Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Tanınmış bəstəkar vəfat etdi - FOTO

© Sputnik / Murad OrujovТеатр песни имени Рашида Бейбутова
Театр песни имени Рашида Бейбутова - Sputnik Azərbaycan, 1920, 10.04.2021
Abunə olmaq
"Hələ yaxınlarda 90-larda ifa etdiyim 2 mahnımızın "remake"ləri çıxacaq, sevindirəcəyəm sizi" dedim. Qismət olmadı… Rahat uyu, yerin də rahat olsun, dəyərli insan. Allah rəhmət eləsin".

 

BAKI, 10 aprel — Sputnik. Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının keçmiş bədii rəhbəri, bəstəkar İlham Abdullayev vəfat edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xalq artisti Faiq Ağayev sosial şəbəkədə məlumat yayıb.

"Bir ay əvvəl zəng edib, ifa etdiyim mahnılarının keyfiyyətli yazılarını məndən istədi. Dedi ki, hələ gec deyil, yolla onları mənə. Bilirdim ki, neçə ildir xəstəliyi ilə mərdcəsinə mübarizə aparır, dərhal istədiklərinin bir hissəsini yolladım ona. "Hələ yaxınlarda 90-larda ifa etdiyim 2 mahnımızın "remake"ləri çıxacaq, sevindirəcəyəm sizi" dedim. Qismət olmadı… Rahat uyu, yerin də rahat olsun, dəyərli insan. Allah rəhmət eləsin", - deyə Xalq artisti əlavə edib.

Xəbər lenti
0