Əklil

Mədəniyyətimiz daha bir görkəmli xadimini itirdi

71
(Yenilənib 17:21 08.04.2021)
Televiziyada dövrün bir neçə verilişi onun adı ilə bağlıdır: "Səhər görüşləri", "Dalğa", "Gəlin birlikdə gülək", "Gəzdim Azərbaycanı", "Günaydın", "Ocaq başı". "Sarı gəlin" televiziya filminə görə "Qızıl qılınc" mükafatı ilə təltif edilib.

BAKI, 8 aprel — Sputnik. Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı Məhərrəm Bədirzadə vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, rejissor 76 yaşında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, Azərbaycanda teletamaşaların ilk nümunələrini yaradan sənətkarlardan biri olan Bədirzadə 1971-ci ildən televiziyada çalışmağa başlayıb. Televiziyada dövrün bir neçə verilişi onun adı ilə bağlıdır: "Səhər görüşləri", "Dalğa", "Gəlin birlikdə gülək", "Gəzdim Azərbaycanı", "Günaydın", "Ocaq başı". "Sarı gəlin" televiziya filminə görə "Qızıl qılınc" mükafatı ilə təltif edilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub. "Qaçaq Süleyman", "Qaynana" əməliyyatı", "Bağdada putyovka var", "Mən sənin dayınam", "Gəlinlər", "Sonuncu şahid", "Sarı gəlin", "Təlatüm", "Dələduzlar" kimi 20-dən artıq film və teletamaşanın müəllifi olub

71
Teqlər:
vəfat, rejissor, televiziya
İbrahim Tatlısəs, arxiv şəkli

Tatlısəs uzun illər sonra yeni mahnı təqdim edəcək

8
Verilişdə Tatlısəs 11 il sonra bir ilki gerçəkləşdirəcək. Sənətçi "Gəlməsin" adlı yeni mahnısını səsləndirəcək.Verilişdə Tatlısəs 11 il sonra bir ilki gerçəkləşdirəcək. Sənətçi "Gəlməsin" adlı yeni mahnısını səsləndirəcək.

BAKI, 12 aprel — Sputnik. Türk musiqisinin ən məşhur simalarından biri olan İbrahim Tatlısəs doqquz il sonra "İbo Show" verilişi ilə ekranlara qayıdıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Star TV"-də efirə çıxan proqramın yeni buraxılışının qonaqları məlum olub.

Verilişin 22-ci sayında Deniz Seki, Erkan Petekkaya, Sinan Akçıl ve İrem Derici iştirak edəcəklər.

Bundan başqa, verilişdə Tatlısəs 11 il sonra bir ilki gerçəkləşdirəcək. Sənətçi "Gəlməsin" adlı yeni mahnısını səsləndirəcək. Proqram aprelin 17-də, Bakı vaxtı ilə saat 21.00-da yayımlanacaq.

8
Şollerin arxivi filmi

Azərbyacanlı rejissorun filmləri beynəlxalq festivalda nümayiş olunacaq

8
"Şollerin arxivi" filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib.

BAKI, 12 aprel — Sputnik. Azərbaycanlı rejissor Cəlaləddin Qasımovun "Edam günü" bədii filmi Braziliyanın "O ECOCINE – Internacional de Cinema Ambiental e Direitos Humanos", "Şollerin arxivi" bədii filmi isə "FriCine" beynəlxalq festivallarında ölkəmizi təmsil edəcək. Sputnik Azərbaycan xəbər verir ki, hər iki ekran əsəri Braziliyanın "Fılmóptıco - Internatıonal art vısual and" film festivalında birincilik uğrunda yarışacaq. Bildirib ki, "Şollerin arxivi" filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb. "SPP Production" tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 88 dəqiqədir.

Onun sözlərinə görə, "Edam günü" bədii filmindəki hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir.

C.Qasımov deyib ki, ekran əsərinin çəkilməsində məqsəd istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.

"Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam", - deyə ssenari müəllifi bildirib.

Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur.

"SPP Production" tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

8

Milli Məclisin iclası başlayıb - Hesablama Palatasının illik hesabatı müzakirə ediləcək

0
(Yenilənib 10:24 13.04.2021)
Parlamentin plenar iclasının gündəliyinə ümumilikdə 9 məsələ daxil edilib. İnzibati Xətalar, Əmək məcəllələrinə və digər qanun layihələrinə baxılacaq.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.

Həmin məsələlər bunlardır:

1. Hesablama Palatasının illik hesabatı haqqında.

2. "İcra haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

5. "Veteranlar haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

6. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

7. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

8. "Prokurorluq haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

9. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

0