Nəcməddin Hüseynov emalatxanada

Boya olmayanda tüstü ilə çəkən azərbaycanlı: Onun əsərləri dünyada tanınır - FOTO

289
(Yenilənib 18:33 10.04.2021)
"Bilirsiniz, tüstü texnikası mənim xarakterimə uyğundur. Nəyə görəsə onu üstün hesab edirəm” - Çaylı kəndini tərk etməyən rəssam.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Qazaxda yaşayan peşəkar rəssam kənddə fəaliyyət göstərsə də, özünün qeyri-adi tabloları ilə diqqət çəkir. Nəcməddin Hüseynov əsərlərini boyalarla yanaşı, şam tüstüsü, meyvə şirələrinin təbii rəngləri ilə ərsəyə gətirir.

Pandemiya dövründə rəssam yaşadığı Çaylı kəndində yaradıcılığını davam etdirib. Hətta o, oğlunun vasitəsilə iştirak etdiyi onlayn beynəlxaq müsabiqədə qalib gələrək qızıl medal qazanıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nəcməddin Hüseynov Rusiyada Beynəlxalq Müasir İncəsənət Akademiyası və Rusiya Peşəkar Rəssamlar İttifaqının təsisçiliyi ilə keçirilən “Art Excellence Awards” müsabiqəsinin ən yüksək mükafatını alıb. Rəssam 2020-ci ilin bir sıra çətinliklərinə baxmayaraq yaradıcılığında uğurlu olduğunu söyləyib.

© Sputnik / Ilham Mustafa
Nəcməddin Hüseynov emalatxanada
“Oğlum internetdə görüb ki, belə bir müsabiqə var. Yazıb, şəkillərini çəkib göndərib. Oradan 5 əsərimi seçdilər. Onlardan “Mənim babam” adlı əsər beynəlxalq sərgidə peşəkarlar arasında rəngkarlıq üzrə birinci yerə layiq görüldü. Bu, mənim üçün ən yüksək uğurdur”,-  deyə N.Hüseynov məlumat verib.

13 nominasiya üzrə keçirilən beynəlxalq müsabiqədə rəssamın birinci yerə layiq görülməsi ilə əlaqədar diplom və medal onun yaşadığı ünvana göndərilib. Bununla yanaşı, rəssam Rusiya Peşəkar Rəssamlar İttifaqının üzvü seçilib və qurumun vəsiqəsi poçt vasitəsilə ona təqdim edilib.

  • Nəcməddin Hüseynov emalatxanada
    © Sputnik / Ilham Mustafa
  • Nəcməddin Hüseynov emalatxanada
    © Sputnik / Ilham Mustafa
  • Nəcməddin Hüseynov rəsm üzərində işləyən zaman
    © Sputnik / Ilham Mustafa
  • Nəcməddin Hüseynovun masası
    © Sputnik / Ilham Mustafa
  • Nəcməddin Hüseynovun əl işi
    © Sputnik / Ilham Mustafa
  • Nəcməddin Hüseynovun əl işləri
    © Sputnik / Ilham Mustafa
1 / 6
© Sputnik / Ilham Mustafa
Nəcməddin Hüseynov emalatxanada

Üç mindən artıq əsərin müəllifi olan rəssam qeyri-adi bacarığı ilə də diqqəti çəkə bilib. Belə ki, o, ölkədə ilk dəfə olaraq tüstü texnikasından istifadə edib. Yəni, nə fırçadan, nə də boyadan istifadə etmədən şam tüstüsü ilə rəsm əsərləri yaradır. O, rəng almağa imkan olmadıqda öz hisslərini tablolara bu üsulla köçürmək qərarına gəlib. Rəssam tüstü texnikasının onun xarakterinə uyğun olduğunu söyləyib: “Tüstünün üstün cəhəti odur ki, boyasız, fırçasız rəsm çəkmək olur. Tüstünün də forması var. Tüstünün, mənim fikrimcə, qalma müddəti yağlı boyadan çox olmalıdır. Bilirsiniz, tüstü texnikası mənim xarakterimə uyğundur. Nəyə görəsə onu üstün hesab edirəm”.

© Sputnik / Ilham Mustafa
Nəcməddin Hüseynovun əl işləri

Qazax rayonunun Çaylı kəndinin sakini Nəcməddin Hüseynov tüstü ilə 30-dan çox əsər çəkib. Əsərlərinin, demək olar, hamısını özündə saxlayan rəssam onları öz övladı gözündə gördüyündən satmaq istəmədiyini deyib. Bununla yanaşı, ölkədə rəsm əsərlərinə marağın az olması səbəbilə satış probleminin olduğunu da bildirib. On ildir ki, Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssamın əsərləri bir sıra muzeylərdə və qalereyalarda nümayiş olunub.

289
Teqlər:
mükafat, tüstü, kənd, Qazax, rəssam
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət (38)
Президент Азербайджана Ильхам Алиев

Bir qrup aparıcı incəsənət xadiminə Prezident mükafatları verilib

14
(Yenilənib 19:34 07.05.2021)
Mükafat verilənlər sırasında Yalçın Adıgözəlov, Mehriban Zəki, Azər Zeynalov, Məmmədsəfa Qasımov və digərlərinin adları var.

BAKI, 7 may - Sputnik. Prezident İlham Əliyev incəsənət xadimlərinə Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları veriləcək:

Abbasov Tariyel Abbasqulu oğlu

Abbasova-Budaqova Afaq Nurəhməd qızı

Abdullayev Kyazım Ənvər oğlu

Abdullayev Mətləb Fətəli oğlu

Abdullayeva Xurşud Lütfəli qızı

Abdurahmanov Yusif Fikrət oğlu

Adıgözəlov Yalçın Vasif oğlu

Ağaverdiyeva Məsməxanım Aslan qızı

Axundov Bəxtiyar Ağayar oğlu

Axundov Əbülfəz Dadaş oğlu

Aqalliyay Pellumb Mustafa oğlu

Alışova Şölə Qasım qızı

Allahverdiyev Vasif Kərim oğlu

Allahverdiyeva Naibə Siyavuş qızı

Babayeva İnarə Əhməd qızı

Babayeva Sevinc Məmmədəli qızı

Bağırov İzaməddin Zeynal oğlu

Baliyeva Natalya Gennadyevna

Barateliya Naala Raulyevna

Bayramov Salman Bayram oğlu

Bəxtiyarov Rəşad Bəhram oğlu

Butenko İqor Leonidoviç

Cəfərov Mircavad Mirqədər oğlu

Cəfərov Samir Qədir oğlu

Dadaşov Əmrah Balaxan oğlu

Dubovitskaya Mariya Aleksandrovna

Eyvazov Yasəf Alxas oğlu

Eyyubov Musa Eyyub oğlu

Əbdülsəmədova Zemfira Feyzulla qızı

Əflaki Ədilə Osman qızı

Əhmədov Cavid Təvəkkül oğlu

Əhmədov Çingiz Əli Əşrəf oğlu

Ələkbərzadə Mehriban Zaur qızı

Əliyev Sərvər Bəhlul oğlu

Əliyeva Hüsniyyə Səfər qızı

Əliyeva Münəvvər Sabir qızı

Əliyeva Nərgiz Arzu qızı

Əliyeva Şəfəq Rəsul qızı

Əlizadə Əkbər Müzəffər oğlu

Əlizadə Şəhla Seidşah qızı

Əmirbəyova Rita Cəmil qızı

Əsgərov Əli Rəhim oğlu

Əsgərov Əsgər Əkbər oğlu

Əskərov Qoçaq Məhərrəm oğlu

Əzimov Aydın Kazım oğlu

Hacıyev Əli Əliyusif oğlu

Hacıyev İlqar Xəlil oğlu

Hacıyeva Naylor Fidan Hacıağa qızı

Hacıyeva Sevil İnşalla qızı

Hacıyeva Səbinə Sabir qızı

Heybətov Anar Mithət oğlu

Həsənov Kərim Abbas oğlu

Həsənov Vidadi İsmail oğlu

Həsənova İradə Aslan qızı

Həsənova Natavan Mikayıl qızı

Həşimov Orxan İlqar oğlu

Həşimzadə Xanlar Allahverdi oğlu

Həziyev Natiq Fərzalı oğlu

Hümbətova Ülviyyə Cavanşir qızı

Hüseynli Anar Vaqif oğlu

Hüseynov Fizuli İsmət oğlu

Hüseynov Şövqi Ərəstun oğlu

Hüseynova Kamilla Fikrət qızı

Hüseynova Kəmalə Müzəffər qızı

Xanlarova Mehriban Aslan qızı

Xasiyev Nadir Şənbə oğlu

Xəlilzadə Rüfət Eldar oğlu

İbrahimov Fuad Natiq oğlu

İbrahimova Nigar Rəfael qızı

İbrahimova Səbinə Vaqif qızı

İbrahimova Şəhla İbrahim qızı

İmanov Vaxtanq Yaşar oğlu

İmanova Gülbacı Əliəkbər qızı

İskəndərova Sənubər Sabir qızı

İsmayılov Qurban İbrahim oğlu

İsmayılov Samir Süleyman oğlu

İsrafilov Fərhad Ramazan oğlu

Kazımov Nicat Mirəziz oğlu

Kərimduxt Rövşən Ramazan oğlu

Kərimov Loğman Seyfulla oğlu

Kərimova Cəmilə Rüstəm qızı

Kərimova Qərinə Rəhim qızı

Kərimova Nərgiz Faiq qızı

Qarayev Elnar Cəfər oğlu

Qasımov Məmmədsəfa Məmmədəli oğlu

Qasımov Yusif Əli oğlu

Qəhrəmanov Abbas Əhməd oğlu

Qəmbərli Ayaz Vahab oğlu

Qəmbərov Salman Hüseyn oğlu

Qəribova Nargilə Dursun qızı

Qocayev Rəhim Xəlil oğlu

Quliyev Cəmil Elşad oğlu

Quliyev Əyyub Ramiz oğlu

Quliyev Hafiz Məhərrəm oğlu

Quliyev Nihat Heydər oğlu

Quliyev Rövşən Vaqif oğlu

Quliyeva İntizar Təhməzqulu qızı

Quliyeva Qızılgül Polad qızı

Quliyeva Şəlalə Şahvələt qızı

Qurbanov Cahangir Qafar oğlu

Qurbanova Pərvanə Yaqub qızı

Mahmudov Rövşən Oqtay oğlu

Mehmandarov Mustafa Adil oğlu

Məhərrəmov Firudin Əliməmməd oğlu

Məmmədov Anar Ramiz oğlu

Məmmədov Ayşad Kamal oğlu

Məmmədov Maqsud Fazil oğlu

Məmmədov Murad Məmməd oğlu

Məmmədov Nüsrət Cəfər oğlu

Məmmədov Sabir Duman oğlu

Məmmədov Sabir Novruz oğlu

Məsimov Qurban Abdulla oğlu

Mikayılov Anar Şamil oğlu

Mir-Qasım Ayan Oqtay qızı

Mirzəyev Gülağası Ağa Hüseynoviç

Mirzəyev Rafiq İsmayıl oğlu

Mirzəyev Sücəddin Qiyas oğlu

Musayeva Şükufə İmran qızı

Mustafayev Arzu Əhməd oğlu

Mustafayeva Laləzar Bəşir qızı

Nağıyev Qasım Gəncalı oğlu

Nəsirova Hicran Fətəli qızı

Nəsrullayev Həsrət Nüsrət oğlu

Novruzova Nübar Qulu qızı

Orucova Naidə Mülük qızı

Orucova Sevda Nəbi qızı

Osmanov Bəhram Məcid oğlu

Osmanov Fuad Tacəddin oğlu

Ömərov Gümrah Rza oğlu

Poladov Əkrəm Nicat oğlu

Ramazanova Nigar Azər qızı

Rəhmanov Rəhman Tofiq oğlu

Rüstəmov Nurlan İbrahim oğlu

Salamova Gülcahan Əhməd qızı

Səlimli Mirbala Seyidəsgər oğlu

Səlimov Ruslan Xanbala oğlu

Səmədov Samir Səməd oğlu

Səmədov Şükür Hacıbala oğlu

Sultanov Neymət İslam oğlu

Şərifəliyeva Səidə Vahid qızı

Şıxəliyev Ramin Tofiq oğlu

Şirinov Aslan Adil oğlu

Şirməmmədov Namis Xanmirzə oğlu

Vahabzadə Səbinə Qulam qızı

Vəliyev Nofəl Abdulməcid oğlu

Vəliyeva Nigar Natiq qızı

Yaqubova Ella İsmayıl qızı

Zeynalov Azər Zeynalabdin oğlu

Zeynalov Elnur Əli oğlu

Zəki Mehriban Mürvət qızı

 

14
Şuşada konsert, arxiv şəkli

Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

15
32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur

BAKI, 7 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" musiqi festivalı keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.

Bildirilib ki, Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

15

Qəbul imtahanlarında pulsuz iştirak edəcək vətəndaşların siyahısı genişləndirilib

0
Yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

BAKI, 7 may - Sputnik. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu stimullaşdırmaq və əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamında dəyişiklik edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Dəyişikliyə əsasən “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 271) 1.2-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 1.3 – 1.7-ci bəndlər əlavə edilib:

“1.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

1.4. şəhid ailəsinin üzvləri;

1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

1.6. məcburi köçkün statusu olan şəxslər;

1.7. I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.”.

Beləliklə, yeni Sərəncamla ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən kateqoriyaya aid vətəndaşların siyahısı daha da genişləndirilib.

Xatırladaq ki, “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı DİM-in keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan da olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.

0