Kişi televizora baxır, arxiv şəkli

Qardaş ölkənin seriallarının tərcümə olunmasına ehtiyac varmı?

6166
(Yenilənib 17:38 20.03.2021)
Nəcibə Hüseynova: "Başa düşürəm, biz də türkük. Amma biz Azərbaycan türküyük. Biz get-gedə öz dilimizdən imtina etsək, millətimiz yox olar"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 mart — Sputnik. Milli Televiziya və Radio Şurası (MTRŞ) yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 1 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul olundu. Sentyabrdan xarici seriallar ölkə televiziyalarında öz dilimizə dublyaj olunaraq yayımlanır. Tamaşaçıların böyük bir qismi türk dilindən dublyajı əhəmiyyətsiz hesab edir. Biz də Sputnik Azərbaycan olaraq bu işin mütəxəssilərinə "Türkiyə seriallarının dublyajına ehtiyac varmı?" sualı ilə müaricət etdik.

Uzun illər dublyajla məşğul olan əməkdar artist Hüsniyyə Mürvətova tərcümənin labüd olduğunu söylədi:

"Bir var Türkiyə türkcəsi, bir də var Azərbaycan türkcəsi. Biz Türkiyə kanallarında seriallara baxırıq, elə sözlər olur ki, mən də onu dəqiq başa düşmürəm. Yəqin ki, mənim kimi əksər insanlar həmin cümləni başa düşmürlər. Bu baxımdan mütləq tərcümə olunmalıdır. Amma necə tərcümə olunur, onu tamaşaçı deyə bilər. Hər halda mən öz üzərimə düşən işin öhdəsindən gəlirəm və çalışıram ki, yaxşı edim".

Əməkdar artist, dublyaj sahəsində mütəxəssis aktrisa Nəcibə Hüseynova israrla tərcümənin vacib olduğunu vurğuladı: "Türkiyə seriallarının dublyajına ehtiyac var. Biz azərbaycanlı olaraq niyə öz dilimizi qoruyub saxlamayaq? Niyə türklər bütün filmləri, serialları yüksək səviyyədə tərcümə edir, dilini möhkəm saxlayır, qoruyur. Biz niyə öz dilimizə sahib çııxmayaq? Başa düşürəm, biz də türkük. Amma biz Azərbaycan türküyük. Biz get-gedə öz dilimizdən imtina etsək, millətimiz yox olar. Mən həmişə demişəm, qorxmadan da deyirəm: bu tendensiya davam etsə, uzağı 5-10 ilə tamamilə yox olacağıq. Mən nə türk dilinin, nə də türk millətinin əleyhinəyəm. Sadəcə, öz dilimizi qoruyub saxlamalıyıq. Bizim çox axıcı, ahəngdar dilimiz var. Biz onu niyə itirməliyik? Türkdilli xalqlar çoxdur. Niyə onlar öz dilini, ənənəsini qoruyub saxlayır, biz yox?"

Dublyaj aktyoru Kamal Yaşar isə həmkarlarından fərqli düşünür:

"Mən bir dublyaj aktyoru kimi, bir tamaşaçı kimi düşünərəm ki, Türkiyə filmlərinin dublyajına ehtiyac yoxdur. Dilimiz oxşardır, ona görə də onun dublyajı gülməli səslənir. Xüsusən də köhnə serialları yayımlayırlar, hansı ki, Azərbaycan tamaşaçısı neçə il əvvəl həmin seriallara baxıblar".

Uzun illər müxtəlif televiziyalarda yayımlanan seriallarda çalışan aktyor Vüsal Xaliqoğlunun da fikrincə Türkiyə seriallarının tərcüməsi vacibdir:

"ARB televiziyasındakı "Ezel" serialını, Space-də yayımlanan "Aşki-memnu" serialını və bir çox digər türk filmlərini səsləndirirəm. Düşünürəm ki, çox böyük ehtiyac var. Bəzən deyirlər ki, "nə ehtiyac var, başa düşürük də". Amma bəzən elə sözlər olur ki, heç mən də başa düşmürəm. Baxmayaraq ki, 15 ildir bu işdə işləyirəm. Amma bəzən heç mən özüm də anlamıram, soruşam ki, "o nə dedi orada?" Yüksək səviyyədə dublyaj olunsa, normal pul ayrılsa, çox yaxşı olar. Tamaşaçılar da gərəksiz olduğunu düşünməz".

Uzun illər tərcümə sahəsində çalışan Anar Mahmudov da düşünür ki, filmlər mütləq tərcümə olunmalıdır: "Əlbəttə, onlar mütləq dublyaj edilməlidir. "Başa düşülür" məsələsi şərt deyil".

Bu məsələ ilə bağlı televiziyalarla da əlaqə saxladıq. Türkiyə seriallarının yayımlandığı ARB və Space televiyasından bildirildi ki, türk filmləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) verdiyi qərara əsasən Azərbaycan dilində dublyaj olunur.

6166
İbrahim Tatlısəs, arxiv şəkli

Tatlısəs uzun illər sonra yeni mahnı təqdim edəcək

8
Verilişdə Tatlısəs 11 il sonra bir ilki gerçəkləşdirəcək. Sənətçi "Gəlməsin" adlı yeni mahnısını səsləndirəcək.Verilişdə Tatlısəs 11 il sonra bir ilki gerçəkləşdirəcək. Sənətçi "Gəlməsin" adlı yeni mahnısını səsləndirəcək.

BAKI, 12 aprel — Sputnik. Türk musiqisinin ən məşhur simalarından biri olan İbrahim Tatlısəs doqquz il sonra "İbo Show" verilişi ilə ekranlara qayıdıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Star TV"-də efirə çıxan proqramın yeni buraxılışının qonaqları məlum olub.

Verilişin 22-ci sayında Deniz Seki, Erkan Petekkaya, Sinan Akçıl ve İrem Derici iştirak edəcəklər.

Bundan başqa, verilişdə Tatlısəs 11 il sonra bir ilki gerçəkləşdirəcək. Sənətçi "Gəlməsin" adlı yeni mahnısını səsləndirəcək. Proqram aprelin 17-də, Bakı vaxtı ilə saat 21.00-da yayımlanacaq.

8
Şollerin arxivi filmi

Azərbyacanlı rejissorun filmləri beynəlxalq festivalda nümayiş olunacaq

8
"Şollerin arxivi" filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib.

BAKI, 12 aprel — Sputnik. Azərbaycanlı rejissor Cəlaləddin Qasımovun "Edam günü" bədii filmi Braziliyanın "O ECOCINE – Internacional de Cinema Ambiental e Direitos Humanos", "Şollerin arxivi" bədii filmi isə "FriCine" beynəlxalq festivallarında ölkəmizi təmsil edəcək. Sputnik Azərbaycan xəbər verir ki, hər iki ekran əsəri Braziliyanın "Fılmóptıco - Internatıonal art vısual and" film festivalında birincilik uğrunda yarışacaq. Bildirib ki, "Şollerin arxivi" filmi almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Ekran əsərinin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb. Ekran əsərində alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb. "SPP Production" tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 88 dəqiqədir.

Onun sözlərinə görə, "Edam günü" bədii filmindəki hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir.

C.Qasımov deyib ki, ekran əsərinin çəkilməsində məqsəd istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir.

"Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anlar əks olunub. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasında keçmiş sovet dövründə işləmiş işçilərlə görüşüb maraqlı məlumatlar toplamışam", - deyə ssenari müəllifi bildirib.

Filmdə rolları Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri canlandırıblar. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur.

"SPP Production" tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.

8
 Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq adlı konfransda

İlham Əliyev: "Ermənistan Azərbaycanın addımlarını qiymətləndirmir"

11
(Yenilənib 10:48 13.04.2021)
"Biz indi də Rusiya sülhməramlıları ilə birgə bu axtarış əməliyyatlarında iştirak edirik. Mən sizə deyə bilərəm ki, birinci Qarabağ müharibəsində bizim dörd minə yaxın Azərbaycan hərbçisi itkin düşüb. Onlardan heç biri geri qaytarılmayıb. Onlardan heç biri".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Ermənistan Azərbaycanın addımlarını qiymətləndirmir. Bu, hadisələrin çox uğursuz inkişafının göstəricisidir. Əgər biz postmünaqişə dövründən danışırıqsa, biz gələcək barışığa gətirəcək elementlərə diqqət ayırmalıyıq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında deyib.

"Biz 1500-dən çox Ermənistan əsgərinin cəsədini qaytarmışıq. Biz indi də Rusiya sülhməramlıları ilə birgə bu axtarış əməliyyatlarında iştirak edirik. Mən sizə deyə bilərəm ki, Birinci Qarabağ müharibəsində bizim dörd minə yaxın Azərbaycan hərbçisi itkin düşüb. Onlardan heç biri geri qaytarılmayıb. Onlardan heç biri. Bax, fərq bundadır.

Biz Rusiya sülhməramlılarına öz dəmiryolu vasitələrimizlə logistik dəstək veririk. Onlar öz vasitələrini dəmiryolu vasitəsilə Bərdəyə gətirirlər ki, bu da Yerevana uçub, oradan da 5-6 saat Laçın dəhlizi ilə getməkdən daha asan və ucuzdur. Mən digər elementləri də nümunə gətirə bilərəm. Biz Rusiyanın "Qazprom" şirkətinə maye qazı Azərbaycan ərazisindən Ermənistana nəql etməyə icazə verdik. Çünki Rusiya ərazisində təmir işləri aparılırdı. Biz yox deyə bilərdik. Lakin biz hə dedik.

Bu başqa bir göstərici, başqa bir jestdir. Biz Ermənistana bizim Zəngilan, Qubadlı rayonlarımızdan keçən 21 kilometrlik yolu istifadə etməyə imkan verdik. Biz buna icazə verdik, blok etmədik. Onlar bizə müharibə zamanı işğal etdikləri ərazilərə bir metr yaxınlaşamağa imkan verdilər? Yox. Bütün bunlar birtərəfli addımlardır. Bu, sadəcə jest deyil, bu müharibə səhifəsini çevirmək üçün düşünülmüş siyasətdir. Açılış nitqimdə dediyim kimi, biz heç nəyi unutmayacağıq, lakin eyni zamanda biz gələcəyə də baxmalıyıq", - deyə İlham Əliyev bildirib.

11
Teqlər:
Qarabağ, sülhməramlı, Rusiya, Ermənistan, Azərbaycan, İlham Əliyev