Dilarə Kazımova

Dilarə Kazımova cəlbedici görüntüsü ilə gündəmdə - FOTO

59
(Yenilənib 12:34 11.03.2021)
Sosial media hesabındakı paylaşımları ilə gündəmi alt-üst edən cazibədar müğənni Dilarə Kazımova yenə də özündən söz etdirməyi bacarıb

BAKI, 11 mart — Sputnik. Sosial media hesabındakı paylaşımları ilə gündəmi alt-üst edən cazibədar müğənni Dilarə Kazımova yenə də özündən söz etdirməyi bacarıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Avroviziya" Mahnı Müsabiqəsinin iştirakçısı "Instagram" hesabında yayımladığı açıq-saçıq fotosu ilə gündəmə gəlib.

O, paylaşımına "Gündüz, yoxsa gecə?" şərhini yazıb.

59
Kino lenti, arxiv şəkli

"Fəryad-2" filmində hansı dəyişikliklər olacaq?

109
"Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Fəryad-2" adlı bədii filmi çəkiləcək.

Bu barədə Sputnik Azərbaycan-a danışan C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov bildirir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayevdir: 

"Mən ssenarini oxuyan bir adam kimi, yaradıcı şəxs kimi deyə bilərəm ki, çox yaxşı bir film olacaq. Orada Vaqif Mustafayev markası var. Vaqif Mustafayevin digər filmlərindəki xətt bu filmdə də hiss olunur. Vaqif Mustafayevin özünün dəst-xətti var.

Ssenarini oxuyan kimi müəllifin kim olduğunu o saat bilmək olur. Hesab edirəm ki, bu film Azərbaycan kinematoqrafiyasına ən yaxşı töhfələrdən biri olacaq. Məkanlar və aktyorlar hələlik məlum deyil. Birinci "Fəryad"la ikinci "Fəryad" arasında fərq var. Digərlərini isə filmə baxdıqlarında görə biləcəklər".

Qeyd edək ki, filmin çəkilişlərinin bu ilin iyul-avqust aylarında, əsasən Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həyata keçirilməsi planlaşdırılır. Xatırladaq ki, ilk "Fəryad" filmi 1993-cü ildə çəkilib. Film Birinci Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.

109
Teqlər:
"Azərbaycanfilm" kinostudiyası, Azərbaycan, film
Oskar heykəli, arxiv şəkli

"Oscar" kinomükafatının təqdimetmə mərasiminin aparıcıları məlum olub - VİDEO

4
(Yenilənib 20:52 14.04.2021)
Daha əvvəl 2021-ci ildə keçiriləcək mərasimin qismən Avropa məkanlarına köçürülə biləcəyi bildirilmişdi. Tədbirin ABŞ hissəsi Los-Ancelesdəki "Dolby" teatrında baş tutacaq, Paris və Londonda da qonaq qəbulu üçün iki əlavə məkan hazırlanır.

BAKI, 14 aprel — Sputnik. Aktyor Bred Pitt və aktrisa Zendaya 2021-ci ildə "Oscar" kinomükafatının təqdimetmə mərasiminin aparıcıları olacaqlar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə tədbirin təşkilatçıları "Instagram" hesablarında məlumat veriblər.

"Oscar" mükafatlandırma mərasimi aprelin 25-də canlı iştirakla keçiriləcək. Mərasim iştirakçıları eyni zalda olmamaq üçün qruplara bölünəcəklər.

View this post on Instagram

A post shared by The Academy (@theacademy)

Holli Berri, Xoakin Feniks, Lora Dern, Rita Moreno, Rene Zellveger, Riz Uizerspun, Harrison Fordun mərasimdə iştirak edəcəyi məlumdur. Onlar laureatlara qızıl heykəlcikləri təqdim edəcəklər.

Daha əvvəl 2021-ci ildə keçiriləcək mərasimin qismən Avropa məkanlarına köçürülə biləcəyi bildirilmişdi. Tədbirin ABŞ hissəsi Los-Ancelesdəki "Dolby" teatrında baş tutacaq, Paris və Londonda da qonaq qəbulu üçün iki əlavə məkan hazırlanır. Hələlik "Oscar"ın Avropa hissəsinin Paris, yoxsa Londonda keçiriləcəyi açıqlanmayıb.

https://www.instagram.com/p/CNk1GdfjVO2/?utm_source=ig_web_copy_link

4
ABŞ prezidneti Co Bayden, arxiv şəkli

Baydenlə Putinin görüşü yaxın həftələrdə baş tuta bilər

0
"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək" - Blinken.

BAKI, 15 aprel - Sputnik. ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinə "yaxın həftələrdə" görüşməyi təklif edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Bir qədər öncə isə Ağ Ev görüşün yaxın bir neçə ay ərzində baş tuta biləcəyini bildirmişdi.

​"Biz Rusiya ilə stabil və təxmin edilən münasibətləri üstün tuturuq. Bu, öz növbəsində kommunikasiya xətlərinin açıq olmasını tələb edir ki, biz baxışlarımız, siyasət, Rusiyanın hərəkətlərinə qarşı etirazımız barədə aydın danışa bilək. Bu, yanlışlardan qaçmaq üçün vacibdir. Bunu da siz dünən gördünüz: Bayden prezident Putinə zəng vuraraq yaxın həftələrdə görüşməyi təklif etdi", - Blinken Brüsseldə təşkil olunmuş mətbuat konfransında deyib.

0
Teqlər:
görüş, Cozef Bayden, Vladimir Putin