BAKI, 11 mart — Sputnik. Müğənni Kərim Abbasov ARB kanalında pandemiyanın ona təsirindən və borclarından danışıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bildirir ki, pandemiya bitən kimi ikinci sənət öyrənəcək:
"Pandemiya vaxtı bildim ki, ən lazımsız sənət elə incəsənətdir. Çünki hamının işi oldu bu bir ildə, bir incəsənət işçilərinin işi olmadı. Bəzən insanlar deyirlər ki, toylara filan qiymətə gedirdin. Amma fikirləşmirlər ki, o pul tək mənim deyil. Mənimlə bərabər, oraya iyirmi beş nəfər musiqiçi gedir. Müğənninin də borcları var, xərcləri var. Bizim xərcimiz daha çoxdur. Klip çəkdirməliyik, mahnı yazdırmalıyıq, geyimlərimiz və s. Ona görə fikirləşirəm ki, pandemiya bitsin mütləq ikinci bir sənət öyrənməliyəm".
ARB kanalında yayımlanan "Səhər-səhər" verilişində qonaq olan tanınmış müğənni Vüqar Muradov isə sosial şəbəkələrdə sənət adamlarına qarşı olan aqressiyadan danışıb:
"Bəzən sosial şəbəkələrdə sənət adamlarına qarşı aqressiya görürəm. Əziz dostlar, bu çox yanlış bir şeydir. Sənətçi də sizin içinizdən olan biridir. Hətta mən qarğış edən insanlar görmüşəm ki, deyiblər, Allah eləsin, pandemiya davam eləsin, siz acından ölün".
View this post on Instagram
Tanınmış müğənni Aynur Dadaşovada da vəziyyət yaxşı deyil. Belə ki, müğənni karantin günlərində maddi sıxıntı yaşaması ilə əlaqədar evini satıb.
Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 14 aprel — Sputnik. Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Fəryad-2" adlı bədii filmi çəkiləcək.
Bu barədə Sputnik Azərbaycan-a danışan C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov bildirir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevdir:
Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq. Məkanlar və aktyorlar hələlik məlum deyil. Birinci "Fəryad"la ikinci "Fəryad" arasında fərq var. Digərlərini isə filmə baxdıqlarında görə biləcəklər".
Qeyd edək ki, filmin çəkilişlərinin bu ilin iyul-avqust aylarında, əsasən Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həyata keçirilməsi planlaşdırılır. Xatırladaq ki, ilk "Fəryad" filmi 1993-cü ildə çəkilib. Film Birinci Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.
BAKI, 14 aprel — Sputnik. Aktyor Bred Pitt və aktrisa Zendaya 2021-ci ildə "Oscar" kinomükafatının təqdimetmə mərasiminin aparıcıları olacaqlar.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları "Instagram" hesablarında məlumat veriblər.
"Oscar" mükafatlandırma mərasimi aprelin 25-də canlı iştirakla keçiriləcək. Mərasim iştirakçıları eyni zalda olmamaq üçün qruplara bölünəcəklər.
View this post on Instagram
Holli Berri, Xoakin Feniks, Lora Dern, Rita Moreno, Rene Zellveger, Riz Uizerspun, Harrison Fordun mərasimdə iştirak edəcəyi məlumdur. Onlar laureatlara qızıl heykəlcikləri təqdim edəcəklər.
Daha əvvəl 2021-ci ildə keçiriləcək mərasimin qismən Avropa məkanlarına köçürülə biləcəyi bildirilmişdi. Tədbirin ABŞ hissəsi Los-Ancelesdəki "Dolby" teatrında baş tutacaq, Paris və Londonda da qonaq qəbulu üçün iki əlavə məkan hazırlanır. Hələlik "Oscar"ın Avropa hissəsinin Paris, yoxsa Londonda keçiriləcəyi açıqlanmayıb.
https://www.instagram.com/p/CNk1GdfjVO2/?utm_source=ig_web_copy_link
BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.
RUSSIA: Jen Psaki jokes with a reporter about a possible meeting between President Biden and Vladimir Putin pic.twitter.com/6HpEEiaPCA
— Forbes (@Forbes) April 13, 2021
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.