Tamaşa zalı, arxiv zalı

Azərbaycan yazıçısının pyesi Dərbənddə səhnələşdirilir

7
(Yenilənib 17:54 19.03.2021)
Rolları Hörmət Aslanov, Sərxan Səmədov və Tamilla Mehrabova ifa edir. Tamaşanın bu ilin mayında premyerası gözlənilir.

BAKI, 19 mart — Sputnik. Yazıçı-dramaturq Elçin Hüseynbəylinin "İmperator" pyesi Dərbənd Azərbaycan Dövlət Dram Teatrında tamaşaya hazırlanır. Sputnik Azərbaycan xəbər verir ki, tamaşaya Kaysin Kuliyev adına Balkar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi və Dövlət mükafatı laureatı Maqomed Atmurzayev quruluş verir. Rolları Hörmət Aslanov, Sərxan Səmədov və Tamilla Mehrabova ifa edir. Tamaşanın bu ilin mayında premyerası gözlənilir. Bu barədə məlumatı Teatrın direktoru, Dağıstan respublikasının Əməkdar mədəniyyət işçisi Firdovsi Əsgərov verib.

Qeyd edək ki, "İmperator" pyesinə ölkəmizdə bir neçə dəfə, müxtəlif rejissorlar tərəfindən quruluş verilib, İsveçdə həmvətənlərimiz üçün nümayiş etdirilib.

7
Çəkiliş, arxiv şəkli

Kinostudiya əvvəlki dövrünə qayıdır

6
(Yenilənib 22:14 10.04.2021)
30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq bu baza yenidən qurulub. Eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar var.

BAKI, 10 aprel — Sputnik. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, "Azərbaycanfilm" ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur. O bildirib ki, 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Orada eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar mövcuddur.

6
Teqlər:
baza, texniki, avadanlıq, "Azərbaycanfilm" kinostudiyası, kinostudiya
Ersin Korkut

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

128
(Yenilənib 21:35 10.04.2021)
Sərt reaksiyaları görən Ersin "Twitter" hesabında yeni paylaşım edərək, "Biz minillik tarixə malik, sivilizasiyaların beşiyi olan Diyarbəkir mədəniyyət paytaxtındayıq" sözlərini yazıb.

BAKI, 10 aprel — Sputnik. Türkiyəli məşhur aktyor Ersin Korkutun həbsi tələb olunur.

Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb isə onun "TikTok"-da paylaşdığı videoda işlətdiyi sözlər olub.

Belə ki, Diyarbəkirə səfərə gedən aktyora "Diyarbəkir xoşunuza gəldi" sualı verilib. Ersin isə cavab olaraq, Türkiyənin paytaxtı Ankara olduğu halda "Diyarbəkir, bizim paytaxtımız" ifadəsini işlədib.

Aktyorun bu sözləri sosial şəbəkə istifadəçiləri arasında narazılığa səbəb olub və onlar Twitter-də Ersin Korkut həbs olunsun həştəqi ilə kampaniya başladıblar.

Sərt reaksiyaları görən Ersin "Twitter" hesabında yeni paylaşım edərək, "Biz minillik tarixə malik, sivilizasiyaların beşiyi olan Diyarbəkir mədəniyyət paytaxtındayıq" sözlərini yazıb.

128
Meyvə və tərəvəz satışı, arxiv şəkli

Yaz aylarında hansı meyvələrlə immuniteti gücləndirmək olar

0
(Yenilənib 23:55 10.04.2021)
Orqanizmdə dəmir çatmayanda bu vəziyyət atrofik qastrit və miokardiopatiyaya səbəb olur, eyni zamanda, skelet əzələlərinin tonusunu azaldır və yorğunluq hissini artırır.

BAKI, 11 aprel — Sputnik. Dietoloqlar bahar aylarında immuniteti dəstəkləmək və avitaminozdan əziyyət çəkməmək üçün hansı meyvələri yemək lazım gəldiyini açıqlayıblar.

"Meyvələr bizim qida rasionumuzun əsas tərkib hissəsidir. Onların tərkibində çoxlu sayda mikroelementlər və vitaminlər var. Bu, zəngin lif mənbəyi deməkdir, odur ki, meyvələri həmişə menyumuza daxil etməliyik", – deyə dietoloq Oksana Vıdrya rus mətbuatına müsahibəsində bildirib.

Başqa bir dietoloq Olqa Kuznetsova isə qeyd edib ki, yaz avitaminozu zamanı ən təsirli meyvə armuddur. Çünki onun tərkibində çoxlu miqdarda dəmir var. Orqanizmdə dəmir çatmayanda bu vəziyyət atrofik qastrit və miokardiopatiyaya səbəb olur, eyni zamanda, skelet əzələlərinin tonusunu azaldır və yorğunluq hissini artırır.

Eləcə də, B6, K və C vitaminləri ilə zəngin olan nar da immuniteti dəstəkləyir, mərkəzi sinir sisteminin işini, qanı normallaşdırır.

Banan isə tərkibindəki B6 vitamini, manqan və kalium sayəsində vitamin çatışmazlığından qorunmağa kömək edir.

"Əgər banan yeməklə kökəlməkdən ehtiyat edirsinizsə, müəyyən normanı keçməmək məsləhətdir. Məsələn, gün ərzində bir banan yeməyin heç bir ziyanı yoxdur", – bunu isə dietoloq Tamara Kramçeninova deyib.

0
Teqlər:
immunitet, meyvə, yaz, vitamin