BAKI, 21 mart - Sputnik. Yazıçı Azər Abdulla (Əhmədbəyli) vəfat edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə APA-ya onun oğlu, yazıçı Alpay Azər məlumat verib.
O, atasının martın 20-də səhər saatlarında vəfat etdiyini və Xırdalan qəbiristanlığında dəfn edildiyini bildirib. Qeyd edək ki, A.Abdulla bir müddət əvvəl koronavirusa (Covid-19) yoluxmuşdu.
ADA universitetinin tələbəsi Leyla Tağıyevanın ağzı bağlı şəkildə mahnı oxuması və danışması son günlər ölkədə trendə çevrilib. Uşaqlıqdan incəsənətə meylli olan Leyla Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, bu bacarığını bir neçə ay bundan öncə kəşf edib.
Həmsöhbətimiz deyir ki, vantroloqluqda xüsusi bir taktika yoxdur. O, gələcəkdə musiqi bacarıqlarını inkişaf etdirəcəyini bildirib.
Tağıyeva vantroloqluğu onun üçün bir əyləncə olduğunu vurğulayıb.
BAKI, 11 aprel - Sputnik. Rusiyanı Avroviziya-2021 müsabiqəsində "Russian Woman" (Rus qadını - red.) mahnısı ilə təmsil edəcək müğənni Manija özünü niyə rus qadını saydığını izah edib.
Müğənni bildirib ki, son vaxtlar mahnının məzmunu və mənşəyi ilə bağlı tənqidlə rastlaşır: öncə o, bu tənqidə görə stress də keçirib, lakin gənc fanatlarının köməyilə bu problemin öhdəsindən gəlib.
"Mənim müəyyən müraciətim var və mən onu mahnımın köməyi ilə sonadək çatdırmalıyam. Fanatlar bilməlidirlər ki, siz öz prinsiplərinizdən geri çəkilməmisiniz və satılmamısınız", - o deyib.
Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir.
"Mən özümü havayıdan rus qadını adlandırmıram. Mənim buna haqqım var", - Manija deyib.
Manija Sangin əslən Tacikistandan olan rusiyalı müğənnidir. O, 2020-ci ilin dekabrında BMT-nin qaçqınların işi üzrə xoş məramlı səfiri olub.
Bir müddət əvvəl "Veteranskiye vesti" nəşrinin redaksiyası Rusiya İstintaq Komitəsinə müraciət edib. Redaksiya Manijanın səhnə nömrəsini rus qadınları üçün təhqiramiz və milli birliyi pozan kimi dəyərləndirib. Mahnını Federasiya Şurasında və patriarxatda da tənqid ediblər. Federasiya Şurasının sədri Valentina Matviyenko köməkçilərinə Birinci kanaldan nüfuzlu beynəlxalq müsabiqədə ölkənin təmsilçisinin necə seçildiyini aydınlaşdırmağı tapşırıb.
2020-ci ildə koronavirus pandemiyasına görə təxirə salınmış Avroviziya bu il mayın 18-22-də Niderlandın Rotterdam şəhərinin Ahoy arenasında baş tutacaq.
BAKI, 12 aprel — Sputnik. Füzuli rayonunda "Araz" qəzetinin redaksiyası bərpa ediləcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Twitter" hesabında yazıb.
"Bura 1931-ci ildə Füzulidə yaradılan "Araz" qəzetinin redaksiyasıdır. O, Ermənistan işğalından əvvəl bölgədəki əsas media orqanı idi. İndi binanın fasadının yalnız bir hissəsi vandalizmdən xilas olub. Biz onu bərpa edəcəyik", - nazir qeyd edib.