BAKI, 31 mart — Sputnik. "Oscar" mükafatlandırma mərasimi London və Paris meydanlarından canlı yayımlanacaq. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, təşkilatçılar bunu pandemiyaya rəğmən aktyor və digər şəxslərin mərasimdə iştirak etməsi üçün edir. Buna baxmayaraq, təşkilatçılar bütün iştirakçıları əsas mərasimin baş tutacağı Los-Ancelesə də dəvət ediblər.
Qeyd edək ki, "Oscar" mükafatlandırılmasının vaxtı pandemiyaya görə 25 aprel tarixinə keçirilmişdi.
BAKI, 10 aprel — Sputnik. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.
Əhmədovun sözlərinə görə, "Azərbaycanfilm" ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur. O bildirib ki, 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Orada eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar mövcuddur.
BAKI, 10 aprel — Sputnik. Türkiyəli məşhur aktyor Ersin Korkutun həbsi tələb olunur.
Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb isə onun "TikTok"-da paylaşdığı videoda işlətdiyi sözlər olub.
— Ersin Korkut (@ersinkorkt) April 9, 2021
Belə ki, Diyarbəkirə səfərə gedən aktyora "Diyarbəkir xoşunuza gəldi" sualı verilib. Ersin isə cavab olaraq, Türkiyənin paytaxtı Ankara olduğu halda "Diyarbəkir, bizim paytaxtımız" ifadəsini işlədib.
Aktyorun bu sözləri sosial şəbəkə istifadəçiləri arasında narazılığa səbəb olub və onlar Twitter-də Ersin Korkut həbs olunsun həştəqi ilə kampaniya başladıblar.
Sərt reaksiyaları görən Ersin "Twitter" hesabında yeni paylaşım edərək, "Biz minillik tarixə malik, sivilizasiyaların beşiyi olan Diyarbəkir mədəniyyət paytaxtındayıq" sözlərini yazıb.
BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.
Bella Hadid walking for Michael Kors FW 2021. pic.twitter.com/quLVigHF0B
— babies art (@BabiesArt_) April 10, 2021
Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.
Irina Shayk walking for Michael Kors FW 2021. pic.twitter.com/tg4WHka0PB
— babies art (@BabiesArt_) April 10, 2021
Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.
— babies art (@BabiesArt_) April 10, 2021