Azərbaycan Dövlət Musiqili Teatrı

Tamaşaçılarsız keçən bir il - Teatr tariximizin tənəzzül ili

897
(Yenilənib 22:36 11.03.2021)
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirir ki, onların tamaşalarına azərbaycanlı tamaşaçılarla yanaşı, xarici teatrsevərlər də baxır.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 mart — Sputnik. XIX əsrin 70-ci illərində Azərbaycanda milli teatrın yaranması mədəniyyətimizin tarixində çox böyük hadisə oldu. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynamışdılar. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyuldu. 148 illik teatr tariximizin ən acı illərini yaşayırıq desək, yanılmayıq. Pandemiya ilə əlaqədar olaraq bir ildir ki, teatrsevərlər teatrlarımızın üzünə həsrət qalıb. Bir il ərzində teatrlar vaxtilə lentə aldıqları tamaşaları "Youtube" portallarından və sosial şəbəkələr vasitəsi ilə yayımladılar. Bəs görəsən, həmin tamaşaları izləyənlər əsasən hansı yaş kateqoriyalarına bölünür? Bunu araşdırmaq üçün teatrların mətbuat katiblərinə müraciət etdik.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrın mətbuat katibi Fəridə Rüstəmova Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirir ki, Musiqili teatrın tamaşaçıları teatr üçün çox darıxıblar: "Biz hər cümə, şənbə və bazar günləri saat 19-da tamaşaları onlayn şəkildə təqdim edirik. Həftənin əvvəlində hansı tamaşaların nümayiş olunacağı barədə elan veririk. İzləyicilərin içində daha çox gənclər və orta nəslin nümayəndələri var. İnsanlar teatr üçün darıxdıqlarını yazırlar. İnsanlar "biz canlı tamaşalar istəyirik. Virtual tamaşa olar?" kimi fikirlər yazırlar. Təbii ki, tamaşalar nə qədər də peşakarlıqla çəkilsə belə, canlı teatrın yerini verə bilməz. Teatr bambaşqa ab-havadır. Onun ab-havasını heç nədən almaq olmaz".

"Teatrımızın direktor müavini, qəlbi teatrla döyünən Hüseyn Hüseynov "Tamaşaçılarsız keçən bir il" adlı video hazırladı. O, bir neçə dəqiqəlik bu görüntülərdə teatrın küskün, lal divarlarının həsrət nəğməsini dilləndirib. Alqış səslərinə həsrət qalmış teatr divarları sanki dil açıb danışır ki, məni niyə tənha qoymusunuz? Teatrların bəzəyi tamaşaçılardır. Teatrdan anlayışı olanlar bu boşluğu hiss edirlər, anlamayan onsuz da anlamayacaq. Bizim aktyorların özləri də məsuliyyətlidirlər. Pandemiya qaçan adama bir badalaqdır. Teatr da kollektiv sənətdir. Bunun baleti var, xoru var. Çox vaxt virtual məşqlər gedir. Amma bu, canlı məşqlərin effektini verə bilməz" - deyə F.Rüstəmova əlavə etdi.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirir ki, onların tamaşalarına azərbaycanlı tamaşaçılarla yanaşı, xarici teatrsevərlər də baxır: "Tamaşaçılarımızın hansı yaş kateqoriyasından olduğunu deməyə çətinlik çəkirəm. Hər yaşda izləyicimiz var. Bizim teatrda böyüklər və balacalar üçün tamaşalar var idi. Ona görə də konkret deyə bilməyəcəm. Repertuar da müxtəlif idi. Öz müəlliflərimizə yanaşı, xarici müəlliflərin əsərlərini də teatrımızın repertuarına daxil etmişik. Onlayn tamaşalar bizim üçün yeni təcrübədir. Bizim tamaşalara təkcə azərbaycanlılar baxmır, xaricilər də baxır. Buna görə də biz tamaşaları rus və ingilis dillərində subtitrlərlə təqdim etdik. Bizdə onlayn məşqlər getmir. Bu, bizim teatr üçün effektli ola bilməz".

Opera və Balet Teatrının mətbuat katibi Şükufə Ağamirzəyevanın sözlərinə görə, xüsusi bir zümrə var ki, onlar sözügedən teatrın daimi tamaşaçılarıdır:

"Həftədə 3 dəfə tamaşaların onlayn nümayişi olub. Bəzən daha çox yayımlayırıq. Amma biz yaş kateqoriyasına görə analiz etməmişik. Pandemiyadan əvvəl biz teatra gələn tamaşaçılara diqqət edirdik. Opera və balet sənəti elə bir sənətdir ki, təsadüfi tamaşaçı bura gələ bilmir. Sırf operanı, baleti sevən insanlar təşrif buyururdular. Müxtəlif yaşlarda olan izləyicilərimiz var. Elələri var ki, cavan yaşlarından teatra gəlirdilər, elə indi də davam edirlər gəlməyə. Melomanlar var, hansı bizim teatrın daimi tamaşaçılarıdır, onlar teatr üçün hədsiz darıxdıqlarını yazırlar səhifələrimizə. Onların içində gənclər də var, yaşlı nəslin nümayəndələri də var. Pandemiya başlayan dövrdə "Evdə qal, evdə yarat" şüarı altında hər kəs evdə öz ifasını təqdim edirdi izləyicilərə. Sonra onlar birləşdirildi, Mədəniyyət kanalında nümayiş olundu".

Səhnə
© Official website of President of Azerbaijan Republic

Mətbuat katibinin sözlərinə görə, bir neçə həftədir ki, teatrın balet truppası məşqlərə başlayıb:

"Əvvəl onlar formaya düşmək üçün plastik dərslər keçirdilər. İndi isə yavaş-yavaş məşqlərə başlayıblar. Nizami ili çərçivəsində möhtəşəm bir proyekt hazırlamağa çalışırıq. Fikrət Əmirovun "Nizami" baleti üzərində işlər başlayıb. Tamaşaya icazə verilən kimi biz tamaşanın primyerasını təqdim edəcəyik. Hələ ki digər trubbalar məşqə başlamayıblar. Güman ki, orkestr trubbası da yaxın zamanlarda məşqə başlayacaq. Teatrın bütün əməkdaşları böyük səbirsizliklə teatrın açılacağı günü gözləyir".

Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova deyir ki, Azərbaycan yeganə ölkədi ki, insanlar elə başa düşürlər ki, Kukla teatrı məhz uşaqlar üçündür: "Kukla teatrının tamaşaçıları arasında yaş bölgüsü yoxdur. 3-5 yaşlarından tutmuş ta 80 yaşa qədər olan izləyicilərimiz var. Bizim teatrımızda həm böyüklər, həm də balacalar üçün tamaşalar nümayiş olunur. Bəlkə də dünyada yeganə ölkəyik ki, bizim insanlar düşünürlər ki, kukla tamaşaları yalnız uşaqlar üçündür. Təbii ki, bu belə deyil. Burada sadəcə personaj kukladır, digər teatrlarda isə personaj insandır. Bizdə böyüklər üçün də tamaşalar nümayiş olunur. Bizə gələn rəylərdən görürəm ki, bizdə yaş kontingenti heç də uşaqlar və orta yaşlılar deyil. Bizi izləyənlərin içində yaşlı nəslin də nümayəndələri var. Hazırda məşqlər yoxdur. Amma 3 tamaşanın səhnə oxunuşu olub. Məşqlərə başlamaq üçün kuklalar hazırlanmalıdır. Kuklalar hazırlanandan sonra aktyor güzgü önündə məşq etməlidir".

Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Pərvin Nurəliyeva həm uşaqlar, həm də böyüklər üçün tamaşalar qurur. O, qeyd edib ki, həm öz yazarlarımızın, həm də xarici müəlliflərin əsərlərinə müraciət ediblər.

"Təəssüf ki, pandemiya səbəbindən tamaşaçılar tamaşalara ancaq virtual baxa bilir. Bəhmar Osmanov "Balaca yaramaz" əsərinə quruluş verib. Onlayn formatda tamaşanın quruluşu ilə bağlı xeyli işlər görüldü. Pandemiya dövründə müxtəlif video-roliklər tamaşaçıların ixtiyarına verildi. Xüsasən müharibə dönəmində müxtəlif video-çarxlar hazırlandı. İndi isə bizim teatrımızda "Bir tamaşanın tarixçəsi" layihəsi davam etdirilir. Daha öncə Anarın "Şəhərin qış gecələri" və Cəfər Cabbarlının "Oqtay Eloğlu" əsərləri əsasında tamaşalara aid videolar oldu. Bu da mövcud vəziyyətdə teatrın təbliğatı üçün bir vasitədir", - deyə Nurəliyeva əlavə edib.

897
Çəkiliş, arxiv şəkli

Kinostudiya əvvəlki dövrünə qayıdır

6
(Yenilənib 22:14 10.04.2021)
30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq bu baza yenidən qurulub. Eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar var.

BAKI, 10 aprel — Sputnik. Filmlərin bir qismi istehsalda, bir çoxu çəkilişdə, bir hissəsi hazırlıq mərhələsindədir. İnanırıq ki, pandemiya tezliklə həyatımızdan çıxacaq və biz daha kütləvi səhnələri olan filmlərin istehsalı ilə məşğul olacağıq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Fariz Əhmədov deyib.

Əhmədovun sözlərinə görə, "Azərbaycanfilm" ölkənin ən böyük kino istehsalçısıdır və istehsal prosesinin getməyi o deməkdir ki, yüzlərlə insan öz yaradıcılığı ilə məşğuldur. O bildirib ki, 30 ildən artıq idi ki, kinostudiyanın texniki bazası yenilənmirdi. Artıq kinostudiyanın texniki bazası yenidən qurulub. Orada eyni vaxtda iki bədii, iki sənədli film çəkməyə imkan verən ən müasir avadanlıqlar mövcuddur.

6
Teqlər:
baza, texniki, avadanlıq, "Azərbaycanfilm" kinostudiyası, kinostudiya
Ersin Korkut

Aktyorun dediyi söz başına bəla oldu - VİDEO

89
(Yenilənib 21:35 10.04.2021)
Sərt reaksiyaları görən Ersin "Twitter" hesabında yeni paylaşım edərək, "Biz minillik tarixə malik, sivilizasiyaların beşiyi olan Diyarbəkir mədəniyyət paytaxtındayıq" sözlərini yazıb.

BAKI, 10 aprel — Sputnik. Türkiyəli məşhur aktyor Ersin Korkutun həbsi tələb olunur.

Sputnik Azərbaycan xəbər verir ki, buna səbəb isə onun "TikTok"-da paylaşdığı videoda işlətdiyi sözlər olub.

Belə ki, Diyarbəkirə səfərə gedən aktyora "Diyarbəkir xoşunuza gəldi" sualı verilib. Ersin isə cavab olaraq, Türkiyənin paytaxtı Ankara olduğu halda "Diyarbəkir, bizim paytaxtımız" ifadəsini işlədib.

Aktyorun bu sözləri sosial şəbəkə istifadəçiləri arasında narazılığa səbəb olub və onlar Twitter-də Ersin Korkut həbs olunsun həştəqi ilə kampaniya başladıblar.

Sərt reaksiyaları görən Ersin "Twitter" hesabında yeni paylaşım edərək, "Biz minillik tarixə malik, sivilizasiyaların beşiyi olan Diyarbəkir mədəniyyət paytaxtındayıq" sözlərini yazıb.

89
Nyu-Yorkda Tayms-skver meydanı, arxiv şəkli

Məşhurlar Nyu-York küçələrini podiuma çevirdilər - FOTO

0
Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

BAKI, 10 aprel — Sputnik. Nyu-Yorkda "Michael Kors Collection"ın nümayişi keçirilib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, pandemiya ilə əlaqədar olaraq tədbir rəqəmsal formatda baş tutub: modellərin yürüşü video qeydiyyata alınıb, ictimaiyyətə isə daha sonra təqdim ediləcək.

​Amma buna baxmayaraq, "Michael Kors Collection"dan ilk fotolar mediaya sızıb. Kadrlardan görünür ki, İrina Şeyk, Bella Hadid, Naomi Kempbell, Eşli Qrem, Liya Kebede, Helena Kristensen və Alek Uek Nyu-York küçələrini əsl podiuma çeviriblər.

​Dünyaca məşhur modellərin bir araya toplaşması nadir hadisə hesab olunur. Ona görə də şounun çox yaddaqalan olacağı barədə proqnozlar verilib.

0
Teqlər:
Nyu-York, moda