BAKI, 23 fevral — Sputnik. Alp Təqaüdü Mükafatları "Vəhşi təbiət və sivilizasiya" mövzusunda təsviri sənət üzrə müsabiqə elan edib.
Sputnik Azərbaycan xəbər verir ki, müsabiqəyə rəsm, heykəltaraşlıq, video və installyasiya daxil olmaqla bütün növ təsviri sənət işləri qəbul edilir.
Müsabiqənin şərtlərinə görə, təqdim edilən əsər daha əvvəl hər hansı müsabiqədə qalib və ya iştirakçı qismində iştirak etmiş olmamalıdır. Müraciətlər anonim şəkildə dəyərləndiriləcək. Təqdim edilən əsərdə ad qeyd edilməməlidir.
Qalib gələn iştirakçı 2 min funt-sterlinq dəyərində pul mükafatı və İsveçin Fyelnes şəhərindəki (Fjällnäs) simpoziuma əsərin gətirilib quraşdırılması, eləcə də müəllifin səyahət xərcləri üçün 1000 funt-sterlinq maliyyə dəstəyi əldə edəcək. Bütün yemək və yaşayış xərcləri Alp Təqaüdü tərəfindən qarşılanacaq.
Müraciət etmək üçün rəsmi https://alpinefellowship.com/visual-art-prize ünvanına daxil olub əsərləri aprelin 1-dək göndərmək olar.
BAKI, 3 mart — Sputnik. "Dövrünün İskəndəri" adlandırılan Osmanlı sultanlarından Yavuz Sultan Səlimin həyatı ekranlara daşınır.
Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Sultan Səlimin həyatından bəhs olunan filmin 2023- cü ildə nümayişi gözlənilir.
Xalid Arabacının prodüserliyi ilə çəkilən filmin kastinq işlərinin davam etdirildiyi bildirilib.
Qeyd edək ki, Sultan Səlim haqqında bir neçə dəfə film çəkilməyə cəhd edilsə də hər dəfə müəyyən səbəblərdən yarımçıq qalıb. Filmin prodüseri Xalid Arabacı açıqlamasında filmin Sultan Səlimin Misir səfərləri və Hicazın idarəsinin Osmanlılara keçdiyi dövrü əhatə edəcəyini bildirib.
BAKI, 3 mart — Sputnik. Aktrisa Aysel Nazim növbəti uğuru ilə pərəstişkarlarını sevindirib.
Sputnik Azərbaycan xəbər verir ki, o, məşhur "Gold Book Magazine" jurnalının 55-ci buraxılışının üz qabığında yer alıb. Türkiyədə fəaliyyət göstərən beynəlxalq zinət əşyaları jurnalında Aysel dünyaca məşhur qızıl markalarının tanıtımını edib. "Gold Book Magazine" jurnalı Türkiyə ilə yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, İtaliya, Hindistan, Amerika Birləşmiş Ştatları, Rusiya və Ukrayna kimi ölkələrdə də çap olunur.
Xatırladaq ki, Aysel Nazim Türkiyəyə köçərək, karyerasına orada davam edir.
BAKI, 3 mart — Sputnik. Azərbaycanlı iş adamı, Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində haqqında cinayət işi açılan Mübariz Mənsimov azadlığa çıxa (ev dustaqlığına buraxıla) bilər.
Sputnik Azərbaycan Habertürk-ə istinadən bildirir ki, İstanbul Baş Prokurorluğu Mübariz Mənsimovun təxliyəsini istəyib. Baş Prokurorluğun tələbnaməsində qeyd olunur: "Məhkəmə prosesinin gəldiyi mərhələ: müttəhimə cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın miqdarı, şübhəlinin həbsdə saxlanılma müddəti, həbs qətimkan tədbiri, tədbirdən gözlənilən fayda məhkəmə nəzarəti ilə əldə edilə bilər və evini tərk etməmək şərtilə məhkəmə nəzarətinin həyata keçirilməsinə qərar verilməsi tələb olunur".
Qeyd edək ki, bu il yanvarın 13-də Mübariz Mənsimovun növbəti məhkəmə iclası keçirilmiş və bu il martın 5-dək təxirə salınmışdı.
İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov ötən ilin mart ayında həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılıb. Türkiyə mətbuatının xəbərinə görə, onu Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlayıblar.