Mehriban Zəkinin və Qırğızıstanın Xalq artisti Tinar Abdrazayevanın ifalarında "Tanrının səsini eşitmək istəyirəm" kitabından şeirlər səsləndirilib

BAKI, 12 aprel — Sputnik. Aprelin 9-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bakıdakı qərargahında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş "Tanrının səsini eşitmək istəyirəm" şeir toplusunun təqdimat mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə mədəniyyət naziri Anar Kərimov, Qırğız Respublikasının mədəniyyət, informasiya idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və digər qonaqlar iştirak ediblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təqdimatı keçirilən kitabın məziyyətlərindən söz açıb. Bildirib ki, Leyla Əliyeva gənc olmasına baxmayaraq, çoxşaxəli istedada malik insandır. O, gözəl, səmimi, romantik, incə ruhlu şeirlərin müəllifi, maraqlı rəssamdır. Onun bir çox rəsmləri sərgilərdə nümayiş olunub. Leyla Əliyeva Azərbaycanın ictimai həyatında özünəməxsus yer tutur. Bunların hamısını birləşdirsək deyə bilərik ki, o, incə bir ürəyin sahibidir və bu, onun şeirlərində də hiss olunur.

Günay Əfəndiyeva kitabın Qırğızıstanda da çap olunduğunu söyləyib. Nəşr qırğız oxucusunu müasir Azərbaycan poeziyasının nümunələri ilə tanış edir. Fondun da bu səpkidə fəaliyyəti iki xalqı bir-birinə yaxın etməkdən ibarətdir.

Mədəniyyət naziri Anar Kərimov çıxışında qeyd edib ki, Leyla Əliyevanın müraciət etdiyi həssas mövzular və onun bədii təxəyyülü oxucusunu duyğulandırır, eyni zamanda, düşündürür. Leyla Əliyevanın yaradıcılığında əsl Azərbaycan qadınının, əsl türk xanımının duyğuları, hissləri, emosiyası müşahidə olunur.

Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycanda "Nizami Gəncəvi İli" elan edilib və bu, təkcə ölkəmiz üçün deyil, bütün türkdilli xalqlar da daxil olmaqla, dünya ədəbi irsi ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Çünki dahi Nizaminin yaradıcılığı türk-islam bədii təxəyyülünün ən parlaq nümunələrindən hesab olunur. Qeyd edilib ki, ötən ay Mədəniyyət Nazirliyi nümayəndə heyətinin iştirakı ilə Ankarada – TÜRKSOY-un qərargahında, həmçinin İstanbul şəhərində dahi Azərbaycan şairi və mütəfəkkirinin 880 illik yubileyinə həsr olunan tədbirlər təşkil edilib. Türk dövlətlərində, xüsusən də beynəlxalq təşkilatlar çərçivəsində bu cür tədbirlərin təşkili ortaq mədəni-mənəvi dəyərlərimizin təbliği baxımından müstəsna əhəmiyyət daşıyır.

"Türk xalqlarının ortaq mədəni-mənəvi dəyərlərinin qorunub saxlanması və geniş miqyasda tanıdılması sahəsində yarandığı vaxtdan etibarən TÜRKSOY-un böyük əməyi olub. Türk Mədəniyyəti və İrsi Fondu da öz tərəfindən qısa zaman ərzində türk dünyasının mədəniyyətini, zəngin tarixini, milli-mənəvi dəyərlərini təbliğ edən müxtəlif layihələrə imzalar atıb", - deyə A. Kərimov vurğulayıb.

Qırğız Respublikasının mədəniyyət, informasiya idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev deyib ki, Leyla Əliyeva qələmə aldığı hər mövzuya özünəməxsus şair baxışı ilə yanaşır, gördüklərini azad baxışlarla poeziyaya çevirə bilir: "Gənc şairə təbiətə münasibətdə həssas hisslər nümayiş etdirir, gerçəkliklə zəngin bir xəyal arasında harmoniya yaratmağı bacarır. Dünyaya şair baxışı ilə baxaraq qitələri, meşələri, dağları, çayları, gölləri adlayır, həyəcan və hisslərini ustalıqla ifadə edir, oxucu ilə səmimi ünsiyyət mühiti yaradır".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, Leyla Əliyevanın yaradıcılığına yaxından bələddir: "Şairlər olduğu kimi görünən, göründüyü kimi də olan insanlardırlar: "Göründüyün kimi ol, olduğun kimi görün" düşüncəsi Leyla Əliyevanın elə şəxsiyyətində bütövləşib. Çünki digər insanlardan fərqli olaraq, şair və ya yazıçı öz ağrı-acısı ilə bərabər başqasının da acılarını hiss edir, özünün acısı kimi içərisindən keçirir. Leyla Əliyevanın yaradıcılığı, onun ruhu onun əməllərindədir".

Türk Şurası baş katibinin müavini Sultanbek Raev bildirib ki, Leyla Əliyevanın "Tanrının səsini eşitmək istəyirəm" şeir toplusunu qırğız dilinə tanınmış şairlər tərcümə edib: "İnsana elə gəlir ki, müəllif bu kitabda Allaha müraciət edir. Çünki hər bir insan qəlbində uca Tanrının yeri olduğu üçün onun səsini eşitmək istəyir. Allahın səsi, ifadəsi ilə müəllif sanki insanlarda ən ülvi hissləri oyatmağa çalışıb".

Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibinin müavini Əli Yıldız, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.

Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti Mehriban Zəkinin və Qırğızıstanın Xalq artisti Tinar Abdrazayevanın ifalarında "Tanrının səsini eşitmək istəyirəm" kitabından şeirlər səsləndirilib.

15
Azərbaycan hərbçiləri, arxiv şəkli

Mədəniyyət Nazirliyinin yeni layihəsi - "Səhnədən səngərə"

10
(Yenilənib 11:59 08.05.2021)
Beş dəqiqə müddətində nəzərdə tutulan hər bir videoçarxda şəhidlərin ailə üzvlərinin, yaxınlarının, iş yoldaşlarının, vaxtilə çalışdıqları tədris ocağlarındakı şagirdlərinin ürək sözləri qısa müsahibələr şəkində təqdim olunacaq.

BAKI, 8 may — Sputnik. Tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində xalqımızın minlərlə övladı ilə bərabər mədəniyyət işçiləri də iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanlar sırasında səkkiz nəfər mədəniyyət işçisi var.

Mədəniyyət Nazirliyi ötən ilin Vətən müharibəsində şəhid olmuş qəhrəman mədəniyyət işçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə "Səhnədən səngərə" layihəsinə start verir.

Sputnik Azərbaycan xəbər verir ki, layihə çərçivəsində şəhid mədəniyyət işçilərimiz haqqında videoçarxlar hazırlanacaq. Videomateriallarda onların yarımçıq qalan həyat yolu, sənət-peşə fəaliyyəti, döyüşlərdə göstərdiyi şücaət əks olunacaq. Beş dəqiqə müddətində nəzərdə tutulan hər bir videoçarxda şəhidlərin ailə üzvlərinin, yaxınlarının, iş yoldaşlarının, vaxtilə çalışdıqları tədris ocağlarındakı şagirdlərinin ürək sözləri qısa müsahibələr şəkində təqdim olunacaq.

10
Президент Азербайджана Ильхам Алиев

Bir qrup aparıcı incəsənət xadiminə Prezident mükafatları verilib

41
(Yenilənib 19:34 07.05.2021)
Mükafat verilənlər sırasında Yalçın Adıgözəlov, Mehriban Zəki, Azər Zeynalov, Məmmədsəfa Qasımov və digərlərinin adları var.

BAKI, 7 may - Sputnik. Prezident İlham Əliyev incəsənət xadimlərinə Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları veriləcək:

Abbasov Tariyel Abbasqulu oğlu

Abbasova-Budaqova Afaq Nurəhməd qızı

Abdullayev Kyazım Ənvər oğlu

Abdullayev Mətləb Fətəli oğlu

Abdullayeva Xurşud Lütfəli qızı

Abdurahmanov Yusif Fikrət oğlu

Adıgözəlov Yalçın Vasif oğlu

Ağaverdiyeva Məsməxanım Aslan qızı

Axundov Bəxtiyar Ağayar oğlu

Axundov Əbülfəz Dadaş oğlu

Aqalliyay Pellumb Mustafa oğlu

Alışova Şölə Qasım qızı

Allahverdiyev Vasif Kərim oğlu

Allahverdiyeva Naibə Siyavuş qızı

Babayeva İnarə Əhməd qızı

Babayeva Sevinc Məmmədəli qızı

Bağırov İzaməddin Zeynal oğlu

Baliyeva Natalya Gennadyevna

Barateliya Naala Raulyevna

Bayramov Salman Bayram oğlu

Bəxtiyarov Rəşad Bəhram oğlu

Butenko İqor Leonidoviç

Cəfərov Mircavad Mirqədər oğlu

Cəfərov Samir Qədir oğlu

Dadaşov Əmrah Balaxan oğlu

Dubovitskaya Mariya Aleksandrovna

Eyvazov Yasəf Alxas oğlu

Eyyubov Musa Eyyub oğlu

Əbdülsəmədova Zemfira Feyzulla qızı

Əflaki Ədilə Osman qızı

Əhmədov Cavid Təvəkkül oğlu

Əhmədov Çingiz Əli Əşrəf oğlu

Ələkbərzadə Mehriban Zaur qızı

Əliyev Sərvər Bəhlul oğlu

Əliyeva Hüsniyyə Səfər qızı

Əliyeva Münəvvər Sabir qızı

Əliyeva Nərgiz Arzu qızı

Əliyeva Şəfəq Rəsul qızı

Əlizadə Əkbər Müzəffər oğlu

Əlizadə Şəhla Seidşah qızı

Əmirbəyova Rita Cəmil qızı

Əsgərov Əli Rəhim oğlu

Əsgərov Əsgər Əkbər oğlu

Əskərov Qoçaq Məhərrəm oğlu

Əzimov Aydın Kazım oğlu

Hacıyev Əli Əliyusif oğlu

Hacıyev İlqar Xəlil oğlu

Hacıyeva Naylor Fidan Hacıağa qızı

Hacıyeva Sevil İnşalla qızı

Hacıyeva Səbinə Sabir qızı

Heybətov Anar Mithət oğlu

Həsənov Kərim Abbas oğlu

Həsənov Vidadi İsmail oğlu

Həsənova İradə Aslan qızı

Həsənova Natavan Mikayıl qızı

Həşimov Orxan İlqar oğlu

Həşimzadə Xanlar Allahverdi oğlu

Həziyev Natiq Fərzalı oğlu

Hümbətova Ülviyyə Cavanşir qızı

Hüseynli Anar Vaqif oğlu

Hüseynov Fizuli İsmət oğlu

Hüseynov Şövqi Ərəstun oğlu

Hüseynova Kamilla Fikrət qızı

Hüseynova Kəmalə Müzəffər qızı

Xanlarova Mehriban Aslan qızı

Xasiyev Nadir Şənbə oğlu

Xəlilzadə Rüfət Eldar oğlu

İbrahimov Fuad Natiq oğlu

İbrahimova Nigar Rəfael qızı

İbrahimova Səbinə Vaqif qızı

İbrahimova Şəhla İbrahim qızı

İmanov Vaxtanq Yaşar oğlu

İmanova Gülbacı Əliəkbər qızı

İskəndərova Sənubər Sabir qızı

İsmayılov Qurban İbrahim oğlu

İsmayılov Samir Süleyman oğlu

İsrafilov Fərhad Ramazan oğlu

Kazımov Nicat Mirəziz oğlu

Kərimduxt Rövşən Ramazan oğlu

Kərimov Loğman Seyfulla oğlu

Kərimova Cəmilə Rüstəm qızı

Kərimova Qərinə Rəhim qızı

Kərimova Nərgiz Faiq qızı

Qarayev Elnar Cəfər oğlu

Qasımov Məmmədsəfa Məmmədəli oğlu

Qasımov Yusif Əli oğlu

Qəhrəmanov Abbas Əhməd oğlu

Qəmbərli Ayaz Vahab oğlu

Qəmbərov Salman Hüseyn oğlu

Qəribova Nargilə Dursun qızı

Qocayev Rəhim Xəlil oğlu

Quliyev Cəmil Elşad oğlu

Quliyev Əyyub Ramiz oğlu

Quliyev Hafiz Məhərrəm oğlu

Quliyev Nihat Heydər oğlu

Quliyev Rövşən Vaqif oğlu

Quliyeva İntizar Təhməzqulu qızı

Quliyeva Qızılgül Polad qızı

Quliyeva Şəlalə Şahvələt qızı

Qurbanov Cahangir Qafar oğlu

Qurbanova Pərvanə Yaqub qızı

Mahmudov Rövşən Oqtay oğlu

Mehmandarov Mustafa Adil oğlu

Məhərrəmov Firudin Əliməmməd oğlu

Məmmədov Anar Ramiz oğlu

Məmmədov Ayşad Kamal oğlu

Məmmədov Maqsud Fazil oğlu

Məmmədov Murad Məmməd oğlu

Məmmədov Nüsrət Cəfər oğlu

Məmmədov Sabir Duman oğlu

Məmmədov Sabir Novruz oğlu

Məsimov Qurban Abdulla oğlu

Mikayılov Anar Şamil oğlu

Mir-Qasım Ayan Oqtay qızı

Mirzəyev Gülağası Ağa Hüseynoviç

Mirzəyev Rafiq İsmayıl oğlu

Mirzəyev Sücəddin Qiyas oğlu

Musayeva Şükufə İmran qızı

Mustafayev Arzu Əhməd oğlu

Mustafayeva Laləzar Bəşir qızı

Nağıyev Qasım Gəncalı oğlu

Nəsirova Hicran Fətəli qızı

Nəsrullayev Həsrət Nüsrət oğlu

Novruzova Nübar Qulu qızı

Orucova Naidə Mülük qızı

Orucova Sevda Nəbi qızı

Osmanov Bəhram Məcid oğlu

Osmanov Fuad Tacəddin oğlu

Ömərov Gümrah Rza oğlu

Poladov Əkrəm Nicat oğlu

Ramazanova Nigar Azər qızı

Rəhmanov Rəhman Tofiq oğlu

Rüstəmov Nurlan İbrahim oğlu

Salamova Gülcahan Əhməd qızı

Səlimli Mirbala Seyidəsgər oğlu

Səlimov Ruslan Xanbala oğlu

Səmədov Samir Səməd oğlu

Səmədov Şükür Hacıbala oğlu

Sultanov Neymət İslam oğlu

Şərifəliyeva Səidə Vahid qızı

Şıxəliyev Ramin Tofiq oğlu

Şirinov Aslan Adil oğlu

Şirməmmədov Namis Xanmirzə oğlu

Vahabzadə Səbinə Qulam qızı

Vəliyev Nofəl Abdulməcid oğlu

Vəliyeva Nigar Natiq qızı

Yaqubova Ella İsmayıl qızı

Zeynalov Azər Zeynalabdin oğlu

Zeynalov Elnur Əli oğlu

Zəki Mehriban Mürvət qızı

 

41
Dəniz sagilində kişilər, arxiv şəkli

Dəyərlərin assimilyasiyası: Gələcək təhlükədədir

0
Dəyərlərə laqeyidliyimiz qarşımıza qorxulu mənzərə çıxarır. İntiharlar, namus cinayətləri, pedofilya, zorakılıq artır.

BAKI, 9 may — Sputnik. Cəmiyyətimizin istənilən problemi həm də bizim – fərdlərin problemidir. Bu gün qarşılaşdığımız problemlər övladlarımızın gələcəyi üçün ciddi təhdid və narahatlıqdır. Cəmiyyəti qoruyan, onu inkişaf etdirən, gələcəyini müəyyən edən bəlli dəyərlər sistemi olmalıdır və cəmiyyətlər dəyərlər üzərində bərqərar olur. Bəzi dəyərlər ildən ilə dəyişə, bəziləri zamanın tələbi ilə “dəyərsizləşə” bilər. Qloballaşan dünyada assimilyasiyanı haradasa normal qəbul etmək olar (Şübhəsiz bu məqam ciddi müzakirə mövzusudur. Yəni, polemikaya açıq məsələdir - C.C.) İnternetin və texnologiyanın inkişafı müəyyən sərhədlərin aradan qalxmasına səbəb olur. Ancaq elə dəyərlər var ki,  assimilyasiyası qətiyyən qəbul edilə bilməz və bu dəyərlərin zorakı assimilyasiyasına mane olmağımız qaçılmazdır. Xalq, cəmiyyət qorunmalı olan dəyərlərinə sahib çıxmasa yaranan xaos, qarışıqlıq qarşısıalınmaz olacaq. Cəmiyyətdə insani münasibətlərin normal olmaması az-çox ictimai məsuliyyəti olan, yaşadığı cəmiyyətin gələcəyi üçün əndişə keçirən fərdləri narahat etməlidir.

***

Cəmiyyətdə müəyyən bir qrupun laqeyidləşməsinin, biganəliyin və insani münasibətlərdə soyuqluğun iqtisadi-sosial, fəlsəfi-psixoloji səbəbləri daha dərində gizlidir. Bir tərəfdən dəyərlər sisteminin liberallaşması, digər tərəfdən mental dəyərlərin həyatımıza yersiz müdaxiləsi cəmiyyətdə bivec, taleyinə və həyatına biganə insanların sürətlə artmasına, cəmiyyəti var edən dəyərlərin aşınmasına səbəb olur. Dilemma qarşısında qalan hazırlıqsız fərd əxlaqi dəyərlərdən tamamilə imtina etməyin çıxış yolu olduğunu düşünərək bir növ özündən və cəmiyyətdən qisas alır. Mentallıq, saxta əxlaqi dəyərlər cəmiyyətə nə qədər ziyan vurursa, liberal dəyərlərin düzgün anlaşılmaması, normal yaşamaq üçün lazım olan əxlaqi prinsipləri qavramayan insanlar üçün daha çox təhlükə mənbəyidir. Son vaxtlar diqqətimi çəkən müəyyən polemikalarda məhz bu xaosun şahidi olduq. Feminizmdən danışanların yarımçıq bilgilərlə “silahlanıb” bu anlayışı lağ hədəfinə çevirməsi, müharibə əleyhidarlarının ölkədə işğalçılara qarşı aparılan mübarizə dönəmində aktivləşib əslində müharibə əleyhidarlığını mahiyyətindən uzaqlaşdırmaları, liberal düşüncə tərəfdarlarının şəhidlərə qarşı sayğısız davranışları ilə cəmiyyətdə qəzəb yaratmaları pis nümunələrdir. Liber dəyərlərin mühafizəkarlığı bu şəkildə assimilyasiyaya məruz qoyması qəbuledilməzdir.

***

Cəmiyyət vahid, kökü və ənənəsi olan dəyərlərə söykənməlidir. Təbii ki, bu dəyərlərə qarşı çıxanlar, müxalif olanlar da olmalıdır. Hər bir dəyərə qarşı alternativ təklif etmək və ya bu alternativlərlə yaşamaq mümkündür, qəbulediləndir. Yetər ki, cəmiyyət üçün “həssas nöqtələrə” yersiz hücum etməyək. Qulaqdandolma fikirlər cəmiyyətdə xaos yaradır, ötəri informasiyalar, "fast food" bilgilər insanları qeyri-müəyyənliyə sürükləyir. Gözümüzün qarşısında assimilyasiyaya uğrayan dəyərlər bu xaos üçün ilkin həyəcan siqnalı sayıla bilər.

***

Dəyərlərə laqeyidliyimiz qarşımıza qorxulu mənzərə çıxarır. İntiharlar, namus cinayətləri, pedofilya, zorakılıq artır. Cəmiyyətin bir qismi ümumiyyətlə bu xəbərləri soyuqqanlı şəkildə qulaqardına vurur, çox az bir qisim insan isə əndişə, narahatlıq keçirir. Bu yaxınlarda xəbər saytlarında qarşılaşdığım “Molla əsgər anasını qətlə yetirdi” başlıqlı xəbərin vahiməsi məni əməlli başlı diksindirdi. Cəmiyyətimizdəki bu cür eybəcərliklərin gələcəyimizə böyük təhlükə yaratdığını düşünürəm. Eyni zamanda din adamının cinayətkar olmasının qabardılması, müzakirə olunması məni daha çox narahat etdi. Dinə və dindarlara qarşı loyal yanaşsam da, dini dəyərlərin cəmiyyətimizdə önəmli yerə sahib olduğunun fərqindəyəm. Məhz cinayət xəbərinin bu şəkildə tirajlanması, dinə qarşı aqressiyanın yaranmasına rəvac verir. Sosial şəbəkələrdə cinayət, cinayətin motivi bir kənarda qalır, din, din xadimi, molla müzakirə olunur. Halbuki cinayətkarın dini mənsubiyyətini vurğulamaq üçün heç bir səbəbimiz  yoxdur. Çünki islam dini əsgər anasını zorlamağa, ümumiyyətlə cinsi zorakılığa haqq qazandıran din deyil. Deməli küyə gedib islamı tənqid etmək üçün də səbəbimiz yoxdur. Çünki cinayətkarın milli, irqi və dini mənsubiyyəti müzakirə mövzusu olmamalıdır. Hansısa din xadiminin cinayətinə görə onun dinini qınamaq  ədalətsizlikdir. Təəssüf ki, din xadiminin əməli olun təmsil və təbliğ etdiyi dinə başucalığı gətirmir. Eyni zamanda cəmiyyətin dini dəyərlərini də gözdən salır. Bunu anlayırıq. Bizi narahat edən gələcəyimizdir. Dəyərlərindən uzaq düşmüş cəmiyyətin gələcəyi hamımızı narahat etməlidir.

İnsani münasibətlər, ailə dəyərləri, əxlaq normaları bu şəkildə pozulubsa, cəmiyyətin gələcəyi ilə bağlı nikbin düşünmək olarmı?

0