Əklil

"Fəryad"ın sevilməyən personajı vəfat etdi

49
(Yenilənib 17:11 05.04.2021)
"Fəryad", "Şir evdən getdi", "Axırıncı reys", "Bağlı qapı", "Bayquş gələndə" və bir çox köhnə filmlərimizin qəhrəmanı olan Fikrət Məmmədov Bilgəhdə yerləşən "Qocalar evi"ndə yaşayırdı. Aktyor bronxial astma xəstəliyindən əziyyət çəkirdi.

BAKI, 5 aprel — Sputnik. "Fəryad" filmində canlandırdığı Aşot obrazı ilə daha da məşhurlaşan aktyor Fikrət Məmmədov vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, aktyor bu gün günorta saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, aktyor Fikrət Məmmədov Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyovun nəvəsidir.

"Fəryad", "Şir evdən getdi", "Axırıncı reys", "Bağlı qapı", "Bayquş gələndə" və bir çox köhnə filmlərimizin qəhrəmanı olan Fikrət Məmmədov Bilgəhdə yerləşən "Qocalar evi"ndə yaşayırdı. Aktyor bronxial astma xəstəliyindən əziyyət çəkirdi.

49

Azərbaycanda ilk: Ağzı bağlı şəkildə mahnı oxuyan insan

371
(Yenilənib 14:36 12.04.2021)
Hər kəsə mümkünsüz görünən ağzı bağlı danışan və mahnı oxuyan gənc xanım. Onun istedadı barədə daha geniş - Sputnik Azərbaycan-ın videosunda.

ADA universitetinin tələbəsi Leyla Tağıyevanın ağzı bağlı şəkildə mahnı oxuması və danışması son günlər ölkədə trendə çevrilib. Uşaqlıqdan incəsənətə meylli olan Leyla Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, bu bacarığını bir neçə ay bundan öncə kəşf edib.

Həmsöhbətimiz deyir ki, vantroloqluqda xüsusi bir taktika yoxdur. O, gələcəkdə musiqi bacarıqlarını inkişaf etdirəcəyini bildirib.

Tağıyeva vantroloqluğu onun üçün bir əyləncə olduğunu vurğulayıb.

371
Manizha, arxiv şəkli

Rusiyanın "Avroviziya"dakı təmsilçisi tənqidlərə cavab verdi

22
(Yenilənib 14:10 11.04.2021)
Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

BAKI, 11 aprel - Sputnik. Rusiyanı Avroviziya-2021 müsabiqəsində "Russian Woman" (Rus qadını - red.) mahnısı ilə təmsil edəcək müğənni Manija özünü niyə rus qadını saydığını izah edib. 

Müğənni bildirib ki, son vaxtlar mahnının məzmunu və mənşəyi ilə bağlı tənqidlə rastlaşır: öncə o, bu tənqidə görə stress də keçirib, lakin gənc fanatlarının köməyilə bu problemin öhdəsindən gəlib.

"Mənim müəyyən müraciətim var və mən onu mahnımın köməyi ilə sonadək çatdırmalıyam. Fanatlar bilməlidirlər ki, siz öz prinsiplərinizdən geri çəkilməmisiniz və satılmamısınız", - o deyib.

Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

"Mən özümü havayıdan rus qadını adlandırmıram. Mənim buna haqqım var", - Manija deyib.

Manija Sangin əslən Tacikistandan olan rusiyalı müğənnidir. O, 2020-ci ilin dekabrında BMT-nin qaçqınların işi üzrə xoş məramlı səfiri olub.

Bir müddət əvvəl "Veteranskiye vesti" nəşrinin redaksiyası Rusiya İstintaq Komitəsinə müraciət edib. Redaksiya Manijanın səhnə nömrəsini rus qadınları üçün təhqiramiz və milli birliyi pozan kimi dəyərləndirib. Mahnını Federasiya Şurasında və patriarxatda da tənqid ediblər. Federasiya Şurasının sədri Valentina Matviyenko köməkçilərinə Birinci kanaldan nüfuzlu beynəlxalq müsabiqədə ölkənin təmsilçisinin necə seçildiyini aydınlaşdırmağı tapşırıb.

2020-ci ildə koronavirus pandemiyasına görə təxirə salınmış Avroviziya bu il mayın 18-22-də Niderlandın Rotterdam şəhərinin Ahoy arenasında baş tutacaq.

22
Yeni bankotlar

Mərkəzi Bank terminalların yenilənmiş pulları niyə qəbul etmədiyinə aydınlıq gətirdi

0
(Yenilənib 14:27 12.04.2021)
Bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyasının sürətləndirilməsi ilə əlaqədar Mərkəzi Bankda görüş keçirilib

BAKI, 12 aprel — Sputnik. Son günlər ölkə mətbuatında bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminalları tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının qəbulunda müəyyən çətinliklərin yaranması ilə bağlı məlumatlar yayılıb.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildirilib ki, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (bankomatlar, ödəniş terminalları, pul sayan və emal edən sistemlər və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) məqsədilə hələ 20 oktyabr 2020-ci il tarixində bütün kommersiya bankları və bank olmayan ödəniş xidməti təchizatçıları məlumatlandırılıb və müvafiq pul nişanları ilə təmin edilib.

Mərkəzi Bank tərəfindən aparılmış monitorinqlərdən məlum olur ki, kommersiya banklarının və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul sistemlərinin yenilənmiş pul nişanlarına uyğunlaşdırılması əsasən təmin edilib.

Bununla belə bir sıra bank olmayan ödəniş xidməti təchizatçılarının ödəniş terminallarının yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarına adaptasiyası ilə bağlı çətinliklərin araşdırılması, müvafiq problemlərin təxirəsalınmadan aradan qaldırılması və adaptasiya proseslərinin qısa müddətdə yekunlaşdırılması məqsədilə Mərkəzi Bankda bank olmayan ödəniş xidməti təchizatçılarının nümayəndələri ilə görüş keçirilib və bu təşkilatlara müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.

0