Bölgə tarixinin güzgüsü: Kənd muzeyi necə SSRİ kataloquna düşdü - FOTO

50
Masallı Tarix Diyarşünaslıq Muzeyi cənub bölgəsinin yeganə muzeyidir ki, Hişkədərə kəndində yerləşsə də, ötən əsrin 80-ci illərində "SSRİ Muzeylər kataloqu"na daxil edilib.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 21 mart - Sputnik. Masallı Tarix Diyarşünaslıq Muzeyinin təsisçisi olan Rəhim Tağıyev 1917-ci ildə dünyaya gəlib. O, gənc yaşlarından diqqətini pedoqoji təhsilə yönəldib və 1934-38-ci illərdə Lənkəran Pedaqoji Texnikumunda pedaqoji təhsil alıb. Məlum olduğu kimi, həmin illərdə savadsızlıq hökm sürürdü. Rəhim müəllim də hətta təhsil aldığı illərdə belə gecələr klub yaradıb cavanlara dərs keçərmiş. O, eləcə də "Şərq qadınlar klubunda" qadınlara dərs deməklə savadsızlığa qarşı mübarizə aparıb və buna görə mükafata layiq görülüb. Masallı Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə xanım Tağıyeva atası Rəhim Tağıyev və Masallı Tarix Diyarşünaslıq Muzeyinin yaradılması haqqında Sputnik Azərbaycan-a danışır.

Muzeyin direktoru Əntiqə Tağıyeva
© Sputnik / Rahim Murad
Masallı Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva

"Rəhim müəllimin öz diyarının tarixinə böyük məhəbbəti olsa da, pedaqoji fəaliyyətinin ilk illərində muzeyin eksponatlarının toplanılması ilə məşğul olmayıb. Belə ki, 1938-ci ildə hərbi xidmətə gedən Rəhim Tağıyev 1939-cu ildə SSRİ-ilə Finlandiya arasında gedən müharibəyə göndərilib. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayandan sonra isə Rəhim müəllim alman faşistlərinə qarşı döyüşməyə yollanıb. 1942-ci ilin payız aylarında isə atam yaralanıb, hərbi hospitalda müalicə olunduqdan sonra yenidən döyüşə getmək istəsə də, onu xidmət etməyə arxa cəbhəyə göndəriblər. Arxa cəbhəyə göndərildikdən sonra isə Rəhim Tağıyev hərbi təhsil almağa başlayıb. Daha sonra Kazan şəhərində motoatıcı alayda leytenant rütbəsi ilə 2 il xidmət edib. 1949-52-ci illərdə isə Rəhim müəllim Masallı rayonunda müxtəlif vəzifələrdə və ictimai işlərdə işləyib. Sonuncu dəfə isə 1963-cü ildə Ərkivan kəndində kolxoz sədri vəzifəsində işlədiyi vaxt könüllü olaraq vəzifəsindən imtina edərək yenidən təhsilə qayıtmaq qərarına gəlib.

Beləcə, müxtəlif vəzifələrdə çalışdığı dövrlərdə rayonumuzu qarış-qarış gəzdiyinə və tanıdığına görə də qədim əşyaların kolleksiyasını toplamaq qərarına gəlib. Yəni müxtəlif vəzifələrdə çalışdığı vaxtlarda rayonun kəndlərinə gedərkən rastlaşdığı hər hansı bir qədim əşyaları gördükdə onu götürüb öz kolleksiyasına daxil edib. İlk olaraq da məqsədi muzey deyil, qədim əşyalardan kolleksiya yaratmaq olub. Lakin 1963-cü ildə müəllim peşəsinə qayıtdıqdan sonra yığdığı bütün qədim maddi-mədəni əşyalardan muzey yaratmağa başlayıb. Hişkədərə kənd məktəbində Rəhim müəllimlə birgə tarix fənni müəllimi işləyən Zakir müəllim olub. Həmin Zakir müəllim atama bütün topladığı qədim maddi-mədəni əşyaları qorumaq üçün muzey yaratmaq fikrini deyib".

© Sputnik / Rahim Murad
Masallı Tarix Diyarşünaslıq Muzeyi

"İlk olaraq maddi-mədəni tapıntılar məktəbin sinif otaqları və dəhlizlərində sərgilənib. 15 il müddətində muzey Hişkədərə kənd orta məktəbində ictimai əsaslarla fəaliyyət göstərib. Bu illər ərzində məktəb muzeyi kimi fəaliyyət göstərib və Azərbaycan SSR-in Təhsil naziri və Mədəniyyət naziri Hişkədərə kənd orta məktəbində olublar. Məktəb muzeyinin fondunun zənginliyini gördükdən sonra isə muzey üçün binanın tikilməsində təşəbbüs göstəriblər. 1977-ci ildə Azərbaycan SSR-nın Nazirlər Kabinetinin və Mədəniyyət Nazirliyinin qərarına əsasən, muzeyə rəsmi status verilib. 1976-cı ildə isə Hişkədərə kəndində Masallı Tarix Diyarşünaslıq Muzeyinin binasının inşasına başlanılıb və 1978-ci ildə məktəbdə olan bütün eksponatlar yeni tikilmiş binaya köçürülüb. Onu da xüsusi olaraq qeyd edim ki, yarandığı gündən Hişkədərə Tarix Diyarşünaslıq Muzeyi deyil, məhz Masallı Tarix Diyarşünaslıq Muzeyi adı ilə fəaliyyətə başlayıb".

Əntiqə Tağıyeva bildirdi ki, atası Rəhim müəllim kolleksiyasiyasını qədim sikkələrin və dirhəmlərin toplanılması ilə başlayıb.

"Muzey rəsmi açılışı olana qədər, məktəbin dəhliz və sinif otaqlarında sərgiləndiyi illərdə 7 minə yaxın eksponat olub. Yeni binaya köçəndən sonra isə istər-istəməz eksponatların sayı çoxaldılıb. Hazırda isə muzeyimizin əsas fondunda 9010, köməkçi fondda isə 2 minə yaxın eksponatımız var. Həmin köməkçi fondda olan eksponatlarımızın bəziləri muzeyin kənddə yerləşən köhnə binasında qalmaqdadır. Köməkçi fondda qəzet materialları, müəyyən fotoların surətləri daxildir. Əsas fonda isə muzeydə saxlanılan sənədlərin əslləri, qədimi əşyalar və sairə daxildir".

  • Masallı Tarix Diyarşünaslıq Muzeyində eksponat
    © Sputnik / Rahim Murad
  • Masallı Tarix Diyarşünaslıq Muzeyində eksponatlar
    © Sputnik / Rahim Murad
  • Masallı Tarix Diyarşünaslıq Muzeyində eksponatlar
    © Sputnik / Rahim Murad
1 / 3
© Sputnik / Rahim Murad
Masallı Tarix Diyarşünaslıq Muzeyində eksponat

Muzey direktoru muzeydə qorunan eksponatların çoxunun Rəhim müəllim tərəfindən toplandığını deyir:

"2002-ci ildən başlayaraq bizim fəaliyyətimiz dövründə 1000-1500 eksponat toplaya bilmişik. Lakin əldə edilən bütün eksponatların çoxu Rəhim müəllimin özünün topladığı əşyalar və onun rəhbərlik etdiyi dövrdə qonşu kəndlərdən və onun şagirdləri tərəfindən əldə edilən əşyalardır. Həmin əşyaların ən qədimi eramızdan əvvəl IV minilliyə aiddir. Bundan əlavə, muzeydə müasir dövrümüzə aid eksponatlar var.

E.ə IV minilliyə aid əşyalar dedikdə təsadüfi tapılmış və arxeoloji qazıntılar nəticəsində aşkar edilən əşyalardan söhbət gedir. Sovet dövründə rayonumuzun Tatyanoba kəndində arxeoloji ekspedisiya tərəfindən qazıntılar aparılıb və nəticədə eramızdan əvvəl II minilliyə aid nadir qəbir aşkar edilib. Həmin qəbirdə aşkar edilənlər Elmlər Akademiyasının Tarix Muzeyinə aparılıb, yəni bizim muzeydə saxlanılmayıb.

Məlum olduğu kimi, zonamızda çay sahələri ötən əsrin 30-cu illərindən inkişaf etdirilməyə başlayıb. Buna görə də çay sahələrinin salındığı vaxtlarda, müəyyən təpələrdə şumlama işləri görülərkən təsadüfən kurqanlara rast gəlinib. Bu səbəbdən ətraf kəndlərin sakinləri tərəfindən mühüm maddi-mədəni nümunələr aşkar edilb. Belə tapıntı haqqında eşitdikdə də Rəhim müəllim öz şagirdləri ilə bir yerdə kiçik ekspedisiya dəstəsi yaradaraq həmin ərazilərə gedib və qədim əşyaları aşkar edərək muzeyə gətirib. Tapılan qədim əşyaların tədqiq olunması üçün isə Rəhim Tağıyev muzeyə arxeoloqları dəvət edib. Məhz arxeoloqların tədqiqatından sonra eksponatların hansı dövrə aid olduğu müəyyən edilib. Hazırda muzeyimizdə qorunan və e.ə IV minilliyə aid eksponatlar gil qab parçalarıdır.

Bundan əlavə, eramızdan əvvəlki dövrlərə aid xəncərlər də var. Bütün bunlar rayonumuzun qədim yaşayış məskənləri olan Mahmudavar, Hişkədərə, Ərkivan, Güllütəpə və sair kəndlərin ərazilərində təsadüf nəticəsində tapılan maddi mədəniyyət nümunələrdir. Amma muzeyimizin fondunda olan qədim məişət əşyaları isə evlərdən toplanmışdır və bunların əksəriyyəti orta əsrlərdən başlayaraq XX əsrin əvvəllərinə aiddir. Yəni bu məişət əşyaları qohumlar, dostlar və Rəhim müəllimin tanışları tərəfindən ona verilib. Hətta muzeydə Rəhim müəllimin doğma bacısının zinət əşyaları da qorunub saxlanılır. Eksponatların arasında R.Tağıyevin nənəsinin geyimləri də var. Rəhim müəllimin qədim əşyaları topladığını şagirdləri bildikləri üçün rast gəldikləri əşyaları gətirib ona veriblər. Hətta bir şagirdi valideynlərindən xəbərsiz evdəki qədim əşyanı gətirib Rəhim müəllimə verib. Təbii ki, Rəhim müəllim uşağın valideyninə bildirib, razılığını aldıqdan sonra həmin əşyanı muzeyin fondunda saxlayıb. Bundan əlavə, muzeyimizin fondunda bütün türk tayfalarına aid olan qədim sikkələr var. Türk tayfaları dedikdə Qaraqoyunlulara, Ağqoyunlulara, Eldəgizlərə, Hülakülərə, monqollara, Şirvan, Şəki xanlıqlarına və Səfəvilərə aid sikkələr var. XVIII əsr çar Rusiyasına aid mis sikkələr və kağız pul əskinasları da muzeyimizdə qorunur".

Rəhim Tağəyevin geyimi
© Sputnik / Rahim Murad
Masallı Tarix Diyarşünaslıq Muzeyində eksponat

Masallı Tarix Diyarşünaslıq Muzeyi cənub bölgəsinin yeganə muzeyidir ki, Hişkədərə kəndində yerləşsə də, ötən əsrin 80-ci illərində "SSRİ Muzeylər kataloqu"na daxil edilib: "1978-ci ildən kənddə fəaliyyət göstərən muzeyimizin binası illər keçdikcə yararsızlaşırdı, bu səbəbdən də dəfələrlə yeni binanın inşa edilməsi üçün müraciət edilmişdi. Bir dəfə də rayonumuzun keçmiş İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov muzeyin köhnə binasına gəlib vəziyyətlə yerində tanış olduqdan sonra yeni binanın inşa ediləcəyini bildirdi. Elə oldu ki, 2013-cü ilin sentyabr ayında hörmətli Prezidentimiz İlham Əliyevin Masallıya səfəri çərçivəsində keçmiş İcra Hakimiyyəti başçısı Rafil müəllim bu məsələni Prezidentə söylədi. Cənab Prezident də bu məsələni bilən kimi elə həmin ay muzeyin yeni binasının tikintisi üçün 2 milyon manat vəsait ayırdı. 2014-cü ildə muzeyin yeni binasının inşasına başlanıldı. Biz 2015-ci ilin may ayından etibarən Hişkədərə kəndində yerləşən binadakı eksponatları artıq yeni binaya köçürməyə başladıq və 2016-cı ilin sentyabr ayında hörmətli Prezidentimiz İlham Əliyevin Masallıya növbəti səfəri çərçivəsində bu muzey binasının rəsmi açılışını etdi. Lakin bəzi, təxminən 500-600 ədəd eksponat hələ də köhnə binada saxlanılır. Bunlar da əsasən orta əsrlər dövrünə aid etnoqrafik əşyalar və XIX-XX əsrlərə aid müəyyən məişət əşyalarıdır. Amma bir fikrimiz də var ki, kənddə Masallı Tarix Diyarşünaslıq Muzeyinin filialını yaradaq. Bu da əgər həmin filialın binasının tikilməsi üçün sponsor tapılarsa, mümkün olacaq. Əgər həmin filial məsələsi həll olunmazsa, kənddə muzeydə olan eksponatlar yeni binaya köçürüləcək".

© Sputnik / Rahim Murad
Masallı Tarix Diyarşünaslıq Muzeyində eksponat

Əntiqə Tağıyeva muzeyin köhnə binasında 5 ekspozisiya zalı olduğunu deyir: "2001-ci ildə Rəhim müəllim dünyadan köçəndən sonra muzey fəaliyyətini bir müddət dayandırmışdı. Rayonumuzun keçmiş İcra Hakimiyyəti Başçısı mərhum Şirəli Axundov Rəhim müəllimin zəhmətinin hədər getməməsi üçün muzeyin rəhbərliyini övladlarından birinə həvalə etməyi təklif edib. Sonra isə bu vəzifə mənə tapşırılıb və 2002-ci ildə mən artıq işə başlayanda 4 işçimiz var idi. Muzeyin köhnə binasında kiçik 5 ekspozisiya zalı var idi. Amma mən onlara zal yox, böyük fond otaqları deyərdim. Çünki fond otağı mövcud olmadığından, bütün eksponatlarımız həmin zallarda sərgilənirdi. Muzeyin kənddə yerləşməsinə, binasının primitiv və kiçik olmasına baxmayaraq ziyarət edənlərin sayı çox idi. Xarici turistlər - Türkiyə, Almaniya, Macarıstan, Rusiyadan gəlirdilər, ətraf rayonlardan da gəlib muzeyimizi ziyarət edənlər var idi. Hazırda yeni binanın mansarda hissəsində Rəsm Qalereyası yerləşir, qalan digər iki mərtəbədə isə muzey fəaliyyət göstərir. Hər mərtəbədə də 5 ekspozisiya zalı var. Hazırda muzeyimizin 17 iş yeri olsa da tam o sayda işçimiz yoxdur və vakant yerlərimiz var".

50
Teqlər:
Azərbaycan, SSRİ, Masallı, muzey
İbrahim Tatlısəs, arxiv şəkli

Tatlısəs uzun illər sonra yeni mahnı təqdim edəcək

8
Verilişdə Tatlısəs 11 il sonra bir ilki gerçəkləşdirəcək. Sənətçi "Gəlməsin" adlı yeni mahnısını səsləndirəcək.Verilişdə Tatlısəs 11 il sonra bir ilki gerçəkləşdirəcək. Sənətçi "Gəlməsin" adlı yeni mahnısını səsləndirəcək.

BAKI, 12 aprel — Sputnik. Türk musiqisinin ən məşhur simalarından biri olan İbrahim Tatlısəs doqquz il sonra "İbo Show" verilişi ilə ekranlara qayıdıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Star TV"-də efirə çıxan proqramın yeni buraxılışının qonaqları məlum olub.

Verilişin 22-ci sayında Deniz Seki, Erkan Petekkaya, Sinan Akçıl ve İrem Derici iştirak edəcəklər.

Bundan başqa, verilişdə Tatlısəs 11 il sonra bir ilki gerçəkləşdirəcək. Sənətçi "Gəlməsin" adlı yeni mahnısını səsləndirəcək. Proqram aprelin 17-də, Bakı vaxtı ilə saat 21.00-da yayımlanacaq.

8
Şollerin arxivi filmi

Azərbyacanlı rejissorun filmləri beynəlxalq festivalda nümayiş olunacaq

9
"Şollerin arxivi" filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib.

BAKI, 12 aprel — Sputnik. Azərbaycanlı rejissor Cəlaləddin Qasımovun "Edam günü" bədii filmi Braziliyanın "O ECOCINE – Internacional de Cinema Ambiental e Direitos Humanos", "Şollerin arxivi" bədii filmi isə "FriCine" beynəlxalq festivallarında ölkəmizi təmsil edəcək. Sputnik Azərbaycan xəbər verir ki, hər iki ekran əsəri Braziliyanın "Fılmóptıco - Internatıonal art vısual and" film festivalında birincilik uğrunda yarışacaq. Bildirib ki, "Şollerin arxivi" filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb. "SPP Production" tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 88 dəqiqədir.

Onun sözlərinə görə, "Edam günü" bədii filmindəki hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir.

C.Qasımov deyib ki, ekran əsərinin çəkilməsində məqsəd istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.

"Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam", - deyə ssenari müəllifi bildirib.

Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur.

"SPP Production" tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

9
Prezident İlham Əliyev, arxiv şəkli

Əliyev: Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır

0
(Yenilənib 12:05 13.04.2021)
"Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik".

BAKI, 13 aprel — Sputnik. İlk olaraq, belə bir tədbir təşkil etdiyinə görə ADA Universitetinə, cənab Paşayevə minnətdarlığımı bildirmək istəyirəm. Şadam ki, Universitet qısa zaman ərzində geniş beynəlxalq əlaqələr qurub. Mən, eyni zamanda, tədbirin iştirakçılarına minnətdarlığımı bildirirəm. Belə ki, müharibədən sonra vəziyyət dəyişib. Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır.

İlham Əliyev İskəndər M raketinin qalıqlarını nümayiş etdirir
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib.

Prezident qeyd edib ki, otuz ildir, Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqının regionda marağını, eləcə də onların həmrəyliyini görürük: "Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər otuz ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik".

0