Xalça muzeyi, arxiv şəkli

Şekspiri xalçalara köçürüb qalib gəldilər

654
Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp bildirib ki, mədəniyyətin qorunub saxlanılması və təbliğində əməkdaşlıq önəm kəsb edir.

BAKI, 16 mart — Sputnik. Martın 15-də Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyi və “British Council”ın (Britaniya Şurası) birgə təşkilatçılığı ilə baş tutan “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninqin iştirakçılarına sertifikatların və “Şekspir xalçalarda” adlı müsabiqənin qaliblərinin eskizləri əsasında toxunan xalçaların təqdimat mərasimi baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov Azərbaycan və Böyük Britaniyanın uzun illərdir bir çox sahələrdə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Böyük Britaniyanın xarici ölkələrlə elmi-mədəni əlaqələrini təşkil edən əsas təşkilat olan “British Council”ın Azərbaycanda da aktiv fəaliyyət göstərdiyini söyləyən nazir Mədəniyyət Nazirliyi və bu qurumun bir çox layihələrdə birgə əməkdaşlıq etdiyini, “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda treninqin də bu əməkdaşlığın daha bir göstəricisi olduğunu vurğulayıb.

A.Kərimov bildirib ki, Azərbaycan müasir dövlət və rifahlı cəmiyyət quruculuğu yolunda mühüm tarixi nailiyyətlər əldə edib, sosial dövlət statusunu daim gücləndirib, hər bir vətəndaşının, o cümlədən əlilliyi olan vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasını təmin etmək məqsədilə davamlı iş aparılır: “Ölkəmizdə təhsil və mədəniyyət sahəsi inklüzivlik üzrə ilk sıralarda qərarlaşıb. Mədəni sənayelərə fiziki qüsurlu insanların cəlb olunması qarşıda duran prioritet məsələlərdəndir. Bu məsələlərdə biz gələcəkdə də “British Council”ın təcrübəsindən faydalanacağıq. Azərbaycan muzeylərində dünya praktikasına əsaslanaraq fiziki məhdudiyyətli insanların rahat və maneəsiz hərəkəti, eksponatlar haqqında məlumatları əldə edə bilmələri üçün bir çox inklüziv layihələr müvəffəqiyyətlə həyata keçirilib”

Layihəyə dəstək olan təşkilatlara minnətdarlığını bildirən nazir “British Council”, Milli Xalça Muzeyi və Azərbaycan Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə 2016-cı ildə Vilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr edilmiş “Şekspir xalçalarda” adlı müsabiqənin qaliblərinin eskizləri əsasında toxunan xalçaların Xalça Muzeyinə hədiyyə edilməsini iki ölkə arasında mədəni əməkdaşlığın daha da inkişafına töhfə verən hadisə kimi dəyərləndirib.

Böyük Britaniyanın Bakıdakı səfiri Ceyms Şarp bildirib ki, mədəniyyətin qorunub saxlanılması və təbliğində əməkdaşlıq önəm kəsb edir. O, ötən ay Azərbaycanda səfərdə olan ölkəsinin Avropa qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Mortonun İçərişəhəri və Heydər Əliyev Mərkəzini ziyarət etdiyini diqqətə çatdııb.

“British Council”ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah təşkilatın əsas missiyasının insanları bir araya gətirərək mədəniyyətləri yaxınlaşdırmaqdan ibarət olduğunu bildirib. Çıxışlardan sonra “Muzeylərdə müyəssərlik və inklüzivlik” mövzusunda onlayn treninqin məhdud sayda iştirakçılarına sertifikatlar təqdim edilib. Daha sonra “Şekspir xalçalarda” müsabiqəsi qaliblərinin eskizləri əsasında toxunan üç xalça Samr Şah tərəfindən Milli Xalça Muzeyinə təqdim olunub. Tədbir iştirakçıları Mədəniyyət Nazirliyi tərəfindən 2020-ci ildə İtaliyanın Sartirano yarmarkasından alınaraq Milli Xalça Muzeyinə hədiyyə edilən və ekspozisiyada nümayiş olunan xalçalara baxış keçiriblər. Sonda qonaqlar Xalq rəssamı Arif Hüseynovun “Novruz naxışları” adlı sərgisi ilə tanış olublar.

654
Manizha, arxiv şəkli

Rusiyanın "Avroviziya"dakı təmsilçisi tənqidlərə cavab verdi

21
(Yenilənib 14:10 11.04.2021)
Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

BAKI, 11 aprel - Sputnik. Rusiyanı Avroviziya-2021 müsabiqəsində "Russian Woman" (Rus qadını - red.) mahnısı ilə təmsil edəcək müğənni Manija özünü niyə rus qadını saydığını izah edib. 

Müğənni bildirib ki, son vaxtlar mahnının məzmunu və mənşəyi ilə bağlı tənqidlə rastlaşır: öncə o, bu tənqidə görə stress də keçirib, lakin gənc fanatlarının köməyilə bu problemin öhdəsindən gəlib.

"Mənim müəyyən müraciətim var və mən onu mahnımın köməyi ilə sonadək çatdırmalıyam. Fanatlar bilməlidirlər ki, siz öz prinsiplərinizdən geri çəkilməmisiniz və satılmamısınız", - o deyib.

Manija vurğulayıb ki, mahnının mətninə gəldikdə isə, o yumorla yazılıb və rus qadınının həyatından bəzi stereotipləri əks etdirir. 

"Mən özümü havayıdan rus qadını adlandırmıram. Mənim buna haqqım var", - Manija deyib.

Manija Sangin əslən Tacikistandan olan rusiyalı müğənnidir. O, 2020-ci ilin dekabrında BMT-nin qaçqınların işi üzrə xoş məramlı səfiri olub.

Bir müddət əvvəl "Veteranskiye vesti" nəşrinin redaksiyası Rusiya İstintaq Komitəsinə müraciət edib. Redaksiya Manijanın səhnə nömrəsini rus qadınları üçün təhqiramiz və milli birliyi pozan kimi dəyərləndirib. Mahnını Federasiya Şurasında və patriarxatda da tənqid ediblər. Federasiya Şurasının sədri Valentina Matviyenko köməkçilərinə Birinci kanaldan nüfuzlu beynəlxalq müsabiqədə ölkənin təmsilçisinin necə seçildiyini aydınlaşdırmağı tapşırıb.

2020-ci ildə koronavirus pandemiyasına görə təxirə salınmış Avroviziya bu il mayın 18-22-də Niderlandın Rotterdam şəhərinin Ahoy arenasında baş tutacaq.

21
Çəkiliş, arxiv şəkli

Kinostudiya əvvəlki dövrünə qayıdır

13
(Yenilənib 22:14 10.04.2021)
30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq bu baza yenidən qurulub. Eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar var.

BAKI, 10 aprel — Sputnik. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, "Azərbaycanfilm" ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur. O bildirib ki, 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Orada eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar mövcuddur.

13
Teqlər:
baza, texniki, avadanlıq, "Azərbaycanfilm" kinostudiyası, kinostudiya
Milli Televiziya və Radio Şurası

Milli Televiziya Radio Şurasının üzvü vəfat edib

0
(Yenilənib 11:14 12.04.2021)
Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından dünyasını dəyişib.

BAKI, 12 aprel - Sputnik. Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü Cəfərov Məmməd Hüseyn oğlu 12 aprel 2021-ci il tarixdə gecə saatlarında ürək tutmasından vəfat edib.

Bu barədə məlumat Sputnik Azərbaycan-a MTRŞ-dan verilib. Məmməd Cəfərov bu gün torpağa veriləcək. 

0