BAKI, 15 mart - Sputnik. Qazaxıstanlı 20 yaşlı dicey İmanbek Zeykenov "Qremmi" mükafatı alıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, İmanbek təxəllüsü ilə tanınan dicey reper SAINt JHN-un "Roses" mahnısının remeykinə görə mükafata layiq görülüb.
Zeykenov peşəkar musiqiçi deyil. O, Qazaxıstanda dəmiryolu kollecində oxuyur. Zeykenovun "Roses" mahnısına hazırladığı remeykə Youtube-da milyonlarla baxış olub və o, U.S. Billboard Hot 100-in beşliyinə düşüb. Mayda isə Britaniya hit-paradına liderlik edib.
İmanbekin bu uğurundan sonra Rusiyanın Effective Records səsyazma şirkəti onunla müqavilə bağlayıb.
Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 14 aprel — Sputnik. Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Fəryad-2" adlı bədii filmi çəkiləcək.
Bu barədə Sputnik Azərbaycan-a danışan C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov bildirir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevdir:
Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq. Məkanlar və aktyorlar hələlik məlum deyil. Birinci "Fəryad"la ikinci "Fəryad" arasında fərq var. Digərlərini isə filmə baxdıqlarında görə biləcəklər".
Qeyd edək ki, filmin çəkilişlərinin bu ilin iyul-avqust aylarında, əsasən Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həyata keçirilməsi planlaşdırılır. Xatırladaq ki, ilk "Fəryad" filmi 1993-cü ildə çəkilib. Film Birinci Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.
BAKI, 14 aprel — Sputnik. Aktyor Bred Pitt və aktrisa Zendaya 2021-ci ildə "Oscar" kinomükafatının təqdimetmə mərasiminin aparıcıları olacaqlar.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları "Instagram" hesablarında məlumat veriblər.
"Oscar" mükafatlandırma mərasimi aprelin 25-də canlı iştirakla keçiriləcək. Mərasim iştirakçıları eyni zalda olmamaq üçün qruplara bölünəcəklər.
View this post on Instagram
Holli Berri, Xoakin Feniks, Lora Dern, Rita Moreno, Rene Zellveger, Riz Uizerspun, Harrison Fordun mərasimdə iştirak edəcəyi məlumdur. Onlar laureatlara qızıl heykəlcikləri təqdim edəcəklər.
Daha əvvəl 2021-ci ildə keçiriləcək mərasimin qismən Avropa məkanlarına köçürülə biləcəyi bildirilmişdi. Tədbirin ABŞ hissəsi Los-Ancelesdəki "Dolby" teatrında baş tutacaq, Paris və Londonda da qonaq qəbulu üçün iki əlavə məkan hazırlanır. Hələlik "Oscar"ın Avropa hissəsinin Paris, yoxsa Londonda keçiriləcəyi açıqlanmayıb.
https://www.instagram.com/p/CNk1GdfjVO2/?utm_source=ig_web_copy_link
BAKI, 15 aprel - Sputnik. “Bakı ilə Yerevan arasında dayanıqlı sülh və mehriban qonşuluğun bərqərar olmasına yönələn təşəbbüsləri yalnız alqışlaya bilərik”.
“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib.
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin ötən ilin 10 noyabr və bu ilin 11 yanvar tarixlərində əldə etdikləri razılaşmalar buna etibarlı zəmin yaradır. Bu kimi proseslərə bundan sonra da hər cür dəstək verməyə hazırıq. Əlbəttə, Ermənistan ilə Azərbaycan qarşılıqlı etimadın zəruri səviyyəsinə çatmaq, münasibətlərini yoluna qoymaq istiqamətində çətin yolun hələ başlanğıcındadır”, - deyən rusiyalı rəsmi bu məsələdə müsbət məlumat və s. fonunun yaradılmasını da vacib hesab edib:
“Azərbaycan və Ermənistandan olan dostlarımızla qarşılıqlı əməkdaşlıq qurarkən bir çox maneələri dəf edəcəyik. Cənubi Qafqazdakı sabitliyin, dayanıqlı iqtisadi inkişafın bu regionda Rusiyanın bütün tərəfdaşlarının manafeyinə uyğun gəldiyini əsas götürürük. Fikrimizcə, tərəflər münasibətləri normallaşdırmağa, etimad mühiti yaratmağa çalışacaqlar”.