Yazıçı Pərviz Seyidli

Yazıçı: "İnanmaq istəyirəm ki, Nəsimi ilindəki biabırçılıqlar Nizami ilində olmaz"

1064
(Yenilənib 13:29 26.03.2021)
Müsahibimiz təəssüflə qeyd edir ki, Azərbaycan tamaşaçıları Türkiyədə çəkilmiş ailə-məişət mövzusunda olan seriallara həvəslə baxırlar, bizə çatanda isə tənqid edirlər

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 26 mart — Sputnik. "Ədəbiyyata canlı orqanizm kimi baxmaq lazımdır. Ona qayğı göstərmək, ona vaxt ayırmaq lazımdır" deyir gənc yazıçı Pərviz Seyidli. Pərviz həm də ölkə telekanallarında yayımlanan bir çox serialların senari müəllifidir. Yaradıcılığından Sputnik Azərbaycan-a danışan yazarın dediyinə görə, pandemiya bir çox sahələrdə problemlər yaratsa da yaradıcılıqla məşğul olanlara bir şans oldu: "Çünki, yaradıcı insanlar həmişə vaxtın azlığından gileylənirlər. Bir roman yazdım. Son tamamlanma işləri gedir. 2 serialın senarisini pandemiya vaxtı yazdım. Pandemiya ilə bağlı pyes müsabiqəsi keçirildi, həmin müsabiqənin qalibi oldum. Nə qədər durğunluq yaşansa da, yaradıcılıq baxımından məhsuldar bir dönəm oldu".

Seyidli Azərbaycanda yayımlanan serialların son durumu ilə bağlı da danışdı. Dediyiniə görə, son vaxtlar seriallarda az da olsa irəlləyiş var: "Əvvəllər məndə də seriallar baxımından pessimistlik yaranmışdı ki, nə qədər məişət mövzulu seriallar çəkilər. İnsanlar də haqlı olaraq tənqid edirdilər. Artıq yavaş-yavaş seriallarda keyfiyyət hiss olunur. Hazırda üzərində işlədiyimiz "Simurq" serialı da buna bir nümunədir. Doğrudur, məhdud saydadır, məhdud imkanlarla biz bunu çəkirik. Amma yavaş-yavaş yaranır. Təəssüf ki, "reytinq" adlı məfhumdan asılıyıq. Ona görə də gəlin-qaynana mövzusuna da müraciət edirik. Əfsus ki, reytinq o mövzularda qalxır. Çalışırıq ki, orada da bəzi çərçivələri aşmayaq".

© Sputnik / Shahperi Abbasova
Yazıçı Pərviz Seyidli

Müsahibimiz təəssüflə qeyd edir ki, Azərbaycan tamaşaçıları Türkiyədə çəkilmiş ailə-məişət mövzusunda olan seriallara həvəslə baxırlar, bizə çatanda isə tənqid edirlər: "Axı Türkiyədə də baxdığın serial gəlin-qaynana mövzusundadır. Sadəcə onlar bunu böyük məbləğlərlə edirlər, biz isə onu çox cüzi məbləğdə çəkirik. Bizdə çox istedadlı aktyorlar da var. Amma bir məsələni də nəzərə almaq lazımdır ki, onların 20-30 il əvvəl keçdikləri yolu, biz indi başlayırıq qət etməyə. Bizdə bir problem var, işi böyütməyə can atmırıq. Prodakşnlar inkişaf üçün yatırım etmirlər. Onlarda isə hər şey sistemlidir. Türkiyədən gələn serial biznesi ilə məşğul olan mütəxəssislər bizim iş rejimimizi görüb şok olmuşdular. Çox sürətlə işləyirik, başqa variantımız da yoxdur. Hamı tənqid edir, doğrudur, heç mən də bəzi seriallarımızı bəyənmirəm. Amma neyləyək ki, biz də məcburuq reytinqi qoruyaq".

Senarist yeni bir serialın üzərində işlədyini açıqladı: "Simurq" serialı 12 seriyadan ibarətdir. Təbii ki, 200 seriyalıq serialla 12 seriyalıq serial arasında keyfiyyət fərqi olacaq. 200 seriyalıq serialda senarist də kələfin ucunu itirir. Bir də görürsən aktyorla rejissorun arasında mübahisə düşür, serialın yarısından çıxır".

Həmsöhbətimiz müasir ədəbiyyatımızın problemlərindən danışarkən bildirdi ki, oxucularımız xarici və yerli yazarın arasında fərq qoyurlar, üstünlüyü daha çox xarici yazarlara verirlər: "Tutaq ki, mənim yazdığım əsəri hansısa türk yazarının adıyla versək, onu alıb oxuyan daha çox olacaq. Burada günahı oxucularda görmürəm. Bir dönəm var idi ki, öz yazarlarımızı təbliğ edirdilər. Öz yazarlarımızın əsərləri oxucularımızı qane etmədi. Ona görə də onlar öz yazarlarımıza yox, dünya yazarlarına üstünlük verdilər. Məsələn, mən tələbə olanda təklif edirdim ki, öz əsərimi səhnələşdirim, icazə vermirdilər. Başqa bir türk adı ilə öz əsərimi təqdim edirdim, bəh-bəhlə qəbul edirdilər. Öz qrup yoldaşlarımdan savayı heç kim bilmirdi bunu".

Yazar ədəbiyyatın ümumi vəziyyətinin yaxşı olmadığını desə də özü ilə bağlı vəziyyət bir o qədər də pis deyil: "Təvəzökarlıqdan uzaq olsa da bunu deyim ki, mən "Pişik qız" əsərimi 23 yaşımda yazmışdım və o əsər reklam olmadan alındı. Ondan sonra "İkimiz" adlı hekayələr kitabım da yaxşı tirajla satıldı. Bizdə naşirlik məktəbi yoxdur. Yazıçı əsərini yazmalıdır, qapı-qapı düşüb satmamalıdır. Kitabların nəşrində, satışında, yayımında problem var. Amma bunu bayraq etmək lazım deyil. Durub sosial şəbəkələrdə "ağlamaq" lazım deyil. Yazı elə bir ehtiyacdır ki, mən ondan heç nə güdmürəm. Mən gecə saat 3-ə, 4-ə qədər oturub yazıram. Gündüz saatlarını seriallara, gecəmi isə öz əsərlərimə həsr edirəm".

© Sputnik / Shahperi Abbasova
Yazıçı Pərviz Seyidli

P.Seyidli öz həmkarlarını tənbəllikdə qınayır: "Baxırsan yazardır, həmişə şikayətlənir. Amma baxıram ki, gündə bir yerdədir. "Filankəslərlə filan yerə qutab yeməyə getdik. Filankəslə filan yerdə çay içdik və s.". Orada oturub gileylənirlər. Sən o vaxtı ədəbiyyata çevirə bilərsən. Qutab üçün qət etdiyin yola oturub hansısa əsəri yaza bilərsən. Kitabı satmaq qəbahət deyil. Məhəmməd Hadi də kitablarını satıb. Ortada işin var və sən sata bilmirsən, bu başqadır. Amma əksəriyyəti ancaq gileylənir, ortada heç nə yoxdur. Hərdən onlara həsəd aparıram ki, necə vaxt çatdırırlar?"

"Maraqlı bir tendensiya yaranıb. Deyirlər ki, filan yazıçı indi yaşasaydı acından ölərdi. Amma o yazıçını araşdıranda görürsən ki, o dövründə elə savadlı olub ki, indi yaşasaydı bizdən daha yaxşı yaşayardı. Bəhanələri baryer etmək lazım deyil. Başqa bir tendensiya da yaranıb. Dünyadan köçmüş, öz zamanında və indi də tanınmış insanlara qarşı bir aqressiya var. Özü hələ heç nə edə bilməyib. Özündə bir natamamlıq var deyə vəfat etmiş hansısa yazarı "daşlayır". Harada hörmətli insan görürsə, orada özünü yad, natamam hiss edir. Bu da ürək bulandırır. Həmin mənfi enerjini içində boğub, vaxtını ədəbiyyata həsr etsən, daha çox qazanarsan" - deyir Seyidli.

Qəhrəmanımız yazıçı İlqar Fəhmini özünə kumir seçib: "İlqar Fəhmini ilə söhbət etmək üçün hər gün Yazıçılar İttifaqına gəlirdim. Onun evi ilə Yazıçılar ittifaqı arasında məsafə az idi. Mən onunla söhbət eləmək üçün hər gün gedirdim. Dediyim odur ki, bizim hansısa bahalı muzeylərə, sərgilərə getmək imkanımız yoxdur. Amma biz əlimizdəki imkanlarla yaradıcı bir atmosfer yarada bilərik. Ümumiyyətlə yaradıcı insan hər şeyi yaşamalıdır. Burulğana da düşməlidir - xəyanəti də, sevgini də, sevgini də. bir sözlə hər şeyi görməlidir. Yazıçı, rejissor həyatın hikməyini açmaqla məşğuldur".

Yazıçı Nizami ilindən danışarkən bildirdi ki, Nizami ilində yaxşı olar ki, "Xəmsə"yenidən tərcümə olunsun: "Xəmsə"nin tərcüməsində çox böyük problemlər var. Yaxşı tərcümələr də var. Amma bütövlükdə, çox zəif tərcümə olunub. Mənim ailəm ədəbiyyatçı ailəsi olduğuna görə, bizdə Nizamiyə qarşı münasibət tam başqa olub. Nizamini bir övliya kimi görmüşəm. Nizami ilidir deyib, bir akyorun əyninə paltar geyindirib, şəhərə buraxmaq doğru deyil. Əsgərlərin yanına Nizami obrazında gəlməyə nə ehtiyac duydular? Bu, istedadsızlığın, populizmin göstəricisidir. Ümumiyyətlə, baxmayaraq ki, mən Nizaminin əsərlərini oxumuşam, amma hələ Nizaminin "N"-sindən belə xəbərim yoxdur. İnanmaq istəyirəm ki, Nəsimi ilindəki biabırçılıqlar Nizami ilində olmaz. Nəsimi ilində 2 iş yadımda qaldı: Birincisi Sami Yusufun "Məndə sığar iki cahan" layihəsi, bir də İlqar Fəhminin Yuğ teatrında "Mənəm mən" tamaşası ən sanballısı idi".

1064
Manizha, arxiv şəkli

Rusiyanın "Avroviziya"dakı təmsilçisi tənqidlərə cavab verdi

21
(Yenilənib 14:10 11.04.2021)
Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

BAKI, 11 aprel - Sputnik. Rusiyanı Avroviziya-2021 müsabiqəsində "Russian Woman" (Rus qadını - red.) mahnısı ilə təmsil edəcək müğənni Manija özünü niyə rus qadını saydığını izah edib. 

Müğənni bildirib ki, son vaxtlar mahnının məzmunu və mənşəyi ilə bağlı tənqidlə rastlaşır: öncə o, bu tənqidə görə stress də keçirib, lakin gənc fanatlarının köməyilə bu problemin öhdəsindən gəlib.

"Mənim müəyyən müraciətim var və mən onu mahnımın köməyi ilə sonadək çatdırmalıyam. Fanatlar bilməlidirlər ki, siz öz prinsiplərinizdən geri çəkilməmisiniz və satılmamısınız", - o deyib.

Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

"Mən özümü havayıdan rus qadını adlandırmıram. Mənim buna haqqım var", - Manija deyib.

Manija Sangin əslən Tacikistandan olan rusiyalı müğənnidir. O, 2020-ci ilin dekabrında BMT-nin qaçqınların işi üzrə xoş məramlı səfiri olub.

Bir müddət əvvəl "Veteranskiye vesti" nəşrinin redaksiyası Rusiya İstintaq Komitəsinə müraciət edib. Redaksiya Manijanın səhnə nömrəsini rus qadınları üçün təhqiramiz və milli birliyi pozan kimi dəyərləndirib. Mahnını Federasiya Şurasında və patriarxatda da tənqid ediblər. Federasiya Şurasının sədri Valentina Matviyenko köməkçilərinə Birinci kanaldan nüfuzlu beynəlxalq müsabiqədə ölkənin təmsilçisinin necə seçildiyini aydınlaşdırmağı tapşırıb.

2020-ci ildə koronavirus pandemiyasına görə təxirə salınmış Avroviziya bu il mayın 18-22-də Niderlandın Rotterdam şəhərinin Ahoy arenasında baş tutacaq.

21
Çəkiliş, arxiv şəkli

Kinostudiya əvvəlki dövrünə qayıdır

13
(Yenilənib 22:14 10.04.2021)
30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq bu baza yenidən qurulub. Eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar var.

BAKI, 10 aprel — Sputnik. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, "Azərbaycanfilm" ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur. O bildirib ki, 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Orada eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar mövcuddur.

13
Teqlər:
baza, texniki, avadanlıq, "Azərbaycanfilm" kinostudiyası, kinostudiya
Milli Televiziya və Radio Şurası

Milli Televiziya Radio Şurasının üzvü vəfat edib

0
(Yenilənib 11:14 12.04.2021)
Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından vəfat edib.

Bu barədə məlumat Sputnik Azərbaycan-a MTRŞ-dan verilib. Məmməd Cəfərov bu gün torpağa veriləcək. 

0