Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qırx yaşlı ən cazibədar məşhurun adı məlum olub

© AFP 2023 / LISA O'CONNORДженифер Лопес
Дженифер Лопес - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Abunə olmaq
Böyük Britaniyadan olan minlərlə xanımların 38%-i kamillik yaşına çatdıqda 51 yaşlı Lopes kimi görünmək istədiklərini bildiriblər.

BAKI, 30 mart — Sputnik. Hollivud aktrisası və müğənni Cenifer Lopes 40-dan çox yaşlı ən cazibədar məşhur seçilib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Lopes bu titula "Glowday" estetik klinikaların axtarış sistemində istifadəçilər arasında keçirilmiş sorğuya əsasən sahib olub.

Tədqiqatın nəticələrinə görə, Böyük Britaniyadan olan minlərlə xanımların 38%-i kamillik yaşına çatdıqda 51 yaşlı Lopes kimi görünmək istədiklərini bildiriblər. Eyni zamanda respondentlərin 34%-i digər bir aktrisanı – reytinqdə ikinci yerdə qərar tutmuş Cenifer Enistonu özlərinə kumir seçiblər.

Reytinqdə növbəti yeri isə 31% səslə 40 yaşlı televiziya ulduzu Kim Kardaşyan tutur.

Sorğu iştirakçıları dördüncü yerdə 52 yaşlı amerikalı aktyor Uill Smiti görüblər. Beşinci və altıncı yerləri isə müvafiq olaraq 28% və 23% səslə Bekhemlər cütlüyü – Viktoriya (46 yaş) və Devid (45 yaş) tutub.

Kişilər arasında ən cazibədar ulduzlar siyahısına Hollivud aktyorları Bred Pitt, Tom Kruz, Hyu Cekman, Tom Hardi və Corc Kluninin, xanımlar arasında isə - supermodellər Naomi Kempbell və Keyt Moss, teleaparıcı Tess Deyli və aktrisa Riz Uizerspunun da adları daxil edilib.

Xatırladaq ki, 2019-cu ilin aprel ayında İsveçin "velness" markası Foreonun keçirdiyi onlayn sorğu nəticəsində qocalandan sonra da gözəlliyini itirməmiş məşhurların reytinqi tərtib edilmişdi. Həmin sorğunun nəticələrinə görə, birinci yeri britaniyalı aktrisa və "Oscar" mükafatı laureatı Helen Mirren tutub. İkinci yerdə isə cavanlaşdırıcı prosedurlardan imtina etmiş Böyük Britaniya kraliçası II Yelizaveta tutub. Üçüncü yerdə isə amerikalı müğənni Madonna gəlirdi.

 

Xəbər lenti
0