Qay Riçi, arxiv şəkli

Dünya şöhrətli rejissor Türkiyədə film çəkmək istəyir - VİDEO

11
(Yenilənib 17:44 19.03.2021)
Hazırda "Beş göz" filminin çəkilişləri üçün Türkiyədə olan tanınmış rejissor bütün filmlərini burada çəkmək istədiyini bəyan edib.

BAKI, 19 mart — Sputnik. Britaniyalı ssenarist və rejissor Qay Riçi Türkiyədə film çəkmək istəyir.

Sputnik Azərbaycan xəbər verir ki, aktyor özünün "Twitter" hesabında bu barədə yazıb. Hazırda "Beş göz" filminin çəkilişləri üçün Türkiyədə olan tanınmış rejissor bütün filmlərini burada çəkmək istədiyini bəyan edib. "Türkiyə sanki yeni bir kəşfdir: gözəl mətbəx, ölkə, hotellər və insanlar. İki aylıq çəkilişlərdən sonra bütün filmlərimi burada lentə almaq istərdim", - deyə Riçi yazıb.

Xatırladaq ki, Q.Riçi "Revolver", "Şerlok Holms", "Kral Arturun qılıncı", "Ələddin", "Centlmenlər" kimi filmlərin rejissorudur. O, xeyli müddət müğənni Madonna ilə ailəli olub.

 

11
Çəkiliş, arxiv şəkli

Kinostudiya əvvəlki dövrünə qayıdır

6
(Yenilənib 22:14 10.04.2021)
30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq bu baza yenidən qurulub. Eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar var.

BAKI, 10 aprel — Sputnik. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, "Azərbaycanfilm" ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur. O bildirib ki, 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Orada eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar mövcuddur.

6
Teqlər:
baza, texniki, avadanlıq, "Azərbaycanfilm" kinostudiyası, kinostudiya
Ersin Korkut

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

89
(Yenilənib 21:35 10.04.2021)
Sərt reaksiyaları görən Ersin "Twitter" hesabında yeni paylaşım edərək, "Biz minillik tarixə malik, sivilizasiyaların beşiyi olan Diyarbəkir mədəniyyət paytaxtındayıq" sözlərini yazıb.

BAKI, 10 aprel — Sputnik. Türkiyəli məşhur aktyor Ersin Korkutun həbsi tələb olunur.

Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb isə onun "TikTok"-da paylaşdığı videoda işlətdiyi sözlər olub.

Belə ki, Diyarbəkirə səfərə gedən aktyora "Diyarbəkir xoşunuza gəldi" sualı verilib. Ersin isə cavab olaraq, Türkiyənin paytaxtı Ankara olduğu halda "Diyarbəkir, bizim paytaxtımız" ifadəsini işlədib.

Aktyorun bu sözləri sosial şəbəkə istifadəçiləri arasında narazılığa səbəb olub və onlar Twitter-də Ersin Korkut həbs olunsun həştəqi ilə kampaniya başladıblar.

Sərt reaksiyaları görən Ersin "Twitter" hesabında yeni paylaşım edərək, "Biz minillik tarixə malik, sivilizasiyaların beşiyi olan Diyarbəkir mədəniyyət paytaxtındayıq" sözlərini yazıb.

89
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda