Çəkiliş, arxiv şəkli

Deputat Nizami haqqında filmin çəkilməsi barədə təklif verib

6
(Yenilənib 18:39 16.03.2021)
"Aşıq Ələsgərin 200 illiyinin qeyd edilməsi ilə bağlı Prezidentin sərəncamı da var. Aşıq Ələsgərin davamçıları ilə də görüşmüşük. Bu sərəncam yüksək qiymətləndirilib. Bu filmin çəkilməsi hökumətin diqqətində olsa, yaxşı olar"

BAKI, 16 mart — Sputnik. "Nizami ili çərçivəsində bu filmin çəkilişlərinin başlanması məsələsinin hökumətin diqqətində olmasını xahiş edirik". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, bu gün ölkəmizdə və dünyada Nizami irsinin daha geniş təbliği baxımından yeni filmin çəkilməsinə ehtiyac var: Deputat bildirib ki, Aşıq Ələsgərin aşıq sənətindəki böyük rolunu, eyni zamanda işğalçı Ermənistanı dünyaya daha yaxından tanıdılması üçün bununla bağlı da filmin çəkilməsinə böyük ehtiyac var:

"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Qafqazın mədəniyyət incisi olan qədim Şuşamız Türk dünyasının mədəniyyət paytaxtı kimi dünyada tanınacağına inanırıq. Bu il Aşıq Ələsgərin 200 illiyinin qeyd edilməsi ilə bağlı Prezidentin sərəncamı da var. Aşıq Ələsgərin davamçıları ilə də görüşmüşük. Bu sərəncam yüksək qiymətləndirilib. Bu filmin çəkilməsi hökumətin diqqətində olsa, yaxşı olar".

6
Manizha, arxiv şəkli

Rusiyanın "Avroviziya"dakı təmsilçisi tənqidlərə cavab verdi

21
(Yenilənib 14:10 11.04.2021)
Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

BAKI, 11 aprel - Sputnik. Rusiyanı Avroviziya-2021 müsabiqəsində "Russian Woman" (Rus qadını - red.) mahnısı ilə təmsil edəcək müğənni Manija özünü niyə rus qadını saydığını izah edib. 

Müğənni bildirib ki, son vaxtlar mahnının məzmunu və mənşəyi ilə bağlı tənqidlə rastlaşır: öncə o, bu tənqidə görə stress də keçirib, lakin gənc fanatlarının köməyilə bu problemin öhdəsindən gəlib.

"Mənim müəyyən müraciətim var və mən onu mahnımın köməyi ilə sonadək çatdırmalıyam. Fanatlar bilməlidirlər ki, siz öz prinsiplərinizdən geri çəkilməmisiniz və satılmamısınız", - o deyib.

Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

"Mən özümü havayıdan rus qadını adlandırmıram. Mənim buna haqqım var", - Manija deyib.

Manija Sangin əslən Tacikistandan olan rusiyalı müğənnidir. O, 2020-ci ilin dekabrında BMT-nin qaçqınların işi üzrə xoş məramlı səfiri olub.

Bir müddət əvvəl "Veteranskiye vesti" nəşrinin redaksiyası Rusiya İstintaq Komitəsinə müraciət edib. Redaksiya Manijanın səhnə nömrəsini rus qadınları üçün təhqiramiz və milli birliyi pozan kimi dəyərləndirib. Mahnını Federasiya Şurasında və patriarxatda da tənqid ediblər. Federasiya Şurasının sədri Valentina Matviyenko köməkçilərinə Birinci kanaldan nüfuzlu beynəlxalq müsabiqədə ölkənin təmsilçisinin necə seçildiyini aydınlaşdırmağı tapşırıb.

2020-ci ildə koronavirus pandemiyasına görə təxirə salınmış Avroviziya bu il mayın 18-22-də Niderlandın Rotterdam şəhərinin Ahoy arenasında baş tutacaq.

21
Çəkiliş, arxiv şəkli

Kinostudiya əvvəlki dövrünə qayıdır

13
(Yenilənib 22:14 10.04.2021)
30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq bu baza yenidən qurulub. Eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar var.

BAKI, 10 aprel — Sputnik. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, "Azərbaycanfilm" ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur. O bildirib ki, 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Orada eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar mövcuddur.

13
Teqlər:
baza, texniki, avadanlıq, "Azərbaycanfilm" kinostudiyası, kinostudiya
Kosmos

Rəşad Nəbiyev: "Azərbaycan dünya kosmik sənayesinin üzvünə çevrilib"

0
"Peyklərimiz dünya kosmik ailəsində layiqli yerimizi təmin edib", - rabitə və yüksək texnologiyalar naziri qeyd edib.

BAKI, 12 aprel — Sputnik. "Bu gün insanın kosmosa ilk uçuşundan 60 il ötür".

Sputnik Azərbaycan xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.

"Çox sevinirəm ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya kosmik sənayesinin üzvünə çevrilib. Peyklərimiz dünya kosmik ailəsində layiqli yerimizi təmin edib", - Rəşad Nəbiyev qeyd edib.

0